ELANLAR
|
 | Beynəlxalq holding koperasiyası. »» |
 | Münasib iş axtarıram... »» |
 | Qrafik dizayner »» |
 | Neft şirkətində işləmək istiyirəm. »» |
 | Asp.Net, Delphi, HTML, Web Dizayner »» |
 | İşci teleb olunur »» |
 | İngilis dili hazırlığı. »» |
 | İşçi tələb olunur. »» |
|
Ardı
|
İstifadəçi:
|
0000738
|
Video dərs:
|
0000042
|
Şəkilli dərs:
|
0000193
|
Sual:
|
0000070
|
Şəkil:
|
0000305
|
Xəbər:
|
0000470
|
|
B i z i m S ə h i f ə
Səhifə sayt və yaradıcı heyət
haqqında məlumat almaq üçün nəzərdə tutulub.
Ümumi
məlumat:
AzGraf milli dərs bazası hazırda Azərbaycan internet resursları
arasında ən geniş bazaya malik dərs portalıdır. Bir çox əcnəbi saytlarda dərs portalları
çoxluq təşkil etəsə də, Azərbaycan versiyaları kifayət qədər deyildir. Məhz bu baxımdan
saytımız heç bir ödəniş tələb etmədən dərslərdən istifadə etmə imkanı verməkdədir.
Sayt təxminən 2004-cü ildən şəxsi portal kimi fəaliyyət göstərməkdədir. Bir çox
proqram dərslikləri ilə yanaşı əsasən qrafik dərslərinə geniş yer verildiyi üçün
məhz “AzGraf” (Azərbaycan Qrafikası) kimi adlandırılmışdır. Sayt əvəlki versiyalarından
fərqli olaraq bu versiyada son texnalogiya üzərində hazırlanmış və dizayn edilmişdir.
Saytın dərslik kateqoriyası altında müxtəlif dərliklərlə
tanış ola bilərsiniz. Eyni zamanda istədiyiniz dərslik kateqoriyası altında bizə
dərs göndərmə imkanınız var. Dərsi ya epoçt vasitəsilə əlaqə saxlayaraq ya da birbaşa
saytın "dərs göndər" bölməsindən bizə çatdıra bilərsiniz. Hər bir dərs
idarəçilər tərəfindən yoxlanıldıqdan dərhal sonra dərsi göndərən şəxsin adı altında
saytda yerləşdiriləcəkdir. Daha ətraflı məlumatı "dərs
göndər" bölməsindən ala bilərsiniz.
Eyni zamanda saytımızda gördüyünüz kimi müxtəlif sahələrə
də geniş imkan yaradılmışdır. O cümlədən Siz dərs göndərməklə yanaşı, birbaşa onlayn
üzərində dərs hazırlaya bilər, öz foto montajlarınızı ya da 2-3D foto layihələrinizi
foto qalereya bölməsində nümayiş etdirə bilər, “iş axtarıram” ya da “işçi axtarıram”
başlığı altında elan yerləşdirməklə birlikdə digər bir çox bölmələrdən saytımıza
üzv olmaqla rahat istifadə edə bilərsiniz. Yuxarıda da qeyd etdiyimiz kimi saytın
bütün hissələri (elan bölməsi daxil olmaqla) ödənişsizdir.
Yaradıcı heyət:
Sayt qeyd etdiyim kimi tam şəxsi portal kimi fəaliyyət
göstərməkdədir. Yəni sayt hər hansı qrup ya da şirkət kimi fəaliyyət göstərməməkdədir.
Portal .net texnalogiyası üzərində yığılmışdır. Portalın ümumi dizayn və proqram
təminatı tam şəkildə şəxsi əməyim nəticəsində həyata keçirilmişdir.
Saytın məqsədi:
Sayt internet istifadəçilərinə kömək etmək və Azərbaycanın
internet resursları arasında bir inkişaf məqsədini daşımaqdadır. Özünüzdə gördüyünüz
kimi sayt ümumi şəkildə tam Azərbaycan dilində fəaliyyət göstərməkdədir. Sayta digər
dillərdə dərs, məqalə, xəbər v.s əlavə edilməməkdədir və edilməyəcəkdir.
Xidmətlər:
Xidmətlərimiz üçün saytda xüsusi bölmələr ayrılmışdır.
Reklam sifarişi, sayt sifarişi kimi ximdətlərdən istifadə etmək üçün təyin edilmiş
bölmələrə getməyiniz kifayətdir. Eyni zamanda xidmətlərimizdən istifadə etmək ya
da daha ətraflı məlumat almaq üçün əlaqə bölməsinə gedərək bizimlə əlaqə yarada
bilər və ya öz suallarınızı birbaşa bizə göndərə bilərsiniz.
E m i n N o v r u z o v
0099450 6112002

299909920

info@azgraf.net

azgraf@yahoo.com
|