MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...0573 
   www.azresce.com3281 
   www.evalin.az4354 
   www.novruzov.net4612 
   www.azgraf.net/mocuzeler5367 
   videoders.azersayt.com5369 
   www.mado.az6107 
   www.artdeco.az4651 
   www.cv-az.com7328 
   www.fakto.info5423 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000732
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470
 Microsoft Windows     
Əməliyyat sisteminizi sıfırlan formatlayaraq yeni sistem yüklənməsi haqqında hazırlanmış ətraflı bir dərs.

Tarix:        09.07.2011
Oxunub:   5611        
Müəllif:     
Rəsul Nəcəfov   



Paylaş

Çap et        Şərh yaz

 Əməliyyat sisteminin yazılması.

Windows  XP-nin Kompyuterə qurulması



Rəsul Nəcəfov   Naxçıvan-2011


Windows  XP-nin qurulması üçün hazırlıq  işlıəri

Sistemi qurmadan əvvəl siz bu prossesi planlaşdırmalısınız.Bir çox istifadəçilər yeni sistemdə işləmək üçün tələsərək , qurma işini düşünmədən həyata keçirirlər.Yekunda istifadəçi qeyridolğun qurulmuş sistemdən tam faydalana bilmir.

Yenidən qurma və ya yeniləmə

İlk öncə siz sistemi yenidən qurmaq və ya haliyədə olan sistemi yeniləməyi təyin etməlisiniz.Məlumdur ki, əgər siz  Windows XP-ni yeni bir sərt diskə qurmaq istəyirsinizsə onda, sitemin yeni olaraq tam qurulma variantını secəcəksiniz.Yox əgər sizdə artıq qurulmuş bir system varsa , onda bir az fikirləşməli olacaqsınız.

Əgər siz heç bir zaman belə işlərlə məğul olmamısınızsa onda məsləhət görürəm ki, sistemi tam olaraq yenidən qurmaq variantını seçəsiniz.Çünki köhnə sistemi yeniləmə variantı daha mürəkkəb bir prossesdir və biz bu haqda gələcək dərslərimizdə söhbət açacağıq.

Qurmağa başlayaq

Beləliklə biz ən məsuliyyətli mərhələyə Windows XP-nin qurulmasına gəldik.Yeni əməliyyat sisteminin  qurulması yükləmə diskindən aparılır.Bunun üçün kompyuterinizdə CD-ROM-un olması zəruridir.

Kompyuteri yenidən başladın və yükləmənin ən əvvəlində bir neçə dəfə “Delete” düyməsinə basın (BİOS-un versiyasından asılı olaraq bu, F2 klavişi ola bilər).Diqqət yetirin ki, bu prossesi Windows sisteminin yüklənməsindən öncə aparasınız.Əgər siz buna müvəffəq ola bilməsəniz, qorxulu bir şey yoxdur, prossesə yenidən başlayşn.

Əgər buna nail oldunusza siz artıq BİOS-un baş menyusuna daxil olacaqsınız.Qara lövhə,ağ yazılar necədə qorxulu görsənir deyilmi ? Amma qorxmayın kompyuter elminə yiyələnmək istəyirsənsə bütün hər şeyi təcrübədən keçirməlisiniz.Mən o zaman bu prossesi örgəndikdən sonra, artıq hər şeyi qorxmadan təcrübədən keçirirdim, çünki ən səhf fəaliyyət zamanı sistem sıradan çıxarsa artıq sistemi  yenidən qurmaq  prossesini bilirdim.

Diyəsən mövzudan uzaq düşdüm.Beləliklə BİOS-un baş menyusuna daxil olduqdan sonra Advanced Bios Features bölməsini seçin.Bunlar yalnız klavyaturanın ox göstəriciləri vasitəsi ilə edilir, çünki BİOS-da siçan işləmir.Seşim üçün göstəricini Advanced BİOS Features bölməsinin üzərinə gətirin və “Enter” düyməsinə basın.

Nəticədə siz səkil 1.-də göstərilən tənzimləmə menyusuna daxil olacaqsınız.Burada Boot bölməsini seçin.Bu bölmədə qurmanın tənzimlənməsi aparılır.Bilavasitə bu, bölmədə Boot Device Priority-də yerinə yetirilir.

                             


Şəkil 1.Müxtəlif versiyalarda BİOS-un baş menyusu



Şəkil 2. Advanced BİOS Features tənzimləmə menyusu


Şəkil 3. Boot yükləmə menyusu

Yenədə ola bilər ki, sizdə şəkillərdəki BİOS formalarından başqa cürə olsun.Belə ki, hamısında tənzimləmə eynidir.Ancaq şəkil formaları dəyişikdir.

Advanced BİOS Features bölməsinin tənzimləmə qurğuları:

  • First Boot Device – Birinci yükləmə qurğusu ;
  • Second Boot device - İkinci yükləmə qurğusu ;
  • Third Boot device - Üçüncü yükləmə qurğusu ;

Məhz elə bu bölmələr menyusu bizim maraq dairəmizdədir. First Boot Device bölməsi kompyuterin birinci yüklnəməsinin hansı qurğudan aparacağını təyin edir.Əgər ona birinci qurğudan yüklənmə müyəssər olmasa, çalışacaq ki, ikinci qurğudan yükləmə aparsın, buda olmasa üçüncü qurğudan.

