MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...0505 
   www.azresce.com3219 
   www.evalin.az4321 
   www.novruzov.net4580 
   www.azgraf.net/mocuzeler5322 
   videoders.azersayt.com5330 
   www.mado.az6064 
   www.artdeco.az4604 
   www.cv-az.com7259 
   www.fakto.info5378 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000732
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470
 Digər dərslər...     
Kompüterlərə məxsus digər texnik qurğular haqqında geniş məlumatlar əldə edə biləcəyiniz ideal bir dərs.

Tarix:        21.06.2009
Oxunub:   15745        
Müəllif:     
Fuad Əhədi   



Paylaş

Çap et        Şərh yaz

 Kompüter texnologiyalarının fiziki əsasları.

1. Kompüter texnologiyalarının fiziki əsasları

Əhədi Fuad.A
Kompüter texnologiyasının əsasını müasir kompüter dəsti təşkil edir.

Kompüter dəsti əsas hissələri aşağıdakılardan ibarətdir:

  1. monitor və ya displey (şək.1)
  2. klaviatura (şək.2).
  3. bloklar sistemi (şək.3)

Əlavə olaraq kompüterə müxtəlif periferiya qurğuları qoşulur: maus (şək.4), printer (şək.5), skaner (şək.6), modem, qrafik çəkən və s..

Hazırda texnikanın son nailiyyətləri əsasında yaradılmış EHM –in bütün ustünlüklərini özündə cəmləşdirən İBM firması tərəfindən istehsal edilən İBM PC/XT (eXtended Technology – genişləndirilmiş texnologiya), İBM RC/At (Advanced Technology – təkmilləşdirilmiş Texnologiya), PS/2 (Personal System) kompüterləri geniş yayılmışdır. Bütün bu kompüterlərdə "İntel" firmasının prosessorlarından istifadə edilir.

2. Displey ( Monitor)

Monitor (displey) mətn, şəkil və qrafiki informasiyaları ekranda illüstrasiya etmək üçündür. O, videoadapter (videokontroller) adlanan xüsusi aparat qurğusunun idarəsi altında işləyir.


Mətn mövqeyində ekran hər birində 80 özək olan 25 sətrə (cəmi 2000 özək) malikdir. İşarə yeri deyilən hər bir özəyə ya Latın əlifbasının böyük və kiçik hərfləri, ya müəyyən simvollar və psevdoqrafikanın simvolları, ya da idarə simvollarının qrafikası yazılır. Qrafik rejimdə hər bir təsvir televizorda olduğu kimi müxtəlif rənglərlə özəklərin toplusu kimi formalaşır. Hazırda EGA (Enhanced Graphic Adapter – təkmilləşdirilmiş qrafik adapter), VGA (Video Graphic Adapter – videoqrafikli matris) və SVGA (Super VGA) monitor videoadapterləri geniş yayılmışdır.



şəkil 1

Qrafiki rejimdə təsvirin əsas xarakteristikası videoadapterin təsviretmə qabiliyyətidir.
Monitor üfüqi və şaquli istiqamətlərdə özəklərin və hər bir özəkdə yaranan rənglərin toplusuna uyğun olaraq təsviretmə qabiliyyətinə malikdir. EGA-da üfüqi istiqamətdə 650 özək və 350 sətir, VGA isə 650 özək və 480 sətir, SVGA isə 640*480, 800*600, 1024*768 və daha çox özək və sətir olur. Hər bir özəkdə rənglərin toplusu adapterin tipindən, onun təsvir etmə xarakteristikasından və videoyaddaşın həcmindən asılıdır. Ekranda təsvir edilən ən kiçik element (özək) piksel adlanır. Monitorların ekranının ölçüləri 35.58, 38.1, 43.18, 48.26 santimetr olur.

3. Klaviator və maus

Klaviatura özlüyündə çap makinası ilə kalkulyatorun hibritini təşkil edir. Klaviatura vasitəsi ilə informasiya kompüterə daxil edilir. Klaviaturada hərfləri, rəqəmləri və funksional idarəetmə əmrlərini kompüterə daxil etmək üçün düymələr mövcuddur. Standart klaviatura 101 düyməli olur.
Klaviatura – informasiyanın daxil edilməsi və kompüterin idarə olunması funksiyasını yerinə yetirir. Klavyaturanın işləməsinin fiziki əsasını tenzoeffekt hadisəsi təşkil edir. Beləki, düyməyə edilən təzyiq nəticəsində dövrədə elektrik siqnalini dəyişməklə informasiyanın ötürülməsi və yə kompüterin idarə edilməsi həyata keçirililr. Klaviaturanın iki növü geniş yayılıbdır: mexaniki və membran çeviricili klaviaturalar. Mexaniki klavituranın vericisi qiymətli metal kontaktlara malik olan ənənəvi mexanizmdən, II halda isə gümüşdən hazırlanmış nazik plastik lövhələrdən ibarətdir. Bu lövhələr arasında kiçik hava zolağında keçirici maye olur.


Klaviaturanın gövdəsinin daxilində düymələrin vericilərindən başqa kodları aydınlaşdıran elektron sxemlərdən ibarətdir. Klaviaturanın kontrolleri ayrıca mikrosxem şəklində sistemdəki platada yerləşir. XT və ya AT tipli kompüterlər üçün klaviaturanın kontrolleri bir-birindən əməliyyatların sayına görə fərqlənirlər (8042 və ya 8048). Hazırda klaviaturaların əksəriyyəti ya rejimləri dəyişdirmək üçün xüsusi (XT/AT) tipli açarla idarə olunur, ya da klaviatura özü avtomatik olaraq kontrollerin tipini müəyyən edir.


