MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...0448 
   www.azresce.com3185 
   www.evalin.az4290 
   www.novruzov.net4558 
   www.azgraf.net/mocuzeler5292 
   videoders.azersayt.com5294 
   www.mado.az6027 
   www.artdeco.az4564 
   www.cv-az.com7198 
   www.fakto.info5341 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000732
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470
 Microsoft Office     
Bu dərsimizdə MS Excel 2003 proqrammının vasitəsi ilə elektron cədvəllərin yaradılması haqqında geniş məlumat verilmişdir.

Tarix:        27.07.2011
Oxunub:   11066        
Müəllif:     
Rəsul Nəcəfov   



Paylaş

Çap et        Şərh yaz

 Elektron cədvəllərin yaradılması.

Bu dərsdə siz  Microsoft Office Excel 2003 proqrammının əsas funksiyaları ilə tanış olacaqsınız. Bunun üçün biz nümunə gətirib , dərsimizi bu nümunənin üzərində quracağıq. Nümunə hər hansı bir hesabat ola bilər.

Məlumatların cədvələ daxil edilməsi

Excel proqrammını işə saldıqdan sonra avtomatik olaraq təmiz kitab yüklənir və A1 özəyi (ячейка) aktivləşir (şəkil 1).


Şəkil 1. Kitab 1.

Göründüyü kimi aktiv özək tünd qara rəngli çərçivəyə alınıb və bu çərçivə özək göstəricisi adlanır.

İş kitabını “ yarımillik hesabat ” adı ilə yaddaşa verin.

A1 özəyinə cədvvəlin başlığını daxil edin :

Təşkilatın mədaxil və məxaric hesabatı

Enter düyməsinə basın. Bundan sonra göstərici A2 özəyini aktivləşdirəcək.  A3 özəyinə adlamaq üçün klavyaturanın aşağı ox ( ↓ ) düyməsini basın və yaxud A3 özəyini siçanın sol düyməsi vasitəsi ilə bir baş aktivləşdirin.

A3:A16 özəklərini şəkil 2-də göstərilən qaydada doldurun.Hər özək doldurulduqdan sonra növbəti aşağı sətrə keçmək üçün Enter düyməsinə basın.A10:A12 özəklərinə məlumatları daxil edərkən əvvələ bir neçə boşluq buraxın :



Şəkil 2. Hesabat cədvəli

Diqqət yetirdinizsə yazılmış sətrin eni özəyin enindən daha çoxdur . Əgər A özəyinin sütununun enini artırmasaq və sətr yuxarıdakl şəkildə göstərildiyi kimi B özəyinədə keçsə , sətrin bir hissəsi ekranda əks olunmayacaq.Bunun üçün siçanın oxunu A və B özəklərinin birləşdiyi  hissəyə tuşlayın və sürükləmə işarəsi peyda olan kimi sütunu lazımi enə qədər uzadın (Şəkil 3.) :



Şəkil 3. Sütunun eninin artırılması.
Avtodoldurma funksiyasının köməyi ilə ayların adının daxil edilməsi

Ücüncü sətrə ayların adını təmsil etmək üçün başlıq əlavə etməliyik (şəkil 4). Onları bilavasitə B3:G3 özəkləri aralığına daxil edirik , bu tip avtodoldurma funksiyası sərfəli variantdır.Bizə lazım olan ayları daxil etmək  üçün biz yalnız  bir dənə ayın adını yazacağıq :

1.B3 özəyini aktivləşdirin.

2.İkinci yarım il üçün İyul daxil edin.( rus dilli office üçün Июль , ing. dilli office  üçün July)

3.B3 özəyinin sağ aşağı küncündəki qara nöqtəni siçanın oxu ilə nişanlayın , bu zaman bu nöqtə üstəgəl ( + ) işarəsinə dönəcək.

4.Siçanın sol düyməsini sıxıb saxlayaraq G3 özəyinə qədər sürüşdürün.B3:G3 özəkləri aralığındakı diapazon çərçivəyə alınacaq və sürükləmə zamanı hər özəkdə ardıcıl olaraq avtomatik şəkildə ayların adı əks etdiriləcək – Avqust, Sentyabr, Oktyabr və s.

Şəkil 4. Avtodoldurma üsulu.

