MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...0186 
   www.azresce.com2974 
   www.evalin.az4191 
   www.novruzov.net4485 
   www.azgraf.net/mocuzeler5152 
   videoders.azersayt.com5138 
   www.mado.az5928 
   www.artdeco.az4462 
   www.cv-az.com7040 
   www.fakto.info5231 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000731
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470
 Microsoft Office     
Professional mətn redaktoru olan MS Word proqramı haqqında ətraflı məlumat verilmişdir. Dərsin köməkliyi ilə ilkin anlayış üçün lazım olan bütün panel və düymələri də öyrənəcəksiniz.

Tarix:        23.07.2009
Oxunub:   25044        
Müəllif:     
İlqar Məmmədov   



Paylaş

Çap et        Şərh yaz

 Word proqramı ilə işə başlanması -2.

Microsoft Word

Word proqramı Office paketinə daxil olub mətinlərin yazılması, cədvəllərin işlənib hazırlanması, kitab və braşurların hazırlanması və s. bu kimi işləri görmək üçün Microsoft firması tərəfindən tərtib edilmiş proqramdır. Bu paketə aşağıdakılar daxildir:
1. Microsoft Office Word 2003
2. Microsoft Office Excel 2003
3. Microsoft Office Outlook 2003
4. Microsoft Office PowerPoint 2003
5. Microsoft Office Access 2003                                  
6. Microsoft Office Publisher 2003
7. Microsoft Office İnfoPath 2003
Word proqramında yazılan sənədin tipi *DOC (*DOCX-Word 2007) kimi təyin

Şəkil 1.Word pəncərəsi

edilir. Word-ün pəncərəsi başlıq sətrindən, menyu sətrindən, «Standar alətlər» lövhəsindən, «Format alətlər» lövhəsindən ,cədvəl alətlər lövhəsindən, iki ədəd şaquli və üfiqi xəttkeşdən, şaquli və üfiqi sürüşdürmə çubuqlarından, sənədin görünüşünü dəyişən rejim düymələrindən, rəsm lövhəsindən, aktiv dil rejimindən, işçi sahədən və məlumat sətrindən ibarətdir. İşçi sahədə yanıb sönən işarə kursor adlanr ki, bu da yazılacaq mətnin yerini təyin edir.»Standar alətlər» lövhəsindəki işarələr menyulardakı bəzi əməlliyyatları yerinə yetirir və aşağıdakılardır.                                                                                                                   

«Standar alətlər» lövhəsi

Создать -Yeni fayl yaratmaq üçün;
Открыть (Ctrl+O) - Mövcud Word faylını açmaq üçün;
Сохранить (Ctrl+S) - Word faylını yaddaşa yazmaq üçün;
Конверт -Word faylının surətini internetlə ötürmək üçün;
Печать (Ctrl+P) – Word faylını çapa vermək üçün;
Предварительный просмотр - Çapdan öncə baxış;
Правописание (ABC) - Word sənədində qrammatik səhvləri yoxlamaq üçün;
Справочные материалы - Word pəvcərəsinin sağ tərəfində məlumat axtarış pəncərəsini açır.
Вырезать (Ctrl+X) - Mətnin seçilmiş hissəsini kəsərək bufer yaddaşa ötürür.
Копировать (Ctrl+C) - Mətnin seçlmiş hissəsinin sürətini bufer yaddaşa ötürür.
Вставить(Ctrl+V) - Bufer yaddaşdakı informasiyanı kursor yerləşən yerdə yerləşdirir.
Копировать формат – Mətnin seçilmiş hissəsinin formatının surətini çıxarır.
Отменить (Ctrl+Z) - Bir və ya bir neçə əməliyyatdan imtina etmək üçün.
Повторить (Ctrl+Y )- İmtina edilmiş əməliyyatın qaytarılması, bərpası.
Вставить гиперссылка (Ctrl+K) - Word faylı ilə digər faylın arasında hiper əlaqə yaradır.
Панел границ – Cədvəl alətlər lövhəsini ekrana gətirir və ekrandan ləğv edir.
Вставить таблицу - Word səhifəsinə cədvəl yerləşdirmək üçün.
Добавить таблицу Excel - Word səhifəsinə Excel cədvəlini yerləşdirmək üçün.
Колонки -  Word səhifəsini sütunlara bölmək üçün.
Панел рисования- Ekrana şəkil lövhəsini gətirir və ləğv edir.
Схема документа - Word səhifəsinin sol tərəfində sənədin sxemi yerləşən pəncərəni açır.
Непечатаемые знаки – Görünməyən işarələri Word səhifəsinə gətirir.
Масштаб - Word səhifəsinin görünmə faizini dəyişmək üçün.

«Format alətlər» lövhəsi
a

Панел форматирования – Word səhifəsinin sağ tərəfində stil və formatlama pəncərəsini açır.
Стиль – Mətnin seçilmiş hissəsinin stilini dəyişmək üçün.
Шрифт - Mətnin şriftini dəyişmək üçün.
Размер - Mətnin şriftinin ölçüsünü dəyişmək üçün.
Ж К Ч - Mətnin şriftinin formatını dəyişmək üçün

a- Mətnin səhifədəki istiqamətini təyin edir.

