MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...0192 
   www.azresce.com2978 
   www.evalin.az4195 
   www.novruzov.net4488 
   www.azgraf.net/mocuzeler5155 
   videoders.azersayt.com5142 
   www.mado.az5931 
   www.artdeco.az4466 
   www.cv-az.com7043 
   www.fakto.info5234 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000731
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470
 Microsoft Office     
Bütün növ hesabatlarınızı rahatlıqla həyata keçirtmək üçün Excel proqramı idealdır. Proqram haqqında əsas giriş məlumatlar əldə etmək üçün bu dərsi mütləq oxuyun.

Tarix:        21.06.2009
Oxunub:   16930        
Müəllif:     
Azersoft.com   



Paylaş

Çap et        Şərh yaz

 Excel proqramı ilə işə başlanması.

İşə başlamaq üçün Start menyusunun Programs hissəsindən Microsoft Excel sətrini seçin. Excel proqramının pəncərəsinə nəzər yetirək.

Gördüyünüz kimi Excel'in bəzi düymələri başqa proqramlarının düymələrinə bənzəyir. Yəni, bu o deməkdir ki, başqa proqramlar kimi öz sənədini Save düyməsi ilə yaddaşa verməyə imkan verir və s. Bircə onu da qeyd etmək lazımdı ki, burada sənədə kitab (Book) deyilir.

Excel'in kitabı bir neçə səhifədən ibarət ola bilər. Hər səhifədə isə 256 sütun və 65536 sətir var. Sətir və sutunun kəsişməsi bizə bir iş sahəsi verir ki, həmin iş sahəsində rəqəm, mətn və ya tarix yazmaq mümkündü. Hər bir iş sahəsinin öz ünvanı var; iş sahəsinin ünvanı onun yerləşdiyi sütun və sətr adlarından ibarətdi. Məs., f sütununda yerləşən 1-ci sətrin ünvanı A1 olur.

Məlumatın Daxil edilməsi qaydaları.

Mətni və ya rəqəmi daxil etdikdən sonra Enter basılır və ya başqa bir ünvanda düymə basılır.

  1. Artıq məlumat olan ünvanda yeni məlumat yazmaq üçün sadəcə üzərində mausun düyməsini bir dəfə basın və yeni məlumatı daxil edin.
  2. Artıq məlumat olan ünvanda dəyişiklik etmək üçün üzərində mausun düyməsini iki dəfə basın.

Mətn ilə Rəqəmlərin fərqi

Gələn dərslərimizdə biz Excel'in rəqəmlərlə etdiyi hesablamalarla işləyəcəyik, amma rəqəmlə əməliyyatı düzgün yerinə yetirilməsi üçün rəqəmi xüsusi qaydalar ilə yazmaq vacibdi.

  1. Rəqəm yazdıqda onunla yanaşı heç bir başqa işarə qoymaq olmaz (məs., vergül və ya dollar işarəsi.
  2. Kəmiyyətin tam və onluq hissəsini ayırmaq üçün nöqtədən istifadə edin.
  3. Rəqəmləri daxil etdikdən sonra (məs. Enter basdıqdan sonra) onun sağ tərəfə yazılması rəqəmin düz yazıldığını bildirir.

Dərsdə öyrəndiyimizi təkrar etmək məqsədi ilə bir sadə cədvəl yaradaq. Bu cədvəli yaratdıqdan sonra onu mütləq yaddaşa verin və çalışın ki, onu itirməyəsiz; bu cədvəldən gələcək dərslərdə istifadə edəcəyik.

  1. A1 ünvanında mausun düyməsini bir dəfə basın. Şrifti dəyişin və «Əmək haqqı cədvəli» çap edin.
  2. A2 ünvanında «Adı, soyadı, atasının adı» çap edin.

  • Sizə, yəqin ki, sütunun enini dəyişmək lazım olacaq. Bunu etmək üçün oxu f və d sütununun başlıqları sərhəddinə gətirin və düyməni basılı saxlayaraq eni dəyişin.
  • Bütün sənədin şriftini dəyişmək üçün A sütunundan solda olan adsız düymədə mausun düyməsini bir dəfə basın və şrifti dəyişin.
  1. A sütununa 10 ad daxil edin
  2. V2 ünvanına «Əmək haqqı» daxil edin.
  3. Adlara müvafiq olaraq 100-500 arasında kəmiyyətlər daxil edin.
  • Yeni sətir əlavə etmək üçün Insert menyusundan Rows seçin.
  • Yeni sütun əlavə etmək üçün Insert menyusundan Columns seçin.
  1. A və d sütunlar arasına yeni sütun əlavə edin. Onun başlığına «Vəzifə» daxil edin və adlara müvafiq vəzifələr yazın.
  • Çərçivə növlərini Borders siyahısından seçə bilərsiz.

Sətir və Sütunlar ilə Əməliyyatlar

Səhifədə yazılmış cədvəlinizə yeni sətir əlavə etmək üçün:

I üsul.

  1. Yeni sətrin yerini müəyyən etmək üçün bir ünvan seçin (yeni sətir seçdiyinizdən əvvəl yaranacaq).
  2. Insert menyusundan Rows seçin.

II üsul.

