Salam.. Bu gün şəkilə "Duman" effektini verəcəyik.
Şəkili seçirik.

Yeni Layer açırıq. Ctrl+Shift+N.

Duman olacaq ərazini seçirik Polyugone Lasso Tool ilə.

Rəng seçirik. Hansı ki, biz həmin rəngilə dumanı rəngləyəcəyik. Ona görə də dumanın
rəngini boz rəng götürmək daha düzgün olar.
Və dumanı biz Brush – Fırça ilə rənglədiyimizdən onun parametrlərini
təyin edirik.

Seçdiyimiz ərazini Brush Toolun vasitesilə rəngləyirik.

Və Filter – Blur – Gaussian Blur tətbiq edirik. Qeyd edim ki,
Gaussian Blurun qiymetini Siz şəkilə görə təyin edirsiniz.

İndi isə Add Layer Mask seçirik, Layer pəncərəsində.

Klaviaturadan "D" klaviçini basaraq rəngləri ağ-qara təyin edirik
Maska düzəltdiyimiz Layerə Gradient Toolu
tətbiq edirik. Məqsəd Dumanın rəngini şəkilə nəzərən kənarlardan, daha doğrusu dumanın
alt hissəsindən açıq rəngə gətirməkdir. Və effektimiz hazırdır

Budur həmin effektdən nümunə:

Fikirlərinizi bildirə bilərsiniz.

|