Междустрочный интервал – Sətirlərarası məsafəni dəyişmək üçün.
Нумерованный и маркированный список – Mətnin seçilmiş hissəsinin qarşısına hərf, rəqəm və ya xüsusi işarələr yerləşdirmək üçün.
Внешние границы – Abzası çərçivəyə alır.
Выделение цветом – Mətnin seçilmiş hissəsinin fonunu rəngləyir.
Цвет шрифта – Mətnin seçilmiş hissəsinin rəngini dəyişir.

«Cədvəl və sərhədləri» alətlər lövhəsi

a
Создать таблицу – Əl ilə cədvəl çəkmək üçün.
Ластик – Cədvəlin sərhəd xətlərini silmək üçün.
Тип линии – Cədvəlin kənar xətlərinin tipini təyin edir.
Толщина линии - Cədvəlin kənar xətlərinin qalınlığını təyin edir.
Цвет границы - Cədvəlin kənar xətlərinin rəngini təyin edir.
Цвет заливки- Xananın içərisinə rəng vermək üçün.
Вставить таблицу – Cədvəl yerləşdirmək üçün.
Обьединить ячейки – Seçilmiş xanaları birləşdirərək bir xana edir
Разбить  ячейки – Birləşdirməni ləğv edir
a- Cədvəldə mətnin yerini təyin edir
a- Cədvəlin sətir və sütunlarının hündürlüklərini bərabərləşdirir
Стиль автоформата таблицы – Cədvələ avtomatik format vermək üçün.
Направление текста –Cədvəldə mətnin istiqamətini dəyişir.
Сортировка – Cədvəldəki informasiyanı əlifba sırasına görə və ya əksinə sıralayır
Автосумма- Hesablamanı yerinə yetirir.

Файл menyusu.

aСоздать -Yeni fayl yaratmaq üçün;
Открыть (Ctrl+O) - Mövcud Word faylını açmaq üçün;
Закрыть - Word səhifəsini bağlayır;
Сохранить (Ctrl+S) - Word faylını yaddaşa yazmaq üçün;
Сохранить как -Word faylını hər hansı bir ad altında yadda saxlamaq üçün;
Параметры страницы - Səhifənin parametlərini dəyişmək üçün;
Предварительный просмотр - Çapdan öncə baxış;
Печать (Ctrl+Р)-Word faylını çapa vermək üçün
Выход - Word pəvcərəsini bağlayır.




Şəkil 2.Файл menyusu
         


Yeni sənədin yaradılması


Word proqramında yazılmış hər bir sənəd *DOC formatında yazılır. Word-də yeni sənəd yaratmaq üçün «Standar alətlər» lövhəsindən Создать düyməsini sıxmaq və ya Файл menyusundan Создать əmrini vermək lazımdır.Bu zaman Word səhifəsinin sağ tərəfində açılmış Создание документа adlı pəncərənin köməyi ilə məktub, faks, izahat və «Standart» formalı sənəd yarada bilərsiniz.

 Mövcud sənədin açılması

Word proqramında əvvəllər yazılmış sənədi açmaq üçün «Standar alətlər» lövhəsindən Открыть düyməsini və ya Файл menyusundan Открыть əmrini vermək lazımdır. Açılan pəncərədə Папка sahəsində fayl yerləşən qovluğun yerini təyin edək. Faylı seçdikdən sonra Открыть düyməsini sıxmaq lazımdır.

Sənədin yadda saxlanılması

Word-də sənədi (yeni yaradılmış sənədi) yadda saxlamaq üçün «Standar alətlər» lövhəsindən Сохранить  düyməsini sıxmaq və ya Файл menyusundan Сохранить əmrini vermək lazımdır. Açılan pəncərədə Папка sahəsində faylı yaddaşa yazmaq üçün yeri təyin edək. Имя файла sahəsində fayla ad verdikdən sonra Сохранить düyməsini sıxmaq lazımdır.

a
Şəkil 2.Сохранение документа pəncərəsi

Əvvəlki sənəddə dəyişiklik edilmişdirsə, onu yeni adda və yeni ünvanda yaddaşa yazmaq lazımdırsa Сохранить как əmrindən istifadə edilir. Açılan pəncərədə Папка  sahəsində faylı yaddaşa yazmaq üçün yeri təyin edək. Имя файла sahəsində fayla ad verək. Сервис düyməsini sıxaq. Açılan menyuda Параметры безопастности əmrini verək. Açılan pəncərədə Пароль для открытия файла sahəsində faylı yaddaşa yazmaq üçün parolu, Пароль разрешения записи sahəsində isə faylı yaddaşa yazmaq üçün icazə parolunu yazaq. Ok düyməsini sıxaq. Açılan pəncərədə birinci parolu təkrar yazıb Ok düyməsini sıxaq. Açılan növbəti pəncərədə isə ikinci parolu yazıb Ok düyməsini sıxdıqdan sonra Сохранить düyməsini sıxmaq lazımdır. Biz hər dəfə bu faylı açdıqda bizdən parol yazmağımızı tələb edəcəkdir.                                                                          
                                                          