şəkil 2

Kontroller mikrosxeminin vəzifəsi klaviaturanın düymələrinin vəziyyətlərini daima böyük sürətlə yoxlamaqdan ibarətdir. İstənilən düymənin basılması və ya basılmaması müvafiq rəqəm koduna uygun gəlir. Buna SKAN- KOD deyilir. Həmin rəqəm kodunun informasiyası bir bayt qəbul olunur. Hər dəfə düymə basıldıqda , müəyyən sorğu əmələ gəlir. Bu sorğu əsasən ROM BIOS tərkibinə daxil olan xüsusi altproqram vasitəsi ilə təmin edilir. Sorğunun aparılması prosesi aşağıdakı kimi yerinə yetirilir: klaviatura kontrolleri skan kodu oxuyur, bu kod genişləndirilmiş ASCII koduna çevrilir. Xidməti düymələr (Shift, Alt, CTRL və s.) vəziyyətə nəzarət düymələri xüsusi kombinasiyalara nəzarət edir. Düymələrin hazırlanması texnologiyasından asılı olmayaraq, onların basılması üçün təqribən 0.02 - 0.05 Nyuton qüvvə kifayət edir. Düymənin basılma həddi isə - 4 mm -ə qədər olmalıdır.
Müasir klaviaturalarda istifadə olunan 101 düymələr toplusu 32 -i hərf, 20-si rəqəm, qalanları müxtəlif simvollardan ibarətdir. Digərləri həm kompüteri idarə edir, həmdə funksional idarəetmə rolunu oynayır. Mausun göstəricisini idarə edən və həmçinin Ctrl və Alt düymələri daha rahat istifadə edilməsi üçün klaviaturanın sol və sağ tərəflərində yerləşdirilmişdir. F1 –dən F12 –dək funksional düymələr birinci sırada yuxarıda yerləşir. Burada multimedia imkanlarını idarə edən düymələr də yerləşdirilmişdir. Standart klaviaturanın ölçüləri 3x9x45 sm, kütləsi 1 kiloqram tərtibindədir.
Klaviatura xüsusi kabel vasitəsi ilə kompüterlə birləşdirilir.
" Klaviaturanın drayveri" adlanan xüsusi proqram vasitəsilə rus və ya azərbaycan əlifbasının simvollarının daxil edilməsi həyata keçirilir.
Düymələrin funksiyaları:
"Esc" – ( Escape – qaçış, qurtuluş) hər hansı bir rejimi ləğv etmək və ya proqramı sona çatdırmaq üçün istifadə olunur.
F1 – ( help-köməkçı) yardımçı məlumat pəncərəsini ekrana çağırmaq üçündür.
Enter – ( daxil etmə, bəzi yerlərdə Return – geri qayıtma) yazı makinasında olan yeni sətrə keçid əməlini əvəz edir.
Shift ( sürüşdürmə) – daxil edilən informasiyanın qeydiyyatını dəyişir;
Caps Lock ( baş hərfləri qeyd etmək) – baş hərfləri yazmaq üçündür;
Tab – Tabulyator düyməsi – göstəricinin yerini dəyişmək üçündür;
Alt ( alternative - alternativ) və Ctrl ( control – nəzarət) düyməsi. Shift düyməsi kimi bu iki düymələrlə birlikdə xüsusi situasiyalarda istifadə edilir;
Bakscape ( geri qayıtma)- əvvəlki simvolu ləğv etmək üçün göstəricini bir addım geriyə köçürmək üçündür;
PrintSc ( print screen ekranın çapa verilməsi) və Sifth düymələrini birlikdə basdıqda ekranda olan informasiya çapa verilir;
Scroll Lock (fırlanmanı qeyd etmək) – düyməsi basıldıqda göstərici ekranda elə bir vəziyyət alır ki, ekranda olan informasiyanı optimal idarə etmək mümkün olsun.
Göstəricinin hərəkətini idarə edən düymələr. Monitorda görünən proqramın işçi sahəsi üzrə mausun göstəricisini (kursoru) hərəkət etdirmək üçün istifadə edilir. Bu düymələr klaviaturanın sağ tərəfində aşağı hissədə yerləşir. "←", "↑", "→", "↓" . Bu düymələr uyğun istiqamətlərdə göstəricini hərəkət etdirir. Nisbətən yuxarıda yerləşən Home (evə) və End ( Son) düymələri göstəricini sənədin və ya sətrin uyğun olaraq əvvəlinə və sonuna gətirir.

  1. PgUp ( Page Up) – bir sətir yuxarı
  2. PGDn ( Page Dovvn) – bir səhifə aşağı
  3. İns (İnsert - yerləşdirmək və ya araya salmaq ) və Del ( delete - silmək və ya xətt çəkmək) düymələri müəyyən simvolu araya salmaq və ya göstəricinin qarşısındakı simvolu silmək üçün istifadə olunur.

MAUS
Maus və Trekbol menyudan kompüteri idarə etmək və ya digər informasiyaları daxil etmək üçündür. Mausun imkanları klaviaturanı tam əvəz edə bilmir. İlk dəfə mausu 1963 - cü ildə Stenford tədqiqat mərkəzində (ABŞ) Diqlas Encelbart təklif etmişdir. Son illərdə mausun xarici və daxili quruluşu bir sıra dəyişikliyə məruz qalsada, onun siçana bənzərliyi dəyişməmişdir.


Mausun belə geniş yayılmasının səbəbi tətbiqi qrafiki proqramlar sisteminin, həmçinin qrafiki interfeysin geniş yayılması olmuşdur. Bu isə Windows əməliyyat sisteminin geniş yayılmasına səbəb olmuşdur. Maus qurğusuna pəncərə, menyu, düymələr, piktoqrammalar və s. qrafiki obyektlərlə işlədikdə daha çox ehtiyac duyulur.