Avtodoldurma funksiyasının köməyi ilə rəqəmlərin daxil edilməsi

Avtodoldurma funksiyasını eyni tipli ifadələrin , özəklərə doldurulması üçün də istifadə etmək olar.(Bizim nümunəmizə əsasən bunlar əmək haqqı, icarə haqqı, avadanlıqların icarəsi olacaq).

1.Şəkil 5.-dəki kimi B9, B10, B11 özəyini aktivləşdirin və oradakı rəqəmləri əlavə edin :



Şəkil 5. Rəqəmlərin daxil edilməsi

2.Hər üç özəyi ayları tərtib etdiyimiz qaydada G özəyinə qədər sürükləyin.5-ci sətri doldurun.

Bununlada hesabat tərtibatının birinci etapı başa çatır.

Özəklərin diapazonlarının yerləşdirilməsi.

Bizim nümunədə öncə bütün ay üzrə təşkilatın sərf etdiyi xərci hesablamaq, sonra isə onlar arasındakl mədaxil və məxaric hesablamasını aparmaqdır.Belə ki, sərf olunan xərclər və gəlirlər üçün məlumat daxil edilmiş özəklər bilavasitə bir-biri ilə yaxın yerləşmiş, biz onları boş sətrlərin köməyi ilə tematik qruplarla seçə bilərik.

1.A8 özəyini aktivləşdirin, siçanın sol düyməsini basıb saxlayaraq göstəricini G15 özəyinə aparın və siçanın düyməsini buraxın.

 2.Siçanın oxunu aşağı hissəyə tuşlayın (+) işarəsi əks olunacaq.

3.Siçanın sol düyməsini basıb saxlayaraq göstəricini 16-cı sətrə sürükləyin.

Bu əməliyyatın sonunda seçilmiş diapazon bir sətr aşağıya yönələcək, “məsulların emalı üçün xərclənmiş” sətrdən əvvəl isə boş sətr əmələ gələcək.A14 ; G16 özəklərinin diapazonlarını analoq surətində dəyişdirin.Şəkil 6.

 Şəkil 6. Seçilmiş sətrlərin bir pillə aşağı edndirilməsi.

Göstərilmiş üsulla bütöv bir diapazonun , və həm də tək bir özəyin yerini dəyişdirmək olar.Əgər bu halda Ctrl klavişini basıb saxlasanız, yer dəyişmə yox, kopyalama aparılacaq.
Hesablamalar zamanı formullardan istifadə

Əgər bir neçə qonşu sütunlarda eyni tipli hesablama aparmaq lazımdırsa, cədvəlin emal prossesini avtomatlaşdırmaq üçün Excel funksiyalarından birini istifadə etmək olar.

Toplama əməliyyatı. 

İndi isə 9 sətrdə   formulunun köməyi ilə hər ay üçün xərclərin miqdarını təyin edək.Öncə B sütununda bir ay üçün xərc miqdarını təyin edək, sonra isə avtodoldurma üsulu ilə C9:G9 özəklərinin diapazonlarındakı xərcləri təyin edək.

1.B9 özəyini aktivləşdirin və standart alətlər panelində AutoSum   knopkasını tıqqıldadın.

2.Siçanın oxunu B10 özəyinə tuşlayın və sol knopkasını sıxaraq B10:B13 özəklərinin diapazonlarını seçin. Şəkil 7.

3.Enter düyməsinə basın.

4.Avtodoldurma funksiyasından istifadə edərək məlumatları C9:G9 özəklərinə daxil edin.Bunun üçün B9 özəyini aktivləşdirin ,siçanın oxunu sürükləmə oxuna tuşlayın və sol düyməsini basıb saxlayaraq G sütununa aparıb düyməni buraxın.Şəkil 8.


Şəkil 7. AutoSumm-dan istifadə edərək seçilmiş sütunların toplanması


Şəkil 8.Avtodoldurma funksiyasından istifadə edərək toplama.

 

Aparılan hesablama əməliyyatı üçün formulların daxil edilməsi

Formulların köməyi ilə lazım olan bütün hesablama əməliyyatlarını aparmaq olar.Aşağıda bu hesabat üçün lazım olan göstəricilər və onların hesablanma qaydası verilmişdir.