Qeyd -Parol sahəsində parolu yazarkən yazdığımız bütün işarələr ulduz işarəsi şəklində yazılacaq. Bu ona görədir ki, kənardan yazdığımız parol bilinməsin.
Səhifənin parametrlərinin təyini

Word-də sənədi yazmağa başlamazdan öncə səhifənin parametrlərini düzəltmək lazımdır.Parametrləri dəyişmək üçün Файл menyusundan Параметры страницы  əmrini verək.Açılan pəncərədə Поля sahəsinin köməyi ilə mətnlə Word səhifəsinin kənar xəttləri arasında qalan məsafə təyin edilir.
Верхнее - Sahəsində Word səhifəsinin kənar xəttləri arasında qalan yuxarı məsafə, Нижнее sahəsində aşağı məsafə, Левое sahəsində sol məsafə, Правое sahəsində sağ məsafə, Переплеть sahəsində tikiş məsafəsi, Положение переплета sahəsində isə tikiş məsafəsinin yeri təyin edilir.Ориентация sahəsidə Книжная - Word səhifəsini kitab vəziytətinə, Албомьная sə Word səhifəsini albom vəziyyətinə gətirir.

Sənədə çapdan öncə baxış

Word-də sənədi çapa verməzdən əvvəl ona baxmaq lazımdır.Bunun üçün standar alətlər lövhəsindən Предварительный просмотр düyməsini sıxmaq və ya Файл menyusundan Предварительный просмотр əmrini vermək lazımdır.Bu zaman açılan pəncərədə sənədin eyni vaxtda bir neçə səhifəsinə baxa, onun görünüş faizlərini dəyişə, ekran boyunca böyüdərək baxa bilərsiniz.

Sənədin çap edilməsi

Word-də sənədi çap etmək üçün «Standar alətlər» lövhəsindən Печать düyməsini sıxmaq və ya Файл menyusundan Печать əmrini vermək lazımdır. Açlan pəncərədə Имя sahəsində printerin adı təyin edilir. Страницы sahəsinə aşağıdakılar daxildir.

  • Все - Bütün səhifələri çap edir.
  • Текущая - Kursor yerləşən səhifəni çap edir.
  • Номера - Səhifə nömrələrini qeyd edilmiş səhifələri çap edir.
  • Выделенный фрагмент -Mətnin seçilmiş hissəsini çap edir.

Число копий sahəsində hər səhifədən neçə ədəd çap ediləcəyi qeyd edilir.

aПравка menyusu

Отменить (Ctrl+Z) - Bir və ya bir neçə əməliyyatdan imtina etmək üçün.
Повторить (Ctrl+Y ) - İmtina edilmiş əməliyyatın
qaytarılması, bərpası.
Вырезать (Ctrl+X) - Mətnin seçilmiş hissəsini kəsərək
bufer yaddaşa ötürür.
Копировать (Ctrl+C) - Mətnin seçlmiş hissəsinin sürətini
bufer yaddaşa ötürür.
Буфер обмена Оffice - Word səhifəsinin sağ tərəfində
Буфер обмена adlı yaddaş pəncərəsini açır.
Вставить(Ctrl+V) - Bufer yaddaşdakı informasiyanı
kursor yerləşən yerdə yerləşdirir.
Очистить - Bütün formatları ləğv edir.                                        
Şəkil 3.Правка menyusu

Выделить все (Ctrl+A)-Bütöv mətni seçir.                                    
Найти (Ctrl+F) - Mətndə hər hansı bir hərf, söz və cümləni tapmaq üçün.
Заменить (Ctrl+H) - Mətindəki hər hansı bir söz, hərf və ya cümləni başqası ilə əvəz etmək üçün.
Перейти (Ctrl+G) - Mətindəki hər hansı bir sətrə,obyektə, şəklə və s. tez keçid almaq üçün.

Отменить və Повторить əmrlərindən istifadə

Mətni daxil edərkən və redaktə edərkən müəyyən səhvlərə yol veririk.Məsələn, bir sözün əvəzinə başqa bir sözü silə bilərik. Bu zaman səhvimizi düzəltmək üçün «Standar alətlər» lövhəsindən Отменить düyməsini və ya Правка menyusundan Отменить (Ctrl+Z) əmrini vermək lazımdır.Bu əmri bir neçə dəfə dalbadal etməklə bir neçə addım geriyə qayıtmaq mümkündür. Geriyə qayıtmaq və ya imtina etdiyiniz addımları yenidən təkrarlamaq istəyirsinizsə, «Standar alətlər» lövhəsindən Повторить düyməsindən və ya Правка menyusundan Повторить (Ctrl+Y ) əmrini vermək lazımdır.