şəkil 3

Mausun iş prinsipi. Ilk vaxtlarda maus qurğusu 2 mütəhərrik çarx üzərində hərəkət edirdi: çarxlar dəyişən rezistorların hərəkət edən hissəsi ilə əlaqəli olurdu.
Mausun yerini dəyişdirdikdə rezin kürənin hərəkətinin nəticəsi kimi dəyişən müqavimətli rezistorların müqavimətləridə uyğun olaraq dəyişir. Bu dəyişməyə uygun olaraq mausun göstəricisi monitorda yerini dəyişir. Sonradan çarxlar mausun daxilinə keçirilmiş, səthlə isə rezin polimer yasdıq (kürəcik) əlaqəsi yaradılmışdır. Çarxların fırlanma oxları bir-birinə perpendikulyar yerləşdirilmişdir. Kürəciyin səthinə sıxılmış çarxlar vericinin oxu üzərində yerləşdirilir. Kürəciyin hərəkəti ilə çarxlar hərəkətə gəlir, hərəkət nəticəsində verici oxların birləşdiyi rezistorların müqaviməti dəyişir. Bunun vasitəsi ilə mausun göstəricisinin yerdəyişməsinin istiqaməti və sürəti dəyişir. Verici kimi bir sıra hallarda cərəyan keçirməyən disklərdən istifadə edilir. Bu diskin üzərində montaj üsulu ilə kontaktlar yerləşdirilir. Bu cür maus qurğusu tam " mexaniki" maus adlanır.
Lakin son zamanlar maus qurğusunda yerdəyişməni kodlaşdırmaq üçün optik mexaniki üsuldan istifadə edilir. Mexaniki şifratorları işıq diodu, fotodiod cütlüyü və ya fotorezistorlar, bəzi hallarda fototranzistorlar əvəz edirlər. Fotohəssas elementlərin işıqlanma dərəcəsi mausun yerdəyişmə istiqamətini, bu elementlərdən çıxan impulsların tezliyi isə göstəricinin kursorun sürətini göstərir.
Tam optik mauslara da rast gəlinir. Mexaniki və optikomexaniki konstruksiyalardan fərqli olaraq, optik mauslar yalnız xüsusi planşet üzərində hərəkət edə bilərlər. Belə planşetin səthi perpendikulyar səthlər üzərində xırda torlardan təşkil edilir. Bir istiqamətdə xətlər – qara, digər istiqamətdəki xətlər isə göy rəngdə olurlar. Maus planşetin səthində hərəkət atdikdə, onun altında yerləşən iki ədəd xüsusi işıq diodları vasitəsilə planşetin səthi işıqlandırılır. Bu diodlardan biri qırmızı işıq şüalandırır və şüalandırılan işıq planşetin göy rəngdə xətləri ilə udulur, ikinci işıqlanan diod isə infraqırmızı intervalda işlədiyi üçün qara xətlər onu udur. Planşetdən əks olunan işıq fotodetektora düşür. Maus hərəkət edən zaman fotodetektorlara ardıcıl müvafiq işıq impulsları düşür. Ümumi halda belə maus qurğularının çox baha başa gəlməsinə baxmayaraq, bir sıra üstün cəhətlərə malikdir: hərəkət edən hissə olmadığı üçün belə konstruksiya uzun müddət işləyə bilir və belə maus ilə göstəricini ekranda idarə etmək daha asandır. Mənfi cəhəti isə planşet üçün xüsusi boş yerin tələb olunmasıdır.
Maus interfeysinin proqram təminatının ən geniş yayılmış standartlari bunlardır:
- Microsoft firmasının mausu ( Mocrosoft Mouse) - 2 idarə düyməsinə malikdir.
- "Maus" sistemli ( Mouse System Mouse) – 3 idarə düyməsinə mallikdir ( 3-cü düymə adətən 1-ci düymənin funksiyalarını təkrar edir.).
Mausun seyrəklik xüsusiyyəti 200, 400, 600, 900 dpi olur.
Mausu kompüterə qoşmaq üçün 3 üsul mövcuddur: Stolüstü İBM –lə uyğunlaşan bütün kompüterlər üçün ən geniş yayılmış üsul kompüterin ardıcıl portu (RS"Ⅶ" interfeysi) vasitəsi ilə mausun kompüterə qoşulmasıdır. II üsul şina interfeysli mausların (bus - mouse) qoşulması üçün xüsusi platanı tələb edir. III üsul isə PS/2 üslubunda olan mauslardır. Ən çox yayılmışı birincidir.
Mausun quyruğunda DB-9 tipli kontaktlar sistemi olur. Hər bir maus üçün quraşdırma və test aparmaq üçün proqram təminatıni təşkil edən xüsusi "drayverlər" olur. Bəzi "ağıllı" mauslarm "Paint Brust" tipli sadə şəkil çəkmək üçün proqramlara malik olurlar.
Ardıcıl interfeysə malik olan "Microsoft" firmasının istehsal etdiyi mausların prosessora öz hərəkətləri haqqında məlumat vermək üçün 3 bayt formatından istifadə edirlər. " Mouse System" tipli mauslar isə bu məqsəd üçün 5 baytlıq formatdan istifadə edirlər. Ona görədə belə mauslar bir-birini əvəz edə bilmirlər.
Trekbol. Maus ideyası özünün bir sıra müsbət xüsusiyyətlərinə baxmayaraq, müəyyən çətinlilklər də törədir. Onun kompüterlə birləşən kabeli çox vaxt nəyə isə ilişir, bəzi hallarda stol üzərində boş yer tapmaq da mümkün olmur. Ona görə də mausun kürəciyini başqa üsulla diyirlətmək, "kəllə-mayallaq" çevirərək firlatmaq fikri meydana gəlmişdir. Bu halda maus özü hərəkət etmir, yalnız baş barmaq vasitəsi ilə onun kürəciyi hərəkət etdirililr. Bütün konstruksiya stasionar şəkildə qoyulur, buna görədə az yer tələb olunur. Trekbolda da düymələr mövcuddur və bütün proqram təminatı eyni ilə mausda olduğu kimidir.
Trekbollar əsasən "laptop" kompüterlərində daha çox istifadə olunur. Nisbətən baha olur. Əsasən tətbiqi qrafik işlərdə, avtomatlaşdırılmış layihə sistemlərində geniş tətbiq olunur.

4. Bloklar sistemi

Bloklar sistemi (şəkil 3)- kompüterin aparat hissəsi adlanan qida blokunu, sərt və çevik disklərdə yaddaşı, videoadapteri, giriş – çıxış portları, həmçinin "ana plata"nı cəmləşdirir. "ana plata"da mərkəzi prosessor, daxili yaddaş və s. yerləşir. Bundan əlavə bloklar sistemdə əlavə olaraq faks – modem (daxili ), multimedia vasitələri (CD disklər, səs kartası), şəbəkə kartasi və s. yerləşə bilər.
Bloklar sistemi - kompüterlərin əsas hissəsidir. Xarici görünüşü bir modeldən digərinə keçdikdə dəyişir. Kompüterlərdə qida mənbəyini şəbəkəyə qoşan tumbler (açar) olur. Tumbler sistem blokda istənilən yerdə yerləşdirilə bilər. FK lərdə "RESET" (kompüterin yenidən yüklənməsi) və " TURBO" (işləmə cəldliyini artırmaq) düymələri, həmçinin qida mənbəyinə, " Turbo" rejiminə və " sərt diskə" müraciət indikatorlar var.