  • “ Qiymətə əlavə edilmiş vergi ” – “ Ümumi hasilat ” / (1+20%) formulu ilə hesablanır.
  • “ Ümumi mədaxil “ -  Ümumi hasilatın fərqi ilə təyin edilir
  • “ Ümumi mənfəət ” - “ Ümumi hasilat ” və “ Məsulların emalı üçün xərclənmiş” göstərricilərin arasındakı fərq ilə hesablanır.
  • “ Mənfəət üçün vergi ” - “ Ümumi mənfəət ” göstəricisinin qiyamətinin 30%-ni təşkil edir.
  • “ Təmiz mənfəət ” - “ Ümumi mənfəət ” və “ Mənfəət üçün vergi ” göstəricilərinin arasındakı fərq təyin edilir. 

Göstəricilərin hesablanması üçün cədvələ formulları daxil edək.Fəaliyyət ardıcıllığı üçün, öncə tələb olunan özək seçilir , sonra isə sətr üçün formul, bundan sonra klavyaturanın köməyi ilə formul daxil edilir və Enter basılır.

1.B6 özəyinə = B5/(1+0,2), formulunu (şəkil 9), B7 özəyinə isə = B5 – B6 formulunu daxil edin.

Şəkil 9.B6 özəyinə formulun daxil edilməsi.

2.B6:B7 özəklərinin diapazonlarını seçin və avtodoldurma funksiyası ilə C6:G6 özəklərini doldurun.Şəkil 10.

Şəkil 10. avtodoldurma funksiyası ilə C6:G6 özəklərini doldurulması

 

3.B15:B17 özəklərinə aşağıdakı formulları əlavə edin (şəkil 11):
B15 = B5-B9
B16 = B15*0,3
B17 = B15-B16


Şəkil 11.Enter basdıqdan sonra verilən nəticələr

4.B15:B17 özəklərinin diapazonlarını seçin və avtodoldurma funksiyası ilə C15:G17 özəklərini doldurun.Şəkil 12.


Şəkil 12. avtodoldurma funksiyası ilə C15:G17 özəklərini doldurulması


Cədvəllərin formatlanması

Məlumatlar daxil edildikdən və emal olunduqdan sonra cədvəllərin formatlanması gərəkir.Bunları məlumatları daxil etmədən öncədə etmək olar.Belə ki, doldurulmuş cədvəlləri formatlamaq daha asandır.

1.A3:G17 özəklərinin diapazonlarını seçin.

2.Menyu başlığından Format / AutoFormat seçin , bundan sonra eyniadlı dialoq pəncərəsi açılacaq (şəkil 13.)


Şəkil 13. AutoFormat dialoq pəncərəsi

3.Bütün cədvəli seçin

4.Cədvəllərin tərtibat siyahısından Classic 1 tipini seçin və OK basın.

Avtoformat prossesi zamanı Excel müəyyən edir ki, (formullar üzrə) hansı özəkdə hesablamanın nəticələri, hansılarda isə hesablama üçün istifadə olunan məlumatlar var. Özəklərdəki məlumatların nəticələrinin analizinə əsasən , proqramm qərar qəbul edir – hansı özəyi formatlamaq . Bizim tərəfimizdən seçilən Classic 1 forması müxtəlif təsvirlər üşün tətbiq olunur (şəkil 13). Avtomatik formatlama zamanı şriftlərin parametrləri və çərçivələrdən başqa sütunların eni də dəyişilir.Ona görə ki, istifadəçi bütün mətni görə bilsin.


Şəkil 13.Cədvəllərin tərtibat siyahısından Classic 1 tipi

İş stolundakı cədvəl torunun silinməsi

1.Menyu sətrindən Tools/Options seçin.
2.View bölməsinə daxil olun və Gridlines (сетка) aktivindən bayrağı qaldırın.(şəkil 14)
3.OK düyməsinə basın.

Şıkil 14. View bölməsi və Gridlines (сетка) aktivindən bayrağın qaldırılması

Bundan sonra cədvəlin görünüşü torsuz əks olunur(şəkil 15).

Şəkil 15.Cədvəlin görünüşü torsuz əks olunur

Diaqramların tərtib olunması
  Excel  diaqrammların tərtibi vş formatlanması üçün əlverişli vasitələr təqdim edir.

1.A3:G3 özəklərinin diapazonlarını seçin.Bu sətrdə olanların qiymətləri X oxunda istifadə olunacaq.

2.Ctrl klavişini basıb saxlayaraq A5:AG5 özəklərinin diapazonlarını seçin.

3.A9:G9 , A17:G17 özəklərinin diapazonlarını seçin və bundan sonra Ctrl klavişini buraxın.