Mətnin seçilmiş hissəsinin surətinin
çıxarılması və yerinin dəyişdirilməsi

Bəzən sənədlə işləyərkən eyni sözlərdən tez-tez istifadə edilir. Həmin sözləri təkrar etməmək üçün həmin ifadənin surətini çıxartmaq lazımdır. Bunu üçün «Standar alətlər» lövhəsindən Копировать düyməsini sıxmaq və ya Правка menyusundan Копировать (Ctrl+C) əmrini vermək lazımdır. Mətndə lazımi hissəni seçdikdən sonra Копировать əmrini verək.Bu zaman həmin informasiya bufer yaddaşa köçürüləcəkdir. Kursoru mətni yerləşdirmək istədiyimiz yerdə yerləşdirib «Standar alətlər» lövhəsindən Вставить düyməsini və ya Правка menyusundan Вставить (Ctrl+V) əmrini vermək lazımdır. Həmin qayda mətnin seçilmiş hissəsinin yerini dəyişmək olar.Bu zaman isə «Standar alətlər» lövhəsindən Вырезать düyməsini və ya Правка menyusundan Вырезать (Ctrl+X) əmrini vermək daha sonra «Standar alətlər» lövhəsindən Вставить düyməsini və ya Правка menyusundan Вставить (Ctrl+V) əmrini vermək lazımdır. Bəzən sənəddə müxtəlif sözlərdən tez-tez istifadə edilir. Ancaq Word-də axırıncı seçilmiş informasiya əvvəl seçilmiş informasiyanı silir. Bunun qarşısını almaq üçün Правка menyusundan Буфер обмена Оffice adlı əmrdən istifadə edilir.Bu əmri verdikdə Word səhifəsinin sağ tərəfində Буфер обмена pəncərə açılır. Bufer yaddaşa ötürülmüş hər hansı bir informasiya həmin pəncərədə yerləşəcəkdir. Həmin obyektlərdən hər hansı birinin üzərində mouse-un sol düyməsini bir dəfə sıxaq. Həmin informasiya Word səhifəsində yerləşəcəkdir.(kursor eyrləşən yerdə).Bu pəncərəyə 24 ədəd obyekt yerləşdirmək mümkündür.

Mətndə hər hansı bir ifadəni tapmaq və ya başqası ilə əvəz etmək

Mətndə hər hansı bir ifadəni (informasiyanı) tapmaq üçün Правка menyusundan Найти (Ctrl+F) əmrini vermək lazımdır.Açılan pəncərədə Найти sahəsində mətndəki hər hansı bir sözü yazıb Найти далее  düyməsini sıxsaq həmin sözü tapmış oluruq.Mətndəki hər hansı bir ifadəni başqası ilə əvəz etmək üçün isə Правка menyusundan Заменить (Ctrl+H) əmrini vermək lazımdır. Açılan pəncərədə Найти sahəsində mətndəki hər hansı bir sözü yazaq. Заменить на sahəsində yeni sözü daxil edək. Əgər Заменить düyməsini sıxsaq mətndəki həmin sözü tapacaq. Təkrar bu düyməni sıxsaq həmin söz yenisi ilə əvəz olunacaqdır. Əgər Заменить  все düyməsini sıxsaq bütöv mətindəki həmin sözləri yenisi ilə əvəz edəcəkdir.

Mətndəki hər hansı obyektə tez keçid almaq

Mətndəki hər hansı obyektə tez keçid almaq Правка menyusundan Перейти (Ctrl+G) əmrini vermək lazımdır.Açılan pəncərədə объект перехода sahəsində obyekti qeyd edək. Введите номер sahəsində obyektin sıra nömrəsini daxil edib Перейти düyməsini sıxsaq, kursor həmin obyektə yerləşəcəkdir.

Вставка  menyusu

aНомера  страниц - Səhifəyə nömrə qoymaq üçün;
Дата и время - Kursor yerləşən yerdə saat və ayın tarixi
yerləşdirir;
Автотекст - Avtomətnlər üzərində iş;
Символ - Klaviaturada mövcud olmayan simvollardan istifadə;
Рисунок -Word səhifəsinə Word-ün kitabxanasından
kompüterin yaddaş qurğularından, şəkil və ya avtofiqur
yerləşdirmək üçün;
Схематическая диаграмма -Word səhifəsinə diaqram
yerləşdirmək üçün;
Надпись - Çərçivədə mətn yazmaq üçün;
Гиперссылка (Ctrl+K) - Word faylı ilə digər faylın
arasında hiper əlaqə yaradır. 


Şəkil 4.Вставка menyusu

Səhifəyə nömrə yerləşdirmək

Word səhifələrinə nömrə yerləşdirmək üçün Вставка menyusundan Номера  страниц əmrini verək.Açılan pəncərədə Положение sahəsində nömrənin yeri Выравнивание sahəsində nömrənin səhifədəki istiqaməti təyin edir. Əgər номер на первой страницы sahəsi qeyd edilərsə nömrələnmə  birinci səhifədən əks halda ikinci səhifədən başlayacaqdır.

Mətnə cari vaxtı yerləşdirmək

Word sənədinə cari vaxtı, yəni ayın tarixini və saatı yerləşdirmək üçün Вставка menyusundan Дата и время əmrini vermək lazımdır.Açılan pəncərədə Форматы sahəsində vaxtın formatını təyin edək. Язык sahəsində dilini təyin etdikdən sonra ok düyməsini sıxmaq lazımdır.

