MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...0192 
   www.azresce.com2978 
   www.evalin.az4195 
   www.novruzov.net4488 
   www.azgraf.net/mocuzeler5155 
   videoders.azersayt.com5142 
   www.mado.az5931 
   www.artdeco.az4466 
   www.cv-az.com7043 
   www.fakto.info5234 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000731
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470
 Flash / Action Script     
Flash proqramı ilə yüksək səviyyəli proqram və layihələrin həyata keçirilməsində ilkin anlayış. Bir neçə flash effect və nümunələr.

Tarix:        21.06.2009
Oxunub:   6067        
Müəllif:     
Emin Novruzov   



Paylaş

Çap et        Şərh yaz

 Adobe Flash ilə layihələndirmə.

Adobe Flash ilə layihələndirmədə ilkin anlayış.

Salam əziz dostlar. AzGraf.Com sizlər üçün fərqli dərslər nümayiş ettirərək hər zaman sizlərə müəyyən qədər dəstək olmağa çalışır, məhz bu dərsimizdə də tam fərqli bir sahəyə uyğun dərs hazırlamışam. Dərsin adından bir çoxlarımıza aydın olduğu kimi günümüzdə bir çox layihələr hazırlanıb internet istifadəçilərinin xidmətinə verilir. Layihə dedikdə təbii olaraq virtual aləmdə mövcud ola biləcək veb saytlar, internet və ya kompyüter oyunları, intellektual oyunlar, virtual forumlar, virtual çatlar v.s nəzərdə tuturam. Bəlkədə bir çoxlarımız bu kateqoriyalar altında bir çox iş görə biləcək bacarığa sahibik. Lakin işə necə, hardan? hansı üsüllardan başlayacağımızı bilmirik. Misal üçün, məni ən çox narahat edəcək məsələlərdən biri qarşıma çox zaman əla proqramçılar və ya dizaynerlər çıxır, hiss edirsən müəyyən qədər bilikləri var lakin deyəndə nə işləriniz var heç bir işləri olmur. Bir sözlə "Əsas bilmək yox, yaratmaqdır".
Başınızı çox ağrıtmadan keçək başlıca məsələyə. Bu dərsimizdə sizə MİO 2008 (Milli İntellektual Oyun) üzərində nümunələr göstərərək, bu və ya buna bənzər digər layihələri necə hazırlayacağınıza yol göstərəcəm.

Ümumiyyətcə götürsək hər hansı kiçik və ya böyük işə başlamazdan əvvəl ilk olaraq oyunda əsas hansı funksiyalar, hansı quruluşlar, hansı özəlliklər olacağını kiçik testlərdən keçirməliyik. Götürək misal üçün intellektual oyun hazırlamağa başlayırsınız və oyunda ən vacib hissələrdən biri sualların ekrana gəlişi hissəsidir. Suallar hansı funksiya ilə ekrana gələcək, suallar hansı scriptlər vastəsilə təkrarlanmayacaq, suallar hansı kateqoriyalar altında sıralanacaq v.s. Əlbətdə bunları etmək üçün programı bilməyinizdə müəyyən qədər təcrübəniz olmalıdır. Dərsimizdə MİO 2008 üzərindən testlər göstərəcəyim üçün program olaraq da Adobe Flash 9.0 istifadə edəcəm. Əsasən kateqoriyaya bölsək oyunu hazırlamağı aşağıdakı ardıcıllağa sıralamaq olar:


  1. Photoshop programını açırıq və programın görünüşünü A-dan, Z-yə qədər dizayn edirik.
  2. Tam hazır olmuş dizayn versiyasını Adobe Flash açaraq səliqəli şəkildə ora köçürdürük.
    Flash daxilinə köçürddükdə diqqət edəcəyiniz əməliyyatlardan biri flash daxilinə alınmış şəkillərin həcmləridir. Həmcləri bacardığınız qədər aşağı salmalısınır. Bu haqda sıralama sonunda ətraflı yazmışam.
  3. Flash köçürdüldükdən sonra flash daxilində mövcud aktiv düymələri hazırlayırıq.
  4. Düymələr hazır olduqdan sonra dizayn üzərində mövcud hərəkətləri hazırlamağa başlayırıq. Hərəkət dedikdə logo üzərindəki effect, düymənin üzərində gəldikdə-çəkdikdə yarancaq effect v.s kimi.
  5. Dizayn tam hazır olduqdan sonra sıra gəlir oyunu proqramlaşdırmağa, oyuna məxsus bütün scriptləri ən professinal şəkildə yazmalısınz.
  6. Və nəhayət oyunda istifadə ediləcək sualları bazasını (ya kənardakı sual bazasından yada flash daxilindən) quraraq sualları daxil edirik və oyunun digər istəyə görə özəlliklərini düzəldirik.

