






|
1. 400x200 px ölçülərində yeni bir PSD səhifəsi
açın. Ardından Rounded Rectangle
alətini seçin və daha sonra bu alətə aid paramterlər panelində yerləşən
Custom Shape Tool -a daxil olun. Yandakı pəncərənin açılacaqdır,
bu pəncərədə parametrlərini yandakı kimi daxil edin və üst bölümdəki Radius
dəyərini 50 px olaraq dəyişdirin. Sonra səhifədə sol düyməni bir
dəfə sıxın. Daxil etdiyiniz ölçülərdə ekran da bir objekt yaranacaqdır.
|
2. Bu dörtküncə aid olan layeri seçin və üzərində sağ düymə ilə Rasterize Layer
verin. Eyni layeri Ctrl düməsi basılı ikən yenə seçin. İndidə
Gradient Toolsu seçərək altdakı dəyərləri girin. Eyni zamanda gradient
pəncərəsindən Linear seçməlisiniz.
|
3. Gradient Tool seçili halda əvvəlki addımda seçmiş olduğunuz
kvadratın üzərinə gələrək Shift düyməsi basılı tutub mausunuzu
aşağıya doğru sürüşdürün.
|
|
4. Nəticə yandakı kimi olmalıdır. Dörtkünc seçili ikən əməliyyatı davam etdiririk
. İndidə üst menyudan Select - Modify - Contract əmrinə daxil olun.
Açılan pəncərədən 3 px dəyərini girin.
|
|
5. Seçili bölgənin daraldığını görməlisiniz. Təkrar Layer menyusuna
gələrək dörtküncə aid olan layerin üzərində sağ düyməni sıxın və açılan menyudan
Layer via Copy əmrini seçin. Layer menyusunda yeni bir layer yaranmalıdır.
|
|
6. Ən son Copy əmrini sıxaraq kopyaladığınız layeri Ctrl
ilə seçin. İndi təkrar Gradient Tool girin və bu səfər aşağıdan
yuxarıya doğru mausumuzu sürüşdürün. Nəticə yandakı kimi olmalıdır.
|
|
7. indi isə kopyalama yolu ilə yaraddığımız layerin üzərində Marquee Tool
ilə bərabər olacaq şəkildə (Shift düyməsinin köməyilə) seçirik və Delete
ilə silirik. Ardından eyni Layeri seçərək Select - Modify -
Contract əmrini sıxırıq, ancaq bu səfər dəyəri 1 px
olaraq daxil edirik. Bütün bu əməliyyatların nəticəsində aşağıdakı kimi navigator
bar əldə etməlisiniz.
|
|