 Avtomətnlərdən istifadə

Bəzən Word-də sənəd yazarkən tez-tez istifadə edilən, uzun söz və cümlələrin işlənməsi məcburiyyəti yaranır.Bu zaman  Вставка menyusundan Автотекст əmrinin alt menyusundakı Автотекст əmrindən istifadə etmək lazımdır.Belə ki, açılan pənvərədə Автозамена  düyməsini sıxdıqda açılan növbəti pəncərədə Заменить sahəsində hər hansı bir sözü yazaq.
Məsələn: Заменить sahəsində Azərb sözünü, на sahəsində isə Azərbaycan Demokratik Respublikası sözünü yazaq. Добавить düyməsini sıxdıqdan sonra ok düyməsini sıxaq. Biz hər dəfə mətndə Azərb sözünü yazıb Probel düyməsini sıxsaq, həmin söz Azərbaycan Demokratik Respublikası sözünə çevriləcəkdir.

Simvollardan istifadə

Sənəddə bəzən elə simvol və işarələrə rast gəlinir ki, həmin işarə və simvollar klaviaturada mövcud deyildir. Bunun üçün Вставка menyusundan Символ əmrini verək. Açılan pəncərədəki hər hansı simvolu Word səhifəsinə yerləşdirmək üçün 2 üsul mövcuddur;                               

  • Simvolun üzərində mouse-un sol düyməsini iki dəfə sıxmaqla;                        
  • Simvolu seçdikdən sonra Вставить düyməsini sıxmaqla;

Word səhifəsinə şəkil və ya avtofiqur yerləşdirmək

Word səhifəsinə Word-ün kitabxanasından şəkil yerləşdirmək üçün Вставка menyusundan Рисунок əmrinin alt menyusundakı Картинки əmrini verək. Bu zaman Word səhifəsinin sağ tərəfində Коллекция клипов pəncərəsi açılacaqdır. Açılan pəncərədə Начать düyməsini sıxaq. Bu zaman aşağı pəncərədə Word-ün kitabxanasındakı şəkillər açılacaqdır. Hər hansı bir şəklin üzərində mouse-un sol düyməsini bir dəfə sıxsaq həmin şəkil Word səhifəsində yerləşəcəkdir.
Word səhifəsinə yaddaş qurğularından şəkil yerləşdirmək üçün Вставка menyusundan Рисунок əmrinin alt menyusundakı Из файла əmrini verək. Açılan pəncərədə Папка sahəsində şəkil yerləşən qovluğun yerini təyin edək. Şəkli seçdikdən sonra Вставить düyməsini sıxsaq həmin şəkil Word səhifəsində yerləşəcəkdir.
Word səhifəsinə avtofiqur yerləşdirmək üçün Вставка menyusundan Рисунок əmrinin alt menyusundakı Aвтофигури əmrini verək. Açılan pəncərədə hər hansı bir düymənin üzərində sol düyməni bir dəfə sıxsaq içərisində fiqurlar olan menyu açılacaqdır. Hər hansı fiqurun üzərində sol düyməni sıxaq. Bu zaman mouse-un oxu nazik «+» işarəsinə çevriləcəkdir. Sol düyməni sıxılı saxlamaqla həmin fiquru istədiyimiz ölçüdə Word səhifəsində yerləşdirə bilərik.

Word səhifəsində bəzəkli mətn yazmaq

Word səhifəsində bəzəkli mətn yazmaq üçün Вставка menyusundan Рисунок əmrinin alt menyusundakı Объект WordArt əmrini verək.Açılan pəncərədə hər hansı bir yazı stilini seçək və ok düyməsini sıxaq. Açılan pəncərədə Текст sahəsində hər mətni daxil edib ok düyməsini sıxsaq həmin mətn Word sahəsində yerləşəcəkdir.

Word səhifəsində diaqram yerləşdirmək

Word səhifəsinə diaqram yerləşdirmək üçün Вставка menyusundan Схематическая диаграмма əmrini verək.Açılan pəncərədə Выберите тип диашраммы sahəsində hər hansı bir diaqram növünü seçib Ok düyməsini sıxsaq həmin diaqram Word səhifəsinə yerləşəcəkdir. Verilmiş diaqramda Текст слайда sahəsində mouse-un sol düyməsini bir dəfə sıxsaq kursor işarəsi yanıb sönəcəkdir. Həmin sözü bu zaman dəyişib yeni bir sözlə əvəz etmək olar.

Word faylı ilə digər fayl arasında əlaqə

Word faylı ilə digər fayl arasında əlaqə yaratmaq üçün Вставка menyusundan Гиперссылка (Ctrl+K) əmrini verək. Açılan pəncərədə Папка sahəsində əlaqə yaratmaq istədiyimiz qovluğun yerini təyin edək. Faylı seçdikdən sonra ok düyməsini sıxsaq həmin faylin ünvanı Word səhifəsində yerləşəcəkdir.Ctrl düyməsini sıxılı saxlamaqla həmin yazının üzərində sol düyməni bir dəfə sıxsaq həmin fayl açılacaqdır.