şək.4

Bloklar sistemi aşağıdakı hissələrbən ibarətdir: maqnit diskləri ( sərt disk, D, E və s.) yaddaş qurğusu, qidalandırıcı mənbə, sistem ana plata sistemi, genişləndirmə platalar, səs cihazları sistemi.
Plata sistemi plata və ya birləşdirici plata kompüterin əsas hissəsini təşkil edir. Ana platanın – (motherboard") üzərində sistemin aşağıdakı əsas hesablayıcı komponentləri yerləşdirilmişdir:

  1. mikroprosessor
  2. kompüterin yaddaşı
  3. periferiya qurğularıni qoşmaq üçün kontakt sistemlər (stollar)
  4. xüsusu mikrosxemlər – ROM-BİOS
  5. digər köməkçi elementlər və mikrosxemlər.

Kompüteri təkmilləşdirmək üçün "ana plataya" riyazi prosessorlar, əlavə yaddaş və genişləndirmək üçün plata yerləşdirmək mümkündür.


"Ana plata" fiberqlas lövhəsindən ibarətdir. Mikrosxemlər, kontakt sistemləri və digər elektron komponentlər həmin plataya lehim vasitəsi ilə və öz aralarında nazik mis keçirici naqillə birləşdirilir. Bu plata yalnız qida mənbəyi, monitor, klaviatura və disk qurğuları ilə ünsiyyətdə olmaqla işləyir.
İBM firması və onunla uyğunlaşan digər kompüterlərin plataları onlarla tətbiq olunan mikroprosessorun tipinə görə təsnifat olunur: 286, 386, 486, PENTİUM I, PENTIUM II, PENTIUM III və s..


şəkil 5

Onlar mikrosxemlərin tipinə, takt tezliyinə və hesablama prosesinin təşkilinə görə fərqlənir. Bu prosessorların aşağıdakı takt tezliyi olur:
AT286 prosessoru üçün 12 MHs tezlikdən 25 MHs -ə kimi,
AT386 prosessoru üçün 16 MHs tezlikdən 40 MHs -ə kimi,
AT486 prosessoru üçün 25 MHs tezlikdən 166 MHs -ə kimi,
PENTIUM I prosessoru üçün 60 MHs tezlikdən 200 MHs -ə kimi,
PENTIUM MMX prosessoru üçün 133 MHs tezlikdən 233 MHs -ə kimi,
PENTIUM II prosessoru üçün 233 MHs tezlikdən 450 MHs ə kimidir.
Quraşdırılma sxemləri eyni olan ana plataların aşağıdakı tipləri mövcuddur:

  1. 286-286 plataları;
  2. 386SX,DX, 486DLC-386 plataları;
  3. 486SX, DX, DX2, DX4, AMD 5x86, CYRİX5x86 – 486 plataları;
  4. PENTİUM, AMD K5, CYRİX MI, Centaur C6- Socket 7 tipli prosessor üçün kontantklar sisteminə malik olan PENTİUM plataları;
  5. PENTIUM MMX, AMD K6, CYRIX M2, Centaur C6-Socket 7 tipli prosessor üçün kontantklar sisteminə malik olan PENTİUM plataları;
  6. PENTIUM PRO – Socket 8 tipli prosessor üçün kontaktlar sisteminə malik PENTIUM PRO plataları;
  7. PENTIUM II – Slot 1 prosessoru üçün kontaktlar sisteminə malik PENTIUM II plataları.

Ana platanın içərisində yerləşən plata sistemi hesablama sisteminin normal iş rejimini təmin etmək üçün əsas rol oynayır və onun üzərində yerləşdirilmiş digər komponentlərlə birlikdə kompüterin ən mühüm qovşağını təşkil edir. Plata sisteminin iş rejimini poza bilən iki amil ola bilər: gərginliyin və temperaturun yol verilən həddən kənara çıxması. Bu parametrlərə nəzarət edən xüsusi vasitələr yalnız ən yüksək səviyyəli plata sistemlərində ( serverlərdə) istifadə olunur.

1.4 Printerlər
Printer (Printer) informasiyanı kağıza çap edən qurğudur. Bütün çap qurğuları iş prinsipinə görə "zərbəli" ( impact) və ya " zərbəsiz" ( non impact) olur.


Matris tipli printerlər
Matris tipli printerlərin işləməsinin fizika əsasınıayrı ayrı nöqtələr toplusu vasitəsilə mümkün olan işarələrin kağız üzərinə köçürülməsi təşkil edir. Bu cür işləyən çap qurğuları (printerlər) çox geniş yayılmışdır. Bu printerlər kifayət qədər keyfiyyətli çap etmə qabiliyyətinə malik olub ucuz materiallarla işləməyi təmin edərək, həm standart kağızlardan, həm də rulon tipli kağızlardan istifadə etməyə imkan verir.


