Salam veb programist dostlar. Keçən dərsimiz də Visual Basic 6 menusu ilə azda olsa tanış olduq. İndi isə Visual Basicdəki Operatorlarla tanış olaq.
Şərt Operatorları
AND Operatoru
Riyaziyyatdakı qarşılığı 'VƏ' dir(Kəsişmə)
Dim say1 Integer
Dim say2 Integer
Dim Netice Integer
say1 = 4
sayı = 5
Netice = (say1 = 4) AND (say2 = 5) ' Netice = True ( -1 )
AND, hər iki dəyərin də doğru olduğu anlarda -1 dəyərini çevirərkən
digər ehtimallarda 0 dəyərini çevirər.
OR Operatoru
Riyaziyyatdakkı qarşılığı 'VEYA' dır. ( Birləşmə )
Dim say1 Integer
Dim say2 Integer
Dim Netice Integer
say1 = 4
say2 = 5
Netice = (say1 = 2) AND (say2 = 4) ' Netice = False ( 0 )
OR, hər iki dəyər də səhv olduğu zaman geriyə 0 çevirərkən digər
ehtimallarda -1 dəyərini çevirər.
NOT Operatoru
Riyazi qarşılığı 'FƏRQİ' dır.
Diqqət yetirirsinizsə bu hadisələr həmişə çoxluqlardakı deyimlərdir. Burada ;
Dim say1, say2, Netice As Integer
say1 = 3
say2 = 4
Netice = (say1=3) AND NOT say2
say1 onsuz da 3 dəyərini daşımaqdadır. Bizdən istənən digər bir şərt isə say2 dəyərinin 4 olmamasıdır. Bu şərtlər altında nəticə = 0 olaraq icra olunacaq.
Bərabərlik (=) Operatoru
Bərabərlik operatoru bizlərə bərabərlik anında -1 əks halda isə 1 dəyərini göndərər.
Dim Netice As Integer
Netice = ( 2 = 6 ) ‘Netice = 0
Netice = ( 4 = 4 ) 'Netice = -1
Fərqli (<>)Operatoru
Bərabərlik xarici vəziyyətləri araşdırar. Bunlarla əlaqədar nəticə çıxarar.
Dim Netice As Integer
Netice = ( 2 <> 6 ) 'Sonuç = 0
Netice = ( 7 <> 7 ) 'Sonuç = -1
Netice = ("Nesimi" <> "AzGraf.Net" ) 'Netice = 0
Nəticələr eynidirsə TRUE(-1), fərqlidirsə FALSA(0) olaraq dəyər geri dönər.
Kiçik ( < ), Böyük ( > )
Kiçik-Böyük Bərabər ( <=, >= ) Operatorları
3 sayı 5 dən kiçik olduğuna görə ;
Dim Netice As Integer
Netice = ( 3 < 5 ) ' Netice = -1
Netice = ( 7 > 9 ) ' Netice = 0
Netice = ( 10 <= SQR(100) ) ' Netice = -1
Netice = ( 20 >= SQR(10000) ) ' Netice = 0
Bu Dərs xüsusi olaraq www.azgraf.net saytı üçün Nəsimi İsgəndərov tərəfindən hazırlanıb.Növbəti dərsimiz * Show Message * program layihəsi olacaq.
©Bütün hüquqları qorunur...