Çərçivə içərisində mətn yerləşdirmək

Word səhifəsinə çərçivə içərisində mətn yerləşdirmək üçün  Rəsm lövhəsi-ndən  Надпись düyməsini sıxmaq və ya Вставка menyusundan Надпись əmrini vermək lazımdır. Bu zaman Word səhifəsində mouse-un işarəsi nazik “+” işarəsinə çevriləcəkdir.Sol düyməni sıxılı saxlamaqla istədiyimiz ölçüdə çərçivə çəkək.Həmin çərçivənin içərisinə hər hansı bir mətn daxil edək.Çərçivənin kənarlarındakı balaca dairənin üzərində mouse-un sol düyməsini sıxılı saxlamaqla çərçivənin ölçülərini dəyişmək mümkündür və ya kənar xəttin üzərində sol düyməni sıxılı saxlamaqla həmin çərçivənin yerini dəyişmək olar.

Формат  menyusu

aШрифт - Mətnin şriftini,şriftin ölçüsünü, stilini və rəngini dəyişmək üçün.
Абзац - Abzas məsafəsini təyin edir.
Список – Seçilmiş abzasların qarşısına hərf, rəqəm və xüsusi işarələr yerləşdirmək üçün.
Границы и заливка –Mətnin və ya səhifənin
kənarlarına çərçivə vermək üçün.
Колонка –Səhifəni bir neçə hissəyə bölmək üçün.
Буквицы  – Mətnin birinci hərfini böyük və bəzəkli edir (nağıl kitablarında olduğu kimi )
Направление текста –Cədvəldə mətnin istiqamətini dəyişir.
Регистр – Reqistrlərlə iş.
Фон –Səhifənin fonuna rəng vermək, şəkil və ya mətn yerləşdirmək üçünə                                                                   
Тема –Word səhifəsinə tema verilir  
Автоформат – Mətnə avtomatik format vermək üçün                                              



Şəkil 5.Формат menyusu
  

Mətnin formatlanması

Word-də sənəd yazarkən mətnin şriftinə, ölçüsünə, rənginə və s. Fikir vermək lazımdır. Bunun üçün «Format alətlər» lövhəsindəki düymələrdən və ya  Формат menyusundakı Шрифт əmrindən istifadə etmək lazımdır. Açılan pəncərədə Шрифт sahəsində mətni şrifti, Начертание sahəsində stili, Размер sahəsində ölçüsü, Цвет текста sahəsində rəngi təyin edilir. Подчеркивание  sahəsi mətnin altından çəkiləcək xətti, Цвет подчеркивания sahəsi isə həmin xəttin rəngini təyin edir. Видеоизмениние sahəsində mətnə bəzi formatlar vermək mümkündür. Анимация düyməsini sıxaq. Açılan pəncərədə  Вид  sahəsində mətnin seçilmiş hissəsinə müxtəlif animasiyalar vermək mümkündür.

Abzaslarla iş

Sənəddə abzas ən vacib şərtlərdən biridir. Bunun üçün «Format alətlər» lövhəsindəki bəzi düymələrdən və ya Формат menyusundakı Абзац əmrindən istifadə etmək lazımdır. Açılan pəncərədə Выравнивание sahəsində mətnin səhifədəki istiqaməti  Отступ sahəsində abzas məsafəsi,  Интервал  sahəsində abzaslar arası məsafə,  Междустрочный sahəsində isə sətirlər arası məsafə təyin edilir.

Mətnin qarşısına hərf, rəqəm və xüsusi işarələr yerləşdirmək

Mətnin seçilmiş hissəsinin qarşısına hərf, rəqəm və xüsusi işarələr yerləşdirmək üçün «Format alətlər» lövhəsindəki bəzi düymələrdən və ya Формат menyusundakı Список əmrindən istifadə etmək lazımdır.Açılan pəncərədə Маркированный düyməsini sıxaq. Açılan növbəti pəncərədə hər hansı bir işarəni seçıb ok düyməsini sıxsaq həmin işarə seçılmiş abzasların qarşısında yerləşəcəkdir. Нумерованный düyməsini sıxaq. Həmin qayda ilə seçilmiş abzasların qarşısına hərf və rəqəm yerləşdirmək mümkündür.

Mətnin və ya səhifənin kənarlarına çərçivə vermək

Mətnin və ya səhifənin kənarlarına çərçivə vermək üçün Формат menyusundan Границы и заливка əmrini verək. Açılan pəncərədə Граница düyməsini sıxaq. Açılmış növbəti pəncərənin köməyi ilə mətnin kənarlarına çərçivə vermək mümkündür. Тип sahəsində çərçivnin tipi, Цвет sahəsində rəngi, Ширина sahəsində qalınlığı təyin edilir. Страница düyməsini sıxaq. Açılmış pəncərənin köməyi ilə səhifənin kənarlarına çərçivə vermək mümkündür. Границы pəncərəsinin Страница pəncərədən fərqi əlavə  Рисунок  sahəsinin olmasındadır ki, onun da köməyi ilə hazır çərçivələrdən istifadə etmək mümkündür. Заливка düyməsini sıxaq.Açılan pəncərədə Заливка sahəsindəki palitranın rənglərinin köməyi ilə cədvəldəki xanaya rəng vermək mümkündür.