Sıralamada da qeyd etdiyim kimi, flash alınmış şəkil həcmləri olduğu qədər kiçik həcmlərdə olmalıdır. Bunu aşağıdakı nümunədə də görə bilərsiniz:
Misal üçün aşağıdakı kimi bir paneli flash içərisinə gətirməyə ehtiyac oldu:

Bunu flash daxilinə photoshopdan gətirdikdə bir çoxumuz olduğu kimi save edərək import edəcək ki, buda həcmin yüksək olmasına gətirib çıxardacaq. Lakin bunu aşağıdakı 2 parça ilə hazrlamaq mümkündür:

Gördüyünüz yuxarıdakı 2 şəkil ilə yuxarıdakı paneli, hətta ondan daha da böyük formasını hazırlaya bilərsiniz. Edəcəyiniz sadəcə ilk soldakı şəkilin eninə doğru ölçüsünü flash daxilində uzatmaq və sağdakı şəkilini onun sağ kənarına yerləşdirmək. Nümunədə də olduğu kimi buna bənzər bir çox incəliklər vardır ki, oyunu hazırlamaqda ehtiyac olacaq ən lazımlı əməliyatlar saymaq olar. Çünki oyunda istifadə ediləcək şəkillər artıdıqca həcm həddini aşa bilər. Buda istifadəçinin rahatsızlığına gətirib çıxarda bilər. Yuxarıdan da gördüyünüz kimi Photoshop deyə bilərəm ki, istənilən dizayna malik programlarda proqramçının və ya dizaynerin sağ əlidir.
Adobe Flash proqramı hərəkətləndirmə işlərində çox professinal bir proqram olmaqla yanaşı, eyni zamanda asanlığı ilə də bir çox dizaynerin üstünlük verdiyi proqramdır. Flash içərisində bəlkədə bir çoxlarımızın işini görə biləcək həddindən çox incəliklər var. Bir nümunəyə baxsaq:
Misal üçün: götürək MİO 2008 oyunuda oyunun əsas simvolik logosu olan kəpənək effektinin hazırlanması. Əgər diqqətlə fikir verərsəniz kəpənəkin qanadlarının hərəkəti standart deyil. Yəni konkret bir xətt üzərində hərəkət etmir. Əslində bunu etmək o qədər də çətin əməliyyat deyil...
İlk olaraq flash içərisinə hazır kəpənək şəkilini İmport edirik:


Daha sonra flash daxilindəki kəpənəyi seçərək F8 düyməsinin köməkliyi ilə MovieClip-ə çeviririk. Çevrilmiş M.C içərisinə girərək mövcud kəpənək şəkilini Ctrl + B düymələrinin köməkliyi ilə Flash Object-ə çeviririk. Bunu etməyimizə səbəb kpənəki flash daxilində istədiyimiz kimi kəsib, yapışdırmaqdır. Əslində istəsək kəpənəki PSD-də kəsərək parça-parça da import edə bilərdik amma bu daha rahatdır mənim üçün. Flash object halındakı kəpənəkin hər iki qanadlarını sağ və sol hissələrini seçərək F8 təkrar MovieClip çeviririik:

Hər iki qanadlar ayrı-ayrılıqda 2 MoveClip-dən ibarət olmalıdır. Daha sonra ilk olaraq sol qanadın MC daxil olaraq içərisində aşağıdakı şəkildə əməliyyatlar aparmalısınız.

İlk framin Action Script-nə: gotoAndPlay(random(7)+1);
Və son framin Action Script açaraq: gotoAndPlay(random(4)+1);
Yuxarıda cəmi 8 frame var scriptdən də gördüyünüz kimi əmr də yazılır ki, təsasüfü 1-7 qədər bir frame get də davam et, və sonucu frame də deyirik i, 1-4 qədər frame get və davam et. Bu şəkildə qanad hər frame də fərqli təsadüfü qanad açılışlarına malik olur. Frame də diqqət etdiyiniz kimi 1-8 doğru hər frame də qanadı sol tərəfdən ölçüsünü balacalaşdırırıq. Qanadı seçərək "Q" düyməsini basmaqla ölçünü istədiyiniz kimi kiçiltmək mümkündür. Eyni bu əməliyyatların kopyasını digər sağ qanada da ettikdən sonra artıq kəpənək təsadüfü olaraq qanad çarpacaqdır. Bunu etməklə sadəcə sizə kiçik ideya nümunəsi göstərmiş oldum, bu üsüldan istifadə edərək bir çox effectləri ən rahat və asan formada həyata keçirmək mümkündür. Misal üçün bu üsülda təsadüfü hərəkətə sahib fon düzəldə bilərsiniz. Qanadı düzəltdiyiniz kimi hər hansı objectə də eyni effecti verərək onu fon kimi istifadə edə bilərsiniz.
Bu qədər...


Dərs ümüd edirəm sizlərə azda olsa köməklik göstərəcəkdir...
http://www.miogame.com/download adresindən üzərində danışdığımız layihəni yükləyərək oynaya bilərsiniz.



  Paylaş      



Mehman Seferov
07.09.2010 21:22
Teshekkurler! Yorulmayasiniz!

   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!