şəkil 6

Ən böyük mənfi cəhəti iş vaxtı səs-küy salmasıdır. Printerin başlığı 9, 18 və ya 24 iynəli olur.
Şırnaqlı printerlər. Bu cür zərbəsiz printerlər iş vaxtı demək olar ki, səssiz işləyirlər. Mürəkkəblə işləyən şırnaqlı printerlər fasiləsiz, matris tipli zərbəsiz işləyən çap qurğularına aid edilə bilərlər. Mürəkkəb ilə işləyən şırnaqlı printerlər öz növbəsində, fasiləsiz təsirli (continuos drop) və diskret təsirli ( dropon demond) olmaqla iki yerə bölünürlər. Diskret təsirli printerlərin iş prinsipi ya hava ilə doldurulmuş köpük effekinə ( Bubble-jet), ya da pyezoeffekt prinsipinə əsaslanır. Bu tip printerlərin əsas istehsalçısı " Canon" və "Epson" firmalarıdır.
Zərbəli matris printerlərində olduğu kimi, mürəkkəblə işləyən qurğularda, çap edən başlıq ancaq üfüqi müstəvi boyu hərəkət edir. Kağız isə şaquli istiqamətdə hərəkət edir. Çap başlığından mürəkkəbin paylanacağı kanal dəliklərinin sayı 12-dən 64-ə qədər olur. Bu dəliklərin ölçüləri zərbəli matris printerlərində olan iynələrin diametrindən kiçikdir. Bu səbəbdən nəzəri cəhətcə keyfiyyəti nisbətən yüksək olur. Lakin buna həmişə nail olmaq mümkün olmur, çünki burada kağızın keyfiyyəti də rol oynayır.
"Bubble –jet" üsulundan istifadə etdikdə hər bir dəliyin yanında kiçik qızdırıcı element yerləşdirilir. Bunun vasitəsi ilə rezistordan cərəyan axır, 500 dərəcəyə temperatura qədər yaranan bu istilik ətrafda olan mürəkkəb hissəciklərinə təsir edir. İstilik ani bir zamanda əldə olunduğu üçün onun ətrafında mürəkkəbli buxar köpüyü yaranır və bunun vasitəsi ilə dəlikdən lazımi qədər mürəkkəb kağıza doğru itələnir. Dövrədə cərəyan kəsildikdən sonra, rezistor tez soyuyur və buxar köpüyünün ölçüsü kiçilərək, dəlikdən yeni mürəkkəb hissəsini götürür və o kağıza hopdurulmuş köhnə mürəkkəb hissəciyinin yerini tutur.
Kanal dəliyinin idarə olunmasının II üsulunun fizika əsasını pyezoelektrik effekt təşkil edir. Bildiyimiz kimi, əks pyezoeffekt prinsipinə əsasən, elektrik sahəsinin təsiri ilə pyezokristal deformasiyaya uğrayır. Çıxış dəliyinin yanında yerləşdirilmiş pyezoelementin ölçüsünün dəyişməsi mürəkkəb damcısının püskürülməsinə və yerinə yeni mürəkkəb damcısı ilə dolmasına səbəb olur. Bu cür yüksək keyfiyyətli çap etmə yolu ilə bir dəqiqədə 2-3 səhifə çap olunur. Bəzi modellərdə mürəkkəb püskürüləcək damcılı dəliklərin sayı 64 olur. Bu halda bir düymdə 360 nöqtə yerləşmiş olacaqdır.
Termoprinterlər. Termoprinterlərin işləməsinin fiziki əsaslarını təsviri kağıza çap etmək üçün kağızın ayrıca götürülmüş hər hansı bir hissəsinin qızdırılması təşkil edir
Termoprinterin çap edici başlığınin əsas tərkib hissəsini qızdırıcı elementlər təşkil edir. Bunlar bir-birinin üzərində iki sıra ilə düzülürlər. Onlardan müəyyən cərəyan buraxdıqda elementdə istilik əmələ gəlir. Termoelementlərin ölçüləri çox kiçik olduğu üçün, printerin çap başlığıda kiçik ölçülərə malik olur ( bir neçə mm).
Burada çap edici başlıq üfiqi hərəkət edir, kağız isə şaquli istiqamətdə daxil edilir. Bu halda kağız müəyyən nazik termohəssas örtüklə örtülür. Lokal qızdırma zamanı həmin örtüyün təsvir yaradıcının birinci komponenti əvvəlcədən rəngsiz rənglə qarışaraq kağız üzərində görünən ləkə yaradır. Bu üsuldan istifadə edərək müxtəlif rənglərlə çap etmək mümkündür. Çap vaxtı qara rəngli təsviri təmin edən örtük daha yüksək temperatur və çap başlığının böyük təzyiqini tələb edir.
Termoprinterlər matris qurğuları sırasına daxil edilə bilərlər. Burada çap başlığı ilə kağız arasında mexaniki kontakt olmadığı üçün termoprinterlər zərbəsiz qurğulara aid edilə bilər. Burada əsas mənfi cəhət nisbətən bahalı kağızın tələb olunmasıdır. 1982 – ci ildə kağıza çap edən termoprinterlər meydana gəlmişdir. Belə qurğulara rəngli maddəni irəli verən termoköçürməli və ya termoqrafik çap qurğuları deyilir. Bu qurğularda da qızdırıcı elementlərə malik çap başlığı vardır. Termoplastiki rəngləyici maddə kağızın məhz qızdırılan hissəsinə düşmüş olur. Konstruktiv baxımdan bu cür çap üsulu sadədir, səssiz işləyir. Termoköçürməli printerlərdə istənilən tip şifrələrdən istifadə etmək olar və qrafiki rejimdə işləmək burada heç bir problem yaratmır. Təsvirin aydın alınması nəzərindən belə printerlər lazer printerlərindən heçdə geri qalmır. Onların aydınlaşdırma qabiliyyəti 1 düymdə 300 nöqtədir. Bu printerlər çap etmə sürətinə görə mürəkkəblə işləyən müasir damcılı printerlərdən geri qalır. Bunun səbəbi termoelementin qızmasına sərf olan vaxtdır. Bu cür çap qurğuları əsasən portativ çap printerləri kimi istifadə edilir.
Lazer və LED ( Light Emitting Diode) printerləri. Lazer printerlərindən sürət çıxaran maşınlarda olduğu kimi təsviri yaratmaq üçün elektroqrafik prinsiplərdən istifadə edilir. Bu proses zamanı yarımkeçirici qatda elektrostatik potensial relyefi təşkil edilir. Sonra bu relyef vizual şəkildə görünür. Vizual şəkildə görünmək üçün quru toz hissəciklərindən istifadə edilir. Quru toz kağıs üzərində yerləşdirilən "toner"dən ibarətdir. Lazer printerinin əsas hissəsini yarımkeçiricili lazer olan fotohəssas çap barabanından ibarət optik mexaniki sistem təşkil edir.
Mikrogüclü yarımkeçiricilərdə nazik lazer şüası generasiya olunur. Bu şüa fırlanan güzgülərdən əks olunaraq, işığa həssas olan foto qəbuledici barabanda elektron təsviri yaradır. Barabana əvvəlcədən hər hansı statik yük verilmiş olur. Təsviri əldə etmək üçün lazer printeri xüsusi elektronika idarəedici qurğu vasitəsi ilə dövrədən açılır və ya dövrəyə qoşulur. Fırlanan güzgülər lazer şüasını çap edici barabanın səthində formalaşdırılan yeni sətrə doğru yönəldir. Lazer şüası əvvəlcədən statik yüklə yüklənmiş barabanın üzərinə düşən zaman, yük işıqlanmış səthdən axıb yerə verilir. Nəticədə barabanın işıqlanmış və işıqlanmamış səthləri müxtəlif yüklərə malik olur. "Toner"in tozvari hissəciklərinin mənfi və ya müsbət yüklənməsindən asılı olaraq, onlar baraban səthində müxtəlif işarəli yüklər olan sahələri bir-birinə cəzb edir. Hər bir sətir formalaşdırıldıqdan sonra, xüsusi addım mühərriki barabanı elə çevirir ki, növbəti sətir alınsın. Bu sürüşmə printerin seyrəklik qabiliyyətini təyin edir və 1 dyümdə 300, 600 və ya 1200 nöqtə yerləşir. İşin bu mərhələsi monitorun ekraninda təsvirin yaranmasına səbəb olur.
Lazer printerləri kiçik işləmə sürətinə malik ( dəqiqədə 4-6 səhifə), orta işləmə sürətinə malik (dəqiqədə 7-11 səhifə) və kollektiv istifadəli (dəqiqədə 12 səhifə ) olurlar. A4 formatlı kağızla işləyən lazer printerlərində seyrəklik qabiliyyəti 1 dyümdə 1200 nöqtə olur. Çap etmə sürəti isə dəqiqədə 3-4 səhifə olur. Bu cür printerləri "Heulett Packard" firması istehsal edir.
Lazer printerlərindən başqa LED printerləri də vardır. Burada yarımkeçirici lazeri – xırda işıqlanan diodları əvəz edir. Burada mürəkkəb optik sistemlərdən istifadə etməyə ehtiyac qalmır. İşığa həssas baraban üzərində bir sətrin təsviri eyni zamanda alıınır. Bu cür printerləri "Okidata" firması istehsal edir.