 Word səhifəsini sütunlara bölmək

Word səhifəsini sütunlara bölmək üçün «Standar alətlər» lövhəsindən Колонки düyməsini sıxaq.Bu zaman həmin düymənin aşağısından sütunlar yerləşən pəncərə açılacaqdır.Sol düyməni sıxılı saxlamaqla istənilən sayda sütun seçmək olar.Sütunları seçdikdən sonra səhifəmiz seçdiyimiz sayda sütunlara bölünəcəkdir.Yaxud Формат menyusundan Колонки əmrini verək. Açılan pəncərədə Тип sahəsində sütunun tipini təyin edək. Число колонок sahəsində sütunların sayını təyin etmək mümkündür. Разделитель sahəsini seçmiş olsaq, onda sütunlar arasında şaquli istiqamətdə xətt yerləşmiş olur.

Mətnin birinci hərfini böyük və bəzəkli etmək

Mətnin birinci hərfini böyük və bəzəkli etmək üçün Формат menyusundan Буквицы əmrini verək. Açılan pəncərədə Положение sahəsində hərfin mətndəki yeri, Шрифт sahəsində hərfin şrifti, высота в строках sahəsində şriftin hündürlüyü, расстояние от текста sahəsində isə hərf ilə mətn arasındakı məsafə təyin edilir.

Cədvəldə mətnin istiqamətinin təyini

Cədvəldə mətnin istiqamətini dəyişmək üçün ilk öncə kursoru cədvəldəki mətn yerləşən xanaya yerləşdirmək lazımdır.Sonra Формат menyusundan Направление текста əmrini verək.Açılan pəncərədə Ориентация sahəsində mətnin istiqamətini təyin edən düyməni sıxmaq lazımdır.

Reqistlərlə iş

Reqistrlərlə işləmək üçün Формат menyusundan Решистр əmrini verək.Açılan pəncərəyə aşağıdakılar daxildir:

  • Как в предложениях – Adi cümlədəki kimi edir;
  • все строчные – Mətndəki hərfləri kiçildir;
  • ВСЕ ПРОПИСНЫЕ – Mətndəki bütün hərfləri böyüdür;
  • Начинать С Прописных – Mətndəki sözlərin birinci hərflərini böyüdür;
  • иЗМЕНИТЬ рЕГИСТР – reqistrləri dəyişir.

Word səhifəsinin fonuna rəng, şəkil və mətn yerləşdirmək

Word səhifəsinə rəng vermək üçün Формат menyusundakı Фон əmrinin alt menyusundakı palitradan hər hansı bir rəngi seçsək səhifə həmin rəngdə olacaqdır. Word səhifəsinə şəkil yerləşdirmək üçün Формат menyusundakı Фон əmrinin alt menyusundakı Подложка əmrini verək.Açılan pəncərədə Рисунок sahəsini seçdikdən sonra Выбрать düyməsini sıxaq.Açılan növbəti pəncərədən şəkli seçdikdən sonra Вставить düyməsini sıxaq. Масштаб sahəsində şəkilin ölçülərini faizlərlə təyin edək. Əgər обесцветить sahəsini seçsək şəkil daha şəffaf düşəcəkdir.Sonra Ok düyməsini sıxmaq lazımdır.
Word səhifəsinə mətn yerləşdirmək üçün Формат menyusundakı Фон əmrinin alt menyusundakı Подложка əmrini verək.Açılan pəncərədə Текст sahəsini seçdikdən sonra Текст sahəsində mətnimizi daxil edək. Шрифт sahəsində mətni şrifti, Размер sahəsində ölçüsü, Цвет текста sahəsində rəngi təyin edilir.

Word səhifəsinə tema vermək

Word səhifəsinə tema vermək üçün Формат menyusundakı Тема əmrini verək. Açılan pəncərədə Выберите тему sahəsində hər hansı temanı seçib Ok düyməsini sıxmaq lazımdır.Onu da qey edək ki, hər bir temanın özünə məxsus şrifti olur.

Mətmə avtomatik format vermək üçün

         Word-də yazılan sənədə avtomatik format vermək üçün Формат menyusundakı Автоформат əmrini verək. Açılan pəncərənin köməyi ilə sənədi bir neçə formata salmaq mümkündür.

 Таблица menyusu.

a      
Нарисовать таблицу –Əl ilə cədvəl qurmaq üçün ;
Вставить – Cədvəl qurmaq, cədvələ əlavə sütun və ya sətr yerləşdirmək üçün.;
Удалить –Cədvəli, kursor yerləşən sətr və ya sütunu silmək üçün;
Выделить –Cədvəli, kursor yerləşən sətr  və ya sütunu seçmək üçün.;
Обьединить ячейки – Seçilmiş xanaları birləşdirərək bir xana edir;
Автоформат таблицы –Cədvələ avtomatik format vermək üçün;
Сортировка –Cədvəldəki  informasiyanı əlifba sırasına görə, artan və ya azalan sırayla düzür;
Формула –Xırda riyazi hesablamalar aparmaq üçün.;







