MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...0448 
   www.azresce.com3186 
   www.evalin.az4290 
   www.novruzov.net4558 
   www.azgraf.net/mocuzeler5292 
   videoders.azersayt.com5294 
   www.mado.az6027 
   www.artdeco.az4564 
   www.cv-az.com7198 
   www.fakto.info5341 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000732
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470
 PHP     
Php dili ilə proqramlaşdırmaq üçün mütləq bu giriş dərsindən faydalanmalısınız. Dərs vasitəsilə sadə bir neçə əmrlər və giriş səviyyəli funksiyaları öyrənəcəksiniz.

Tarix:        21.06.2009
Oxunub:   9494        
Müəllif:     
Nəsimi İsgəndərov   



Paylaş

Çap et        Şərh yaz

 PHP giriş dərsi.

PHP əsasən internetlə əlaqəli olan proqramdır və onunla web səhifələri düzəltmək mümkündür. Amma onu da bilmək lazımdır ki PHP digər məqsədlər üçün də işlədilir.
Ümumiyyətlə nəyə görə belə proqramlar yaradılır?
Bu cür kodlaşdırma səbəbi nədir?
Sən kimdənsə nə isə öyrənmək istədiyində ilk əvvəl etdiyin ona sualı vermək və sonra soruşduğun suala uyğun cavabın sənə bildirilməsini gözləməkdir. Eyni sistem ilə də kompüter informasiya sistemi qurulmuşdur.
Yəqin ki SERVER adlı nə isə eşitmişsən. Serverlərdə də eynən insanlar kimi onlara deyilən(yazılan) məlumatlar saxlanır (elə bil dostun Kamilin başıdır) və ona sorğu verəndə o sorğu ilə uyğun məlumatı tapır və sənə cavab verir. Sadəcə olaraq o fikirləşmir, axtarış aparır yəni məlumatı axtarır(uyğun sorğunu, əmri) və məlumatı sənə ötürülməsi üçün bizim kimi danışmır amma müəyyən edilmiş proqram təminatında istifadə edərək cavab verir. Bu proqramlar aşağıdakılardır və hamısının ümumi funksiyası serverlə sifarişçi(yəni sən) arasında əlaqə yaradır.
Internet Explorer və ya hər hansı bir web browser—sən sorğunu burda yazırsan və ünvanlayırsan(kimdən cavab gələcək)
PHP- bu proqram vasitəsi ilə əmr vermək üçün sorğu düyməsi yarada bilirsən və php dilində sorğunu göndərirsən. Buna oxşar dillər(HTML,ASP və.s)
APACHE və ya MYSQL- Bu proqramlar vasitəsi ilə serverlə əlaqə yarada bilirsən və sonra o məlumatı sənə göndərir.
Bu qədər lori dil məncə bəs edər.
Brauzerin serverə müraciət prosesi necə getdiyinə baxaq. Beləliklə, əvvəl brauzer sorğunu .php formasında göndərir və ondan sonra web- server onu PHP maşınından keçirir və HTML formasına çevirib cavabı göndərir sifarişçiyə( yəni sənə) bildirir. Sorğunu PHP dilində vermək üçün, xüsusi teqlər daxilində yazıb göndərmək lazımdır. Onlar 4 növ olur(onlar bir-birlərinə ekvivalentdirlər və hər hansı birini istifadə etmək olar)
XML forması:
<?php
...
?>

SGML forması:
<?
...
?>

HTML forması:
<script language = "php">
...
</script>

ASP forması:
<%
...
%>

Biz bu formalardan əsasən XML və ya SGML formalarından istifadə edəcəyik.

Mən ilk proqramımı belə yazmışam.

Məcburi deyil ki, Dreamweaver-də yazasan əgər proqram yoxdursa adicə Notepad-i aç və yaz.
Dreamweaver-də ctrl+n (File\NEW ) Dynamic page və orada PHP seçin və yaradın (Create).





şəkildə gördüyün formada yaz.

Yazdığın faylı C:\Program Files\Apache Group\Apache\htdocs –da salam.php formasında yaddaşa ver. (save as).
Artıq bildiyimiz kimi php dinamik dildir. Biz Apache yükləyəndə localhost yazdıq yəni daxildə yerləşdirmə. Daxildə yerləşdirmə 127.0.0.1 ip ilə təyin olunmuşdur. Biz sorğumuzu daxildə sorğu verərək 127.0.0.1 php-də yazdığımız salam faylını axtaracağıq. Yəni Internet Explorer-i açaraq orada ünvan yerində 127.0.0.1\ salam.php yazırsan. İnşallah aşağıdakı nəticə alınacaq. Alınmasa deməli təzədən oxumalısan harada səhv buraxıbsan. : )



Siz artıq php-də ilk proqramınızı yazdınız. Məndə ilk dəfə alınmayandan bəri bu cümlədən zəhləm gedir. : )

İzahlar:
Məndə WindowsXP ingilis dilində olan əməliyyat sistemi yüklənib və ona uyğun izah edəcəm.
Uzun sözün qısası burda mənim yazılarımdan baş çıxartmaq üçün qeydləri yerləşdirirəm.