1.5 Skaner
Skaner vasitəsi ilə kompüterə mətnləri, səkilləri, cizgiləri və digər qrafiki informasiyanı daxil etmək olur. Ən geniş yayılmış iki cür skanerlər mövcuddur: əl ilə işləyən ( hand - held) və stolüstü (daesktop). Əl ilə işləyən skaner yığcam qurğu olub, kifayət qədər çevikdir və bir yerdən başqa yerə aparmaq üçün yararlıdır. Təsviri daxil etmək üçün skaneri təsvirin səthi üzrə sürüşdürmək lazımdır. Skanerin əhatə etdiyi mətnin eni 4 düym (10 sm), uzunluğu isə proqram təminatı ilə məhdudlaşır.
Stolüstü skanerlərə çox vaxt səhifəlik, planşet və ya avtoskaner də deyilir. Bu skaner vasitəsi ilə 8,5x11 və ya 8,5x14 düym ölçüsündə təsvirləri kompüterə daxil etmək mümkündür. Bu skanerlərin 3 növü vardır: flatbed, sheet – fed, overhead.
Flatbed – skanerləri şox bahalı qurğulardır, eyni zamanda çox "ağıllıdır". Təsviri daxil etmək üçün onu skanerin şüşəli stolunun üzərinə qoyub, qapağı qapamaq lazımdır. Yerdə qalan bütün hərəkətləri skanerin tətbiqi proqramların köməyi ilə yerinə yetirilir.
Sheef – fed skanerləri eyni ilə faks aparatı kimi işlədilir. İlkin təsvir vərəqi dartıcı mexanizm vasitəsi ilə qurğunun içərisinə dartılır. Bu cür skanerlərdə kağızı avtomatik daxil edən qurğu olur. Lakin cildlənmiş materialları burada cıxarmaq mümkün olmur.
Overhead skaneri – "overhead" proyektorlarını xatırladır. Daxil ediləcək sənəd skanerin səthində sürətini tərsinə qoyulur, skanerdə uyğun əməliyyatı yerinə yetirir.


Ağ qara skanerlərin ilk modelləri yalnız iki səviyyəli rejimdə ( bilevel) işləyə bilirdilər. Bu yolla ya ştrixlənmiş şəkillər, ya da ikifonlu təsvirlər daxil edilə bilirlər. Yarımfon rejim (dithering) yalnız bozumtul rənglərin imitasiyasını verir və bunun vasitəsi ilə daxil edilən təsvirin bir neçə nöqtələri qruplaşdırılaraq, "gray–scale–piksell"lər təşkil edir. Onların ölçüləri 2x2 (4 nöqtə),3x3 (9 nöqtə), 4x4 (16 nöqtə) olur.


