MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...0448 
   www.azresce.com3185 
   www.evalin.az4290 
   www.novruzov.net4557 
   www.azgraf.net/mocuzeler5292 
   videoders.azersayt.com5294 
   www.mado.az6027 
   www.artdeco.az4564 
   www.cv-az.com7198 
   www.fakto.info5341 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000732
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470
 Microsoft Windows     
Disk piktoqramını dəyişdirmək üçün ən rahat yol. Həm sabit, həm əlavə distlərin ikonlarını dəyişdirmək üçün kiçik bir nümunə.

Tarix:        21.06.2009
Oxunub:   6531        
Müəllif:     
Emil Əzizov   



Paylaş

Çap et        Şərh yaz

 Sərt disk piktoqramının dəyişdirilməsi.

Мой компьютер (My computer) pəncərəsini açdıqda C diskinin standart piktoqramını görməkdən artıq bezmisinizsə onu dəyişdirməyin çox asan yolu var. Bu üsulla siz həmin piktoqramı hər hansı bir hərf, söz və ya düzəltdiyiniz iconla əvəz edə bilərsiniz.
Bu dərsimizdə mən həmin piktoqramı sadəcə "C" hərfi ilə əvəz etməklə kifayətlənəcəyəm. Bunun üçün bizə ilk növbədə C (C:\) diskinin içərisində AUTORUN.INF və c.ico (32*32 ölçüsündə) adlı fayl yaratmaq lazımdır. Bunları yaratmaq üçün aşağıdakı ardıcılıqları diqqətlə yerinə yetirin:
1)İlk öncə C diski (C:\) içərisində bir AUTORUN.INF adlı bir fayl yaradaq. Həmin faylı biz Блокнот (Notepad) mətn redaktoru ilə yaradacağıq. Bunun üçün Блокнот (Notepad) açılmış pəncərəsinə aşağıdakı əmrləri daxil edirik:
[autorun]
icon=c.ico

Daha sonra Файл (File) menyusuna daxil olaraq Сохранить как (Save as) bölümündən etdiyimiz dəyişiklikləri AUTORUN.INF adı altında C diskimizin (C:\) içərisində saxlayırıq.
Artıq AUTORUN.INF faylını yaratdıq. İndi isə 32*32 ölçüsündə bir c.ico adlı bir icon hazırlayaq.
2)c.ico adlı iconu siz Photoshop, Windows-un Paint və digər rəsm redaktorları ilə vasitəsilə hazırlaya bilərsiniz. Aşağıda gördüyünüz iconu mən Photoshopda hazırlamışam.


Sonra hazırladığımız iconu C diski (C:\) içərisində saxlamalıyıq.
Daha sonra C (C:\) diski içərisinə daxil olub hər 2 yeni hazırladığımız faylı orada görürük. İndi isə Мой компьютер (My computer) pəncərəsinin içindəykən mausun sağ düyməsi ilə (və ya klavyaturada F5 ilə) Обновить edirik. C diskinin piktoqramının dəyişəcəyini görəcəksiniz. Əgər alınmasa onda kompüterinizi yenidən söndürüb yandırmalısınız. Eyni əməliyyatı D diski üzərində etsəniz eyni nəticəni əldə edəcəksiniz. Əldə etdiyiniz nəticə sizi qane etməsə əvvəlki vəziyyətinə qaytarmaq üçün yaratdığınız yeni faylları silib kompüterinizi RESTART etməlisiniz.


Əgər hazırladığınız AUTORUN.INF faylının görünməsini istəmirsinizsə onda həmin faylı qeyd edib mausun sağ düyməsi ilə Свойства (Properties) daxil olub Атрибуты/Attributes bölümündən Скрытый/Hidden seçmək lazımdır:



Daha sonra Сервис (Tools)> Свойства папки (Folder Options)> Вид (View) bölümündən Не показывать скрытые файлы и папки (Do not show hidden files and folders) seçilmiş olmasına diqqət yetirməyiniz lazımdır.



  Paylaş      



samuray1
20.01.2010 17:53
men etdim cox yaxwi alindi

   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!