Proqramı harda yazacaqsan:
Start düyməsinə bas və menyudan Run komandasını seç. Orada notepad yaz və qarşına çıxan proqramda kodları çap edə bilərsən.

Qeyd:
Bundan sonra mən sizə sadəcə olaraq komandaların izahını və <body> .... </body> daxilində gedəcək script-ləri proqram sətirlərini izah edəcəyəm.
Ümumi qeyd:
Bütün funksiyaların sətri bitdikdən sonra ; (nöqtə vergül) qoyulmalıdır. Digər halda ondan sonra gələn yeni funksiyalar qəbul olunmayacaq və nəticədə error(səhv) verəcək. Yazdığım cümlələr əgər çətin izah eləyərsə sadəcə olaraq kodları yaz və bax nə nəticə alınır və başa düşməyə çalış.
Əsasən php NotePad-də yazılır amma sırf PHP-də işləmək üçün proqramlar vardır ki siz kodu yazdığınız zaman sizə hazır formada təkliflər verir.
Demək olar ki əsas məsələlərdən biri. www.php.ru bu sayt sizə müəyyən problemlərlə bağlı kömək edə bilər.
Mən həmişə Nəticəsi yazmayacağam, nəticəni (\\) formada göstərəcəyəm. Çünki PHP də proqram 2 sləşdən sonra gələn sətirdəki yazıları qəbul eləmir və ora kommentari yazmaq mümkündür. Bundan başqa C++ stilində yazmaqda olar ( /*... */). Sləş və ulduz arasında qalan informasiya proqram tərəfindən qəbul olunmayacaqdır və ya Unix dilində sadəcə (#) diyezdən sonra gələnlər qəbul olunmayacaqdır.
<php
echo("<p>Hello</p>"); // kommentari
echo("<p>Hello</p>"); # kommentari

/*
kommentari
*/
?>

Onu da bildirim ki kommentari ancaq PHP daxilində işləyir yəni( <?php ... ?>). Əks təqdirdə onu HTML mətni kimi qəbul edib ekrana verəcək.Məs:

<?php
echo("<p>Hello</p>"); // normal kommentari
?>
// Bu da Php-dən kənarda olan kommentari.
<!—HTML kommentari.
HTML-in kodunda görüləcək amma brauzerdə yox yəni kommentari -->

Kommentarini operatordan sonra və aşağıdakı kimi ayrıca da vermək olar.
<?
$a = "Hello, world";
echo strstr($a,"H");
// Bu funksiyaya daha sonra baxacağıq.
?>



  Paylaş      



Ferid Ceferzade
24.07.2013 16:51
Salam Lar Ve Bu adi bir sayti yigmaq ucun herkese besdir mysql ve local host
Aga salayev
03.08.2012 08:12
Qardaslar php program deil!!sadece kodlardi!!bu kodlarla sayt yigmag mumkundu adi bloknotda ve ya dreamweaver programinda!
xaliq
05.06.2012 12:40
salam yerli, bize mingecevirde yerlewen php kursunun yerini deye bilerseeeen?minnetdar olariq.
Togrul
29.03.2012 23:31
salam . php proqramini hardan yukleye bilerem. zehmet olmasa bir basa link yazin. yaxshi olarki ingilis ve ya turk dilinde olsun.
fiyuzis
22.01.2012 23:56
salam, , bilen varsa xaish edirem komek etsin, , , men php yuklemek isteyire rus ve ya turk dilinde, , , hardan ve nece yukleye bilerem, , , , , onuda deyim ki menim komputerimde qabaq bu proqramin ingilis versiyasi olub onu pozmusham amma yenisini yukleyen kimi o yene aktiv olur, , , komek edin , , nece edim?
INCREDIBLE
07.03.2011 21:13
cox sag olun...
Ramil Əzizli
12.01.2011 20:35
Cox sagolun bunlari yazdiqiniza gorre indi men bu proqramnan z saytima qeydiyyat sobesi ve onun icerisinde chat yarada bilerrem

   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!