şəkil 7

Qara nöqtələrin miqdarının ağ nöqtələrin miqdarına nisbəti bozumtul rəngin səviyəsini təyin edir. Skanerin seyrəklik xüsusiyyəti 1 düym təsvirdə olan nöqtələrin sayı ilə təyin olunur (dpi – dot per ench ). İlk modellərin seyrəklik xüsusiyyəti 200-300 dpi olmuşsa, müasir modellərdə bu rəqəm 400 – 800 dpi-dir. Proqram vasitəsi ilə həyata keçirilən interpolyasiya əməliyyatı nəticəsində müasir skanerlərin seyrəklik xüsusiyyəti 800 və ya 1600 dpi olur.
Ağ qara skanerin iş prinsipi. Bu skanerlərdə təsvir ya fluressent lampadan, ya da közərmə lampasından alınan ağ işıqla işıqlandırılır. Əks olunan işıq kiçildici linza vasitəsi ilə fotohəssas yarımkeçirici element üzərinə yönəldilir. Bu element yüklü əlaqəli cihaz – YƏC (Charge – Coupled Device, CCD) adlanır. Təsvir olunan hər hansı sətir bu cihazda müəyyən gərginliyə uygun gəlir. Bu gərginlik analoq rəqəm çeviricisi (ARÇ) ya da komparator (iki səviyyəli skaner üçün) rəqəm formasına salınır. Komparator YƏC və dayaq gərginliklərini müqayisə edib, çıxışda ya "0" siqnalı (qara rəng), ya "1" (ağ rəng) hasil edir. ARÇ – nin mərtəbələr sayı bozumtul rəngin səviyyələrindən asılı olur.
Hazırda skaner vasitəsi ilə rəngli təsvirlərin kompüterə daxil edilməsi üçün müxtəlif texnologiyalar mövcuddur: kompüterə daxil ediləcək təsvir daim ağ işıqla yox, fırlanan RGB (Red Green Black - qırmızı, göy, qara) işıq filtri ilə işıqlandırılır. Hər bir əsas rəng üçün əməliyyatların ardıcıllığı yalnız təsvirin qabaqcadan emal mərhələsi və rənglərin qamma korreksiyası istisna olmaqla ağ qara təsvir üçün olan əməliyyatlar ardıcıllığı ilə eynidir.
Təsvirin 3 gedişli emalından sonra 3 əsas rəngldə RGB faylı əmələ gəlir. Əgər 8 mərtəbəli ARÇ dən istifadə edilirsə ( bunun nəticəsində 28=256 rəng fonları təsvir edilir), o zaman hər bir təsvir edilən nöqtə üçün mümkün olan 16,7 mln.-dan bir rəng ayrılacaqdır. Bu prinsiplə işləyən skanerləri "Microtek" firması istehsal edir. Bu üsulun mənfi cəhəti təsvirin kompüterə daxil olma vaxtının 3 dəfə artıq olmasıdır.
"Epson" və "Sharp" firmalarının istehsal etdikləri skanerlərdə bir işıq mənbəyinin əvəzində 3 işıq mənbəyindən istifadə edilir. Bu da vaxtın azalmasına səbəb olur. "Seika İnstruments" firmasının "flatbed" skanerində YƏC fotorezistorla əvəz edilmişdir. Eni 8,5 düym olan 10200 sayda fotorezistor yerləşdirilmişdir. Bunlar hər sırada 3400 olmaqla 3 sırada yerləşirlər. Rəngli 3 filtr (RGB) elə yerləşdirilmişdir ki, hər bir sırada yerləşən fotorezistorlar yalnız bir rəng qəbul edir. Burada seyrəklik xüsusiyyəti 400 dpi – dir.
Bir qayda olaraq, təsvir obrazları kompüterlərdə qrafiki fayl şəklində - TİFF ( Tagged İmage File Format) və ya RSX formatlarında saxlanılır. Belə faylın tutumu çox böyük olur ( bir neçə Mbayt). Bu faylın tutumunu kiçiltmək üçün xüsusi proqramlar – arxivatorlardan istifadə olunur.

1.6 İnterfeys
İnterfeys – qurğular arasında mübadilənin qayda və qərarlar toplusunu təşkil edir. İnterfeys geniş bir məna daşıyır, bura həm avadanlıq elementləri, həm də proqram təminatının fraqmentləri (drayverləri) daxildir. Kontroller özü interfeysin bir hissəsi sayıla bilər.
Modemlər. Müasir dövrdə elektron kommunikasiya sistemlərini modemsiz təsvir etmək mümkün deyildir. Modemdən istifadə etməklə informasiya axınlarına, elektron verilənlər bazasına, elektron poçtuna, elektron məlumat kitabçasına, elektron elanlar lövhəsinə və s. daxil olmaq mümkün olur. Modem kompüterlə telefon xəttinə qoşulur və internet xəttinə çıxışı təmin edir. Xüsusi proqramlar daxil edildikdə müxtəlif kompüterlər arasında "razılıq" əsasında verilənlərin ötürülmə protokolundan istifadə edərək bir kompüterdən uzaq məsafədə yerləşən digər kompüterə informasiya göndərmək mümkündür. İnformasiya mübadiləsi elanlar lövhəsi vasitəsi ilə də mümkündür. BBS (Bulleten Board System) xüsusi proqram təminatına malik olan kifayət qədər güclü fərdi kompüterdən ibarət olub, modem vasitəsilə adi telefon xəttinə qoşulur. Belə proqram təminatı zəng edən şəxsə BBS –də qeydiyyatdan keçməyə və orada işləməyə imkan yaradır. Belə kompüterlər BBS şəbəkəsinin qovşaqları adlanır. BBS–in regional şəbəkələri bir-biri ilə öz aralarında əlaqədə olurlar. Bu halda digər şəbəkənin qovşağından qeydiyyatdan keçmiş istifadəçi üçün elektron xəbərlərini göndərmək mümkündür.
Bununla yanaşı kompüter texnologiyasının digər istiqaməti –İnternet sistemi daha sürətlə inkişaf edir. Dünya informasiya şəbəkəsi olan İnternet müəyyən təşkilat quruluşuna malik olmayan sərbəst kompüter şəbəkəsidir. İnternet şəbəkəsi müxtəlif dövlətlərin, elmi, kommersiya və qeyri-kommersiya təşkilatlarının birgə səyi nəticəsində yaradılmışdır.
Hal hazırda şəbəkə kommunikasiyalarının əsas formasını elektron poçtu (e-mail) təşkil edir. Elektron poçtuna qoşulmuş hər bir istifadəçinin özünün məxsusi elektron ünvanı vardır. Xüsusi proqram təminatı əsasında elektron poçt vasitəsi ilə göndərilən məktub dünyanın istənilən nöqtəsində yerləşən elektron ünvana çatır.
Lakin İnternetin imkanları elektron poçtuna nəzərən daha böyük və genişdir.
Modem kompüter ilə telefon xətti arasında rabitə qurğusu olub, rəqəm elektron siqnallarını analoq formasına və əksinə avtomatik çevirmək üçün tətbiq edilir. Bu kompüter yalnız rəqəm, telefon xətti isə - analoq siqnalları ilə işləməsi ilə əlaqədardır. Rəqəm siqnallarının analoq formasına çevirmək prosesi texnikada modulyasiya, əks istiqamətdə çevirmə isə demodulyasiya adlanır.
Adətən analoq siqnalları 3 parametrlə xarakterizə olunur: amplitud, tezlik və faza. Modem kompüterdən 3 "bit" informasiya qəbul edilib onu analoq siqnalı formasında xəttə göndərir. Analoq siqnalının amplitudu qəbul olunmuş birinci bitə, tezliyi ikinci bitə, fazası isə üçüncü bitə uyğun gəlir. İlkin analoq siqnalı aparıcı tezlikli siqnal adlanır. 1500 hs tezlikli belə siqnaldan telefon rabitə xətlərində aparıcı tezlikli siqnalın olması modemlər arasında əlaqənin yaranma əhəmiyyətinin göstəricisidir.
Modemin buraxma qabilliyyəti iki parametrlə xarakterizə olunur: informasiyanın ötürülmə sürəti və bir analoq siqnalındakı rəqəm informasiyasının tutumu. İnformasiyanın ötürülmə sürəti bodlarla ölçülür. O, modemin bir analoq siqnalından digərinə keçmək qabilliyyəti ilə təyin edilir.
Bir analoq siqnalında rəqəm informasiyasının tutumu həmin siqnallardakı bitlərin sayı ilə təyin olunur. Modemlərin buraxma qabiliyyəti bu iki parametrin hasilinə bərabər olur ( bps) bit/san-lə təyin olunur. Əgər modem 2400 bit/san. sürətlə, analoq siqnaları isə 4 bitlik informasiyaya malik olarsa, o zaman modemin buraxma qabiliyyəti 9600 bps olar.