4.Diaqramm masterini çağırmaq üçün, Chart Wizard (Diaqramm masteri) düyməsinə basçn.

5.Masterin birinci dialoq pəncərəsindən diaqrammın tipini seçin  

 

6.Next (далее) düyməsinə basın.

7.Next düyməsinə basın.

8.Charttitle (название диаграммы) sahəsində Title(загаловки) bölməsinə diaqrammın adını “ Təşkilatın mədaxil və məxaric hesabatı” yazın.

Next düyməsinə basdıqdan sonra , diaqramm masterinin sonuncu dialoq pəncərəsi , Chart Location ( Размещение диаграммы) açılacaq.Bu pəncərədə diaqramın yeri təyin olunur – aktiv vərəqdə və ya ayrı vərəqdə.

Finish ( Готово) düyməsini basdıqdan sonra diaqramm iş vərəqində peyda olacaq.İstifadə edilmiş çərşivəsi vasitəsi ilə diaqrammın yerini dəyişmək olar.


Əlavələr.

 Cədvəllərlə içləmək üçün məlumatların analizinin və emalının əsasını formullar təşkil edir.Standart hesablamaların aparılması üçün Excel istər sadə , istərsədə mürəkkəb tipli çoxlu sayda funksiyalar təqdim edilir ki, onları formullar vasitəsi ilə çağırmaq olar.

Formul – bu ifadə bərabərlik işarəsi ilə təqdim olunur və iş vərəqinə hansı hesablama növünün daxil edilməsini təyin edir. Özəkdəki (ячейка) formul növbəti elementləri işə cəlb edə bilər: rəqəm və mətn ifadələrini , digər özəklərin sitatını, riyazi və məntiqi əməliyyat işarələrini və eləcədə funksiyalara müraciətini.

Formulların hesablanmasının istifadə qaydası , riyaziyyat əsasında götürülüb.Onların dəyişdirilməsi üçün mötərizələrdən istifadə olunur.Aşağıdakı cədvəldə məntiqi və hesab işarələri verilib:

        İşarəsi

                          Əməliyyatı

   %

Faiz

    -

Mənfi

    ^

Qüvvətə yüksəltmə

    *

Vurma

     /

Bölmə

    +

Toplama

    =

Bərabər

    <

Kiçikdir

    >

Böyükdür

    <=

Kiçik bərabərdir

    >=

Böyük bərabərdir

   < >

Bərabər deyil

 

 

Formulların hesablanmasının nəticəsi , hesab əməliyyatı daxil olmaqla , rəqəmli ifadə sayılır.Operatorlu formul müqayisəsi iki məntiqi qiymət nəticəsi verir: True (həqiqi) və ya False (yalan).

Mətn məlumatları ilə işlədikdə, sətrlərin əlavə edilməsi üçün & işarəsindən istifadə etmək olar.Aşağıda təsvir olunmuş şəkildə bu işarənin köməyi ilə D3 özəyində sətr formullaşdırılıb. Sətrdə olan ad və soyad  boşluq (“ ”) simvolu ilə ayrılıb.Özək  üçün verilmiş formul , formul sətrində əks olunur.

Formulda həmçinin ünvan əməliyyatları da tətbiq olunur. Onları tətbiq etmək üçün aşağıda verilmiş işarələrdən istifadə olunur:

Işarə

                                 Əməliyyat

  :

Diapazon sərhədlərini ayırmaq üçün xidmət edir (məsələn: B3:D10)

  ;

Bir-biri ilə əlaqəsi olmayan özəklərin və ya diapazonların birləşdirilməsi (məsələn: B3;B5)

  Probel

Diyapazonların kəsişməsini həll edir (məsələn: yazılmış A3:F5
D1:F6-D3:F5 diapazonunu təyin edir)


Toplama və çıxma işarələri , bərabərlik işarəsi kimi , formulun eyniləşdirilmə sinə xidmət edir. Belə ki, Excel bu  üç içarə ilə başlayan məlumatlara formul kimi baxır.Toplama və çıxma işarəsi ilə başlayan formul daxil edildikdən və Enter basıldıqdan sonra proqramm avtomatik olaraq formulun qarşısına bərabərlik işarəsi qoyur.