Şəkil 6.Таблица menyusu

Word sənədinə cədvəl yerləşdirmək

Word sənədinə əl ilə cədvəl yerləşdirmək üçün cədvəl alətlər lövhəsindəki Создать таблицу düyməsini sıxmaq və ya Таблица menyusundan Нарисовать таблицу əmrini vermək lazımdır. Bu əmri verdikdə mouse-un işarəsi qələm işarəsinə çevrilir. Sol düyməni sıxılı saxlayıb buraxmaqla istədiyimiz ölçüdə cədvəl qura bilərik. Yaxud Таблица menyusundakı Вставить əmrinin alt menyusundakı Таблица əmrini verək. Açılan pəncərədə Число столбцов  sahəsində sütünların sayı Число строк sahəsində isə sətirlərin təyin edilir

Cədvələ sətir və ya sütun əlavə etmək

Cədvəldə kursor yerləşən sütundan solda yeni sütun yaratmaq üçün Таблица menyusundan Вставить əmrinin alt menyusundakı Столбцы слева əmrini, sağ tərəfdə sütun əlavə etmək üçün isə Столбцы справа əmrini vermək lazımdır.Cədvəldə kursor yerləşən sətirdən yuxarıda yeni sətir yaratmaq üçün Таблица menyusundan Вставить əmrinin alt menyusundakı Строки выше əmrini, aşağı tərəfdə yeni sətir əlavə etmək üçün isə Строки ниже əmrini vermək lazımdır.

Cədvəli, sütun və ya sətri silmək

Cədvəli silmək üçün Таблица menyusundan Удалить əmrinin alt menyusundakı Таблица əmrini vermək lazımdır. Kursor yerləşən sütunu silmək üçün Таблица menyusundan Удалить əmrinin alt menyusundakı Столбцы əmrini, kursor yerləşən sətiri silmək üçün isə Таблица menyusundan Удалить əmrinin alt menyusundakı Строки əmrini vermək lazımdır.

Cədvəli, sütun və ya sətri seçmək

Cədvəli seçmək üçün Таблица menyusundan Выделить əmrinin alt menyusundakı Таблица əmrini vermək lazımdır. Kursor yerləşən sütunu seçmək üçün Таблица menyusundan Выделить əmrinin alt menyusundakı Столбец əmrini, kursor yerləşən sətiri seçmək üçün isə Таблица menyusundan Выделить əmrinin alt menyusundakı Строка əmrini vermək lazımdır.

Xanaları birləşdirmək

Cədvəldə bir neçə xananı birləşdirərək bir xana etmək üçün xanaları seçdikdən sonra cədvəl alətlər lövhəsindəki Обьединить ячейки düyməsini və ya Таблица menyusundan  Обьединить ячейки əmrini vermək lazımdır.

Cədvəlin avtoformatlaşdırılması

Cədvələ avtomatik format vermək üçün Таблица menyusundan Автоформат таблицы əmrini vermək lazımdır.Açılan pəncərədə Стили таблиц sahəsində hər hansı bir cədvəl stilini seçib Применить düyməsini sıxsaq cədvəl həmin formatda olacaqdır.

Sortlaşdırma

Сортировка –Bu əmri verdikdə açılan pəncərədə heç bir dəyişiklik etmədən ok düyməsini sıxsaq cədvəldəki seçilmiş informasiya əlifba sırasına görə, artan və ya azalan sıra ilə düzüləcəkdir;

Formuldan istifadə edərək xırda hesablama

Word-də də bəzi xırda riyazi hesablamalar aparmaq mümkündür. Bunun üçün Таблица menyusundan Формула əmrini verək. Açılan pəncərədə bərabərdir “=” işarəsindən sonra hər hansı bir hesablamanı yazıb ok düyməsini sıxsaq, həmin hesablamanın cavabı kursor yerləşən yerdə yerləşəcəkdir. Yaxud Формат числа sahəsində həmin hesablamanın formatını təyin etmək olar.Bundan əlavə nisbətən çətin riyazi hesablamaları aparmaq üçün Вставить функцию sahəsindəki funksiyalardan istifadə etmək mümkündür.



  Paylaş      



1234
Əzizov Rauf
24.10.2016 12:52
Powr point 2007 - də riyazi düsturlar vı qrafikləri necə yazmaq olar? Əvvəlcədən təşəkkür edirəm.
Məmmədli Elmira
20.07.2016 17:40
Rəqəmlər yazılmış word cədvəlində excelldə olduğu kimi necə hesablama aparmaq olar?
zema vahabova
28.09.2015 09:25
salam.ingiliscede yazin zehmet olmasa
Rosqa
14.03.2015 22:05
a2+b2=6ab ve
Esek
04.03.2015 18:52
Rusca yazmayin
Derya
04.03.2015 18:52
Wor
məmədov mehman
01.11.2014 08:41
Aydin deyll bunu daha efeklı etmək olardı
Aslanov Elmar
13.06.2014 21:02
Çox gözel şərh etmisiniz. Çox bəyəndim. Size minnətdaram.
ulya
18.04.2014 22:59
təşəkkürlər!
Aysel
05.12.2013 14:37
evvela salam necesiz.men elektron poct acmaq isteyirem ama aca bilmirem.nece aca bilerem mene komek eliyin de.evvelceden twk.
1234

   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!