Modemlərin iş rejimləri. Kompüterlərə qoşulmuş modem iki rejimdə: verilənlərin ötürülməsi rejimində (modem is on-line) və ya əmrlər rejimində işləyə bilər. Verilənlərin ötürülməsi rejimində modem kompüterdən ona göndərilən bütün informasiyanı verilənlər kimi qəbul edib, onu analoq siqnalına çevirir və telefon xəttinə ötürür. Əmrlər rejimi isə modemi idarə edir. Bu rejimdə kompüterlər tərəfindən verilən xüsusi əmrlərdən istifadə edilir, modem özü isə sərbəst olaraq ayrıca işləyir. Modem kompüterdən aldığı simvolları əmrlər kimi başa düşür. Əgər bu əmr aydınlaşdırılarsa, o zaman modem bunu icra edir, əks halda isə onu bir səhv kimi qəbul edir. Əmrlər rejiminin bir forması zəngi gözləməkdir. Bu halda modem elə bir gözləmə rejimi alır ki, o, istənilən anda telefon dəstəyini qaldırmaq və xəttin o biri tərəfində olan modemlə rabitə qurmaq vəziyyətinə malik olsun. Modemin əmrlər toplusu onu istehsal edən firmadan və istehsal olunduğu ildən asılıdır. Bütün modemlər üçün bir sıra eyni olan əmrlər də mövcuddur: telefon dəstəyini qaldırmaq, lazımi nömrəni yığmaq və iş rejimini əldə etmək.
Modemi qoşduqdan sonra onda əmrlər rejimi işləməyə başlayır.

5. İnternet səbəkəsi

Telekommunikasiya vasitələri – böyük məsafələrə informasiya ötürülməsi və qəbulunu təşkil edən texniki vasitədir. İxtiyari informasiyanı İnternetdə əldə etmək üçün hər hansı bir kompüter, tələb olunan informasiya bazasına daxil olmalıdır. Bu da öz növbəsində, bütün kompüterləri möhtəşəm bir hesablama şəbəkəsində birləşməsini tələb edir. 60-80-cı illərdə terminallar, sonradan qlobal şəbəkələr meydana çıxdı. Terminallar bir neçə istifadə edənə eyni zamanda kompüterlə işləmək imkanı verirdi. Qlobal şəbəkə isə daha uzaq məsafədə olan kompüterlərin bir-biri ilə birləşməsinə şərait yaradır. Qlobal şəbəkəyə misal olaraq İnterneti göstərmək olar. Lokal şəbəkələrdə yerləşən kompüterlər arasındakı məsafə kiçik olduğundan onlar arasındakı informasiya mübadiləsini asan həyata keçirmək mümkündür. Uzaq məsafədə yerləşən kompüterlər arasında informasiya mübadiləsini təşkil etmək üçün şəbəkə ünvanını vermək və lazımi rabitə əlaqəsini qurmaq lazımdır. Bu da müəyyən vaxt sərf olunmasını tələb edir. İnformasiya mübadiləsinin əsas kanalı kimi, telefon xətlərindən istifadə olunur. Digər kanallar istismar üçün bir qədər baha olduğundan, qlobal şəbəkənin yalnız məhdud sayda müştəriləri buraya daxil ola bilir. Telefon xətti ilə kompüter əlaqəsini yaratmaq üçün lazım olan ilk qurğu 70-cı illərin əvvəllərində istehsal olunmuşdur.

Kompüterin elektrik şbəkəsinə qoşmağın ən yaxşı yolu kəsilməz qida mənbəyindən (UPS – Uninterruptable Pover Supply ) İstifadə etməkdir. Böyük tutumlu batareya olan bu qurğu elektrik enerjisi kəsildikdə də kompüterin işləyə bilməsinə imkan verir. UPS – dəki yuvaların sayından asılı olaraq ona sistem blokunu və monitoru, eləcədə kompüter sisteminin bəzi xarici qurğularını qoşmaq olar. Nəzərə alın ki, işıqlar söndükdə kəsilməz qida mənbəyi kompüteri adətən 5 dəqiqəyədək işlədə bilər. Buna görədə belə xoşagəlməz hadisə baş verdikdə üzərində işlədiyiniz faylı yazıb saxlayın və kompüteri söndürün. Qalan işləri isə ( çap etmə skanerdən istifadə və başqaları ) sonra işıq yandıqda görmək olar

Oğuz ©2006 !!!



  Paylaş      



imranova gulcin
16.10.2015 21:04
tesekkur edirem bilmediklerimi dedikleriniz ucun eeelllaaa.......................
Əsmər
03.11.2012 14:48
çox sağ olun ela məlumatlardı
Fuad Ehedi
13.02.2012 12:04
Buyurun
revane
10.10.2011 00:01
coooox sagolun bilsez menim ne qeder isime yaradi
Mushfig
02.02.2011 00:40
Salam. Chox lazimli bir ders. Teshekkurler!
fidan
17.11.2010 21:29
thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuu
Axmedlinec
25.09.2010 13:38
Naaarmalni. Pasiba
İlaha
21.06.2010 09:39
Tewekkur !!! ela!!!

   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!