                       

Formulların daxil edilməsi və redaktəsi
 
Aşağıdakı şəkildə müxtəlif firmalar tərəfindən ürətilmiş video kartların qiyməti və kvartalın hər ayı üçün satış sayının Excel metodu ilə formulu təqdim olunub.Hər növ üşün kvartallar üzrə video kartların satış sayını təyin etmək üçün, mütləq G4:G9 özəyində uyğun hesablama işləri aparılmalıdır. Ayrılıqda G4 özəyində, D4:F4 özəyində saxlanan qiymətlərin hesablanma formulu göstərilməlidir.Bunu  etmək üçün , klavyatura vasitəsi ilə özəyə = D4 + E4 + F4 ifadəsini yazmaq lazımdır.

Hər bir formulun daxil edilməsi , Enter klavişi basılaraq sona çatır və bundan sonra özəyin daxilində hesablamanın nəticəsi verilir. Ancaq faktiki olaraq daşıyıcı özəkdə ilk olaraq formul əks etdirilir və bunu özəyi aktivləşdirdiyiniz zaman formul sətrində və də daşıyıcı özəyin redaktə rejimində (bu rejim F2 klavişini basdıqdada verilə bilər)görə bilərsiniz.


Toxunulmamış halda Edit (Правка) menyu başlığının Options (Параметры) dialoq pəncərəsində Edit directly in cell (özəyin daxilində redaktə et)bayrağı qurulub. Bu halda formulların daxil edilməsi bilavasitə aktiv özəkdə aparılır və daxil etmə zamanı formul sətri əks etdirilir.Əgər bu bayaraq götürülübsə , bərabərlik işarəsi daxil edildikdən sonra , mausun kursoru formul sətrinə keçir və formulun tətbiqinin sonrakı fəaliyyəti orada davam etdirilir.

Formulların daxil edilməsinin digər surətli yolları mövcuddur.Belə metod point-and-click (yönəlt və tıqqıldat) adlanır.Belə metodun üstünlüyü ondan ibarətdir ki, əgər formulları daşıyan özəklər bir-birindən çox uzaq məsafədə yerləşmiş olsunlar.

 

   
“Yönəlt və tıqqildat” metodu ilə formulların daxil edilməsi

  • Nəticəni göstərmək üçün özəyi seçin
  • Klavyatura vasitəsi ilə bərabər işarəsini daxil edin
  • Formula tətbiq etək istədiyiniz ilk özəyi tıqqıldadın
  • Əməliyyat (hesab) işarəsini daxil edin
  • Növbəti formul özəyini tıqqıldadın
  • Bütün formul daxil olana qədər4 və 5-ci addımları təkrarlayın
  • Enter düyməsini basaraq formul tərtibatını yekunlaşdırın.

İndi G4 özəyində yaradılmış formulu , G5:G9 özəyinə kopyalamaq olar. Bu metodla o aşağıdakı bölmədə yazıldığı kimi “Özəyin xüsusunda və tam ” dolğun şəkildə ifadə olunacaq.

Formulun redaktə prinsipi və məlumat bazası praktiki olaraq eynidir.Öncə formullu özək seçilir, bundan sonra sonuncu formul sətrində əks olunur.İstifadəçi bu sətrə siçanın düyməsi ilə tıqqıldatmalı,lazım olan dəyişiklikləri aparmalı və sonunda Enter düyməsinə basmalıdır.Əgər siz F2 klavişini bassanız onda formulun redaktəsini birbaşa özəkdə edə bilərsiniz.

Formulun əks etdirilməsi

  Toxunulmamış halda iş vərəqində formul deyil, nəticə əks olunur.Formulu görmək üçün , formulu daşıyan özəyi aktivləşdirmək lazımdır.Bundan əlavə bütün formulları iş vərəqində görmək üçün View (Вид) menyu başlığının Options (Параметры) dialoq pəncərəsində Formulas (формулы) bayrağını qurmaq lazımdır.Bunun nəticəsi olaraq sütunların eni avtomatik olaraq uzanacaq və əks etmə tamamən veriləcək.Aşağıdakı şəkildə formulun əks etdiriməsi rejimi verilib.

Bu rejimə keçərkən Formula Auditing alət paneli peyda olacaq.



  Paylaş      



Ayaz Adilov
25.08.2016 14:55
Emin Əlasan! Vaxt elə zəng et mənə
nermin
24.11.2013 19:01
cox tesekkurler
Perviz
09.06.2012 00:43
Tesekkurler
samir rehmanov
20.08.2011 02:03
derslik

   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!