Adi halda kompyuterin yükləmə yeri sərt (HDD) disk məntəqəsində olur.Bizə isə lazım olan qurğu CD-ROM-dur.Bunu tənzimləmək üçün First Boot Device bölməsində klavyaturanın ox göstəriciləri vasitəsi ilə CD-ROM seçirik.


Şəkil 4. Yükləmə parametrlərinin seçilməsi menyusu.

Second Boot device üçün disket (Floppy), Third Boot device üçün isə sərt disk (HDD) seçilir.


Şəkil 5. Bios-un tənzimlənməsi, yekun forma

Bütün tənzimləmə işləri tamamlandıqdan sonra “Esc” basın və dəyişikləri yaddaşa vermək üçün BİOS-un baş menyusundan Save & Exit Setup seçin.Bundan sonra təsdiq üçün “Y” və “N” gələcək.Təsdiq üçün Y təyin edib Enter basın, imtina etmək üçün N təyin edib Enter basın.

Bəzi bioslarda Exit bölməsinə girib Exit & Save Changes seçmək lazımdlr.F 10 klavişindən də istifadə edə bilərsiniz.

Qurmanın gedişi
Ilk addımlar

Qurmannın gedişi müəyyən ardıcıllıq üzərə aparılır.Təkliflər verilir , təsdiqlər edilir və sonda istifadə üçün fayl sistemləri seçilr.

Təkliflər deyərkən yəni , sistemin qurulması  və ehtiyyat  üçün ayrılan disklərin seçilməsi.Fayl sistemi isə NTFS və ya FAT sisteminin seçilməsi nəzərdə tutulur.

Məsləhət görülür ki, NTFS sistemi seçilsin.

İlk etapda lisenziya razılığını verin və sonra  Next düyməsinə basın.


Şəkil 6. Lisenziya razılaşması

Ardınca sizdən seriya nömrəsi tələb olunur.Daxil etdikdən sonra Next düyməsinə basın.

Şəkil 7.Məhsulun qutusunda olan seriya nömrəsini daxil edin

Ölkəmizi göstərək

Bunun məqsədi Windows üçün təyin olunmuş situasiyaları göstərməkdir,məsələn DVD –diskin çalışdırılması zamanı hansı ki, qoyulmuş regional müdafiə.

Şəkil 8.Ölkəmizi göstərək.

Proqramm qurucusu sizdən Windowsun internetdən güncəlləşməsini təklif edəcək.Bu təklifdən imtina edin.Bunun üçün bu addımı burax və qurmanı davam et xanasını işarə edin və Next düyməsinə basın.


Şəkil 9.Dinamiki güncəlləşmşdən imtina edin

 

Diskin seçilməsi

Bundan sonra kompyuter yenidən (avtomatik) işə salınır və proqramm qurucusu məlumat verir ki, o qurma işinş başlayır.Davam etmək üçün Enter düyməsini basın.Bundan sonra kompyuterdə olan disklərin siyahısı açılr.

Siz burada Windowsu qurmaq istədiyiniz diski seçməlisiniz.


Şəkil 10. Qurmaq istədiyiniz diski seçin

Disk seçim bölməsinin yuxarısında üç məntəqə var .Birinci məntəqə bildirirki, sistemi qurmaq istədiyiniz diski seçin və təstiq üçün Enter düyməsinə basın.

İkinci məntəqədə deyilir ki,hələ bölünməmiş diski hissələrə bölmək üçün “C” düyməsinə basın və həmin hissə üçün ayırmaq istədiyiniz ölçünü yazın.

Üçüncü məntəqədə deyilir ki, istədiyiniz diski ləğv etmək üçün diski göstərib “D” tuşuna basın.

Disk seçildikdən sonra onun üçün fayl sistemi (NTFS) seçirik və formatlama başlayır.Bu bir qədər zaman ala bilər.

Regional standartların və dil seçimi

Kompyuter yenidən başladılandan sonra , proqramm qurucusu sizdən dil və regional standartları tələb edir.Burada tarix,pul vahidi və s.Tənzimləmək üçün yuxarıdakı tənzimlə düyməsinə basın.

Şəkil 11.Regional standartların və dil seçimi

Bu etapda ilk yükləmədə klavyatura dilidə təyin olunur.


Şəkil 12. Klavyatura dilini təyin edin.

Proqrammın məxsusiyyət tənzimi

Sonra siz Ad və Təşkilatşn adını qeyd edin (zəruri deyil)

Şəkil 13. Adınızı və Təşkilatın adını qeyd edin

Növbəti hissədə kompyuter adı və adminstrator parolu təklif olunur (zəruri deyil).Parol yazılır və aşağida bir daha təstiq olunur.


Şəkil 14.Kompyuterin adını və parolunuzu yazın

Yekun tənzimləmələr

Axırda isə sizlərdən tələb olunanlar bunlardır:

  • Tarixin tənzimlənməsi ;
  • Şəbəkə parametrləri ;
  • İş qruppası və domen.

Bununlada Windows XP yüklənməsi başa çatacaq və kompyuter yenidən başladılacaq.Son olaraq kompyuter üçün lazım olan drayverləri yükləyin.

Hamınıza uğurlar arzulayıram !!!



  Paylaş      



Elcin hasanov
30.04.2013 14:12
salam çox sağolun bele dersleri ezyet çekib yazmisiz

   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!