  1. Yeni sətrin yerini müəyyən etmək üçün bir* sətir seçin (sətri seçmək üçün onu başlığında düyməni basmaq kifayətdir).
  2. Seçdiyiniz sətrin üzərində sağ düyməni basın və Insert seçin.

* Bir sətir deyil bir neçə sətir seçdikdə yeni sətirlərin sayı da dəyişir( məs., iki sətir seçib və onların üzərində sağ düyməni basıb Insert seçdikdə iki yeni sətir daxil edirsiniz).

Səhifədə yazılmış cədvəlinizə yeni sütun əlavə etmək üçün:

I üsul.

  1. Yeni sütunun yerini müəyyən etmək üçün bir ünvan seçin (yeni sütun seçdiyinizdən əvvəl yaranacaq).
  2. Insert menyusundan Columns seçin.

II üsul.

  1. Yeni sütunun yerini müəyyən etmək üçün bir* sütun seçin (sütunu seçmək üçün onu başlığında düyməni basmaq kifayətdir).
  2. Seçdiyiniz sütunun üzərində sağ düyməni basın və Insert seçin.

* Bir sütun deyil bir neçə sütun seçdikdə yeni sütunlərin sayı da dəyişir( məs., iki sütun seçib və onların üzərində sağ düyməni basıb Insert seçdikdə iki yeni sütun daxil edirsiniz).

Səhifədə yazılmış cədvəlinizdən bir sətir ləğv etmək üçün:
  1. Bir və ya bir neçə sətir seçin (sətri seçmək üçün onu başlığında düyməni basmaq kifayətdir).
  2. Seçdiyiniz sətrin üzərində sağ düyməni basın və Delete seçin.

Səhifədə yazılmış cədvəlinizdən bir sütun ləğv etmək üçün:

  1. Bir və ya bir neçə sütun seçin (sütunu seçmək üçün onu başlığında düyməni basmaq kifayətdir).
  2. Seçdiyiniz sütunun üzərində sağ düyməni basın və Delete seçin.

Səhifələr ilə əməliyyatlar.

Adətən Excel ilə işi başlayanda Sheet1, Sheet2 və Sheet3 adlı səhifələr olur. Bu səhifələrin sayını artırmaq və azaltmaq olur. Yeni səhifə əlavə etmək üçün Insert menyusunda olan Worksheet seçmək kifayətdir.

Səhifələrdən hər hansı birini ləğv etmək üçün onun adı üzərində sağ düyməni basaraq Delete və ya Edit menyusundan Delete Sheet seçin.

Səhifənin adını dəyişmək üçün həmin adın üzərində iki dəfə düyməni basaraq və ya sağ düyməni basıb Rename seçərək yeni ad daxil edin.

Səhifələr müəyyən ardıcıllıq ilə düzülüb. Bu ardıcıllığı dəyişmək üçün (yəni məs., Sheet1 səhifəsini axıra keçirmək üçün) həmin səhifənin adı üzərinə mausun oxunu yönəldin və düyməni basılı saxlayaraq səhifənin yerini dəyişin. Bu əməliyyatı Ctrl düyməsini basılı saxlayaraq yerinə yetirsəz, həmin səhifənin ikinci nüsxəsini ala bilərsiniz.

Səhifələrin sayı çox olduqda onların hamısının adını ekranda görmək olmur. Bunu etmək üçün Səhifə adlarından solda yerləşən kiçik düyməciklərdən istifadə etmək olur.



  Paylaş      



Arzu
12.10.2014 18:58
heç nə başa düşmək olmur 2007 olsaydı yenədə başa düşülərdi 2003 çox çətindi içləmək
Səlimxanova Sünyəxanım
22.11.2013 09:05
Məlumatlara görə çox sag olun.Amma mən excell - də massiv necə yığılır onu nbilmək istərdim.İmkan varsa onu da izah edərdiniz
gunel
19.06.2013 15:37
bildiyim weyleri bele ele yazmisiz ki hec ne bawa duwmey mumkun deyil, eziyyet cekib yazirsiz ele yazin ki oxuyan bawa duwsun. yenede cox sagolun
Esmer
16.05.2013 22:38
excell haqda tam melumat ve photoshop haqda melumatlar oyrenmey isteyirem
hudul
30.01.2013 17:49
hec ne basa dusmedim vas
TƏRANƏ
15.03.2011 11:47
excel proqramında sütunlara necə kod qoymaq olar
ZAUR
12.08.2010 16:10
COX GOZEL
MUSLIMA86
08.04.2010 13:42
sALAM! MENE ACCESS HAQQINDA AZERB DILINDE INFORMASIYA OYREDICI MELUMATLAR LAZIMDI TECILI.HARDAN TAPA BILEREM.bILEN VARSA LINK QOYSUN ZEHMET OLMASA.ONCEDEN TESEKKURLER
tural
06.03.2010 23:32
bu işlərdə əməyi olanlara minnətdarlığımı bildirirəm...
ediska
28.08.2009 12:17
Salam men duradan access proqramindan nece istifade etmek lazimdir onu oyrenmek istiyirem amma tapa dilmirem netice meni qane etmir men bu proqramdan nece istifade ede bilerem?

   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!