MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...1553 
   www.azresce.com3605 
   www.evalin.az4662 
   www.novruzov.net4882 
   www.azgraf.net/mocuzeler5713 
   videoders.azersayt.com6136 
   www.mado.az6474 
   www.artdeco.az5063 
   www.cv-az.com7775 
   www.fakto.info5820 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000732
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470
 Adobe Photoshop     
PhotoShop proqramına başlamazdan əvvəl bu dərslə tanış olmalısınız. Proqramın əsas panellərini və əlavə məlumatlar.

Tarix:        21.06.2009
Oxunub:   11107        
Müəllif:     
Emin Novruzov   



Paylaş

Çap et        Şərh yaz

 Photoshop proqramını tanıyaq.

Photoshop proqramı bildiyimiz kimi dünyada ən çox istifadə edilən və öndə gedən 2D qrafik proqramlarından biridir. Proqram ilə Fotomontaj işlərini yüksək səviyyədə həyata keçirmək mümkündür. Bu proqrama bənzər bir çox proqram mövcuddur, lakin işləmə asanlığı və yüksək səviyyəli filterləri ilə photoshop ən yaxşısı deyə bilərik. Proqrama məxsus saytda bir çox dərs mövcuddur. Bunlar vastəsilə psd rahat şəkildə öyrənmə imkanınız var. Bu dərsimizdə proqram haqda ilk giriş məlumatlar öyrənəcəksiniz.

Bir çox proqram kimi bunda da ilk işə başlamaq üçün yeni səhifə açmalıyıq. Bunun üçün File - New seçin. Qarşımıza aşağıdakı kimi bir pəncərə çıxacaq. Bu pəncərə proqramda işləmək üçün açdığımız səhifənin düzəlişləri üçündür.

Yuxarıdakı pəncərədə ilk olaraq yaradacağınız səhifəni adlandırmalısınız. Name bölməsi adlandırmaq üçündür. Preset bölməsindən isə hazır kağız formalarından istifadə edə bilərsiniz ( A4, A3, 640-480 v.s kimi ölçülər). Əlbətdə bunu özünüz də daxil edə bilərsiniz. Bunu üçün WidthHeight bölməsindən istifadə edməlisiniz. Width -eninə Height isə uzunluğu müəyyənləşdirmək üçündür. Resolution isə 72 olaraq qalsın. Color Mode isə səhifənin rəng növləridir. RGB color (red, green, blue) olması rəngli səhifə üçündür. Qarşısında isə bit ilə təmizlik ölçüsünü daxil edə bilərsiniz. Standart 8 bit olmalıdır. Background Contents isə arxa fon üçün nəzərdə tutulub ki, burada da üç seçim vardır. White - Backround color - Transparent. White - arxa fonu ağ olaraq daxil edər. Backround color - arxa fonu rəngi olaraq daxil edər və Transparent- isə arxa fonun olmamasını təmin edir. Ok verərək əməliyyatları yerinə-yetirin.

- Yuxarıdakı pəncərə isə photoshop menyu sətri və dəyişikliklər panelidir. Menyu sətri artıq sizə məlumdur. Hər programdakı kimi photoshop'da da menyu sətri mövcuddur.
- Onun alt hissəsində isə seçilmiş hər hansı alətin dəyişliklər panelidir. Yəni panel sabit olaraqqalmır. Müəyyən bir şəkil, yazı, alət seçdikdə ona müvafiq olaraq panel dəyişir. Hazırda gördüyünüz kimi Move Tool alətini seçilmiş vəziyyətdədir. Həmçinində digər alətləri seçdikdə onun dəyişiklikləri paneldə əks olunur.

Solda alətlər panelini görürüsünüz. Grafik proqramlarının əksəriyyətində mövcud olmuş alətlər paneli, photoshop-da da çox geniş şəkildə əks olunmuşdur. Panelin aşağısında gördüyünüz kimi yeni menyu açılmış vəziyyətdədir. Bu alətin daxilindəki digər alətləri əks etdirir.Yanın da kiçik ox işarəsi olan alətin daxilində mütləq ona müvafiq digər altələr də mövcuddur. Həmin alətin üzərində ya sol düyməni 1 saniyə saxlayın yada sağ düyməni sıxaraq alətə aid olan digər alətləridə görə bilərsiniz.

Qısa şəkildə alətlər haqqında məlumat verim. İlk alət olaraq yuxarı soldakı Restangular Marquee alətidir. Alətin adını üstündə 2 saniyə dayanaraq adını görə bilərsiniz. Bu alət seçim işlərini yerinə yetirir. Dört künc, Dairəvi və digər seçimlər üçün ikinci menyusunu aça bilərsiniz. Onun yanında Move alətini görürüsünüz ki, seçilmiş bölgəni və ya seçilmiş layeri hərəkət etdikmək üçündür. Hərəkət etdirmək dedikdə yəni yerini dəyişdirmək üçün ən çox istifadə edilən alətlərdən biridir. Altındakı alətlər daha da ətraflı seçim üçün nəzərdə tutulub. Sağdakı ilə eyni rəng bölgələrini, digəri isə nöqtə yolu ilə seçim əməliyyatlarını yerinə - yetirir. Onun altında isə soldakı çox istifadə edəcəyiniz bir alətdir. Eyni zamanda sağdakıda. Sağ alət ilə Web saytlar üçün səhifəni Slicelərə bölmək üçün istifadə edilir. Bu haqda dərs saytımızda mövcuddur. Digər alətlər haqqında saytda fərdi dərslər mövcuddur. Yoxlayaraq ətraflı öyrənə bilərsiniz.

Solda isə Style, Color, Swatches pəncərələrini görürsünüz. İtirdiyiniz hər hansı pəncərəni Windows menyusundan adı ilə çağıra bilərsiniz. Style pəncərəsində photoshop-un hazırladığı hazır effectlərdən və stillərdən istifadə edə bilərsiniz. Photoshop-da bir çox hazr stillər mövcuddur. Bu stillər sizi qani etməzsə özünüzdə stil yarada bilər və onu Styles pəncərəsində saxlaya bilərsiniz. Pəncərənin sağ yuxarı küncündəki kiçik düymə vastəsilə digər stilləridə açaraq istifadə edə bilərsiniz. Pəncərənin alt hissəsindən istədiyiniz sitili silə bilər və ya ora yenisini əlavə edə bilərsiniz.


 


Color pəncərəsi isə rəngləri tam dəqiqliklə seçmək üçündür. RGB rəng kolleksiyasını görürüsünüz. Onun yanındakı düyməcikləri sürüçdürərək istədiyiniz rəngləri əldə edə bilərsiniz.




Swatches pəncərəsi isə seçdiyiniz rəngləri saxlamaq çündür. Standart pəncərədə photoshop-un öz hazır rənglərini görə bilərsiniz . Alt hissəsindəki düymə ilə rənginizi saxlaya bilərsiniz. Stil seçdiyimiz kimi burdada müxtəlif qruplar mövcüddür. Sağ yuxarıdakı düymə ilə onları Load edə bilərsiniz.



Layers pəncərəsi. Layers pəncərəsi sizin ən çox istifadə edəcəyiniz pəncərədir. Layerlər səhifədəki obyectləri ayırmaq və onları alt üst yerləşdirmək üçün istifadə edilir. Layer pəncərəsinin alt hissəsindən yeni layer yarada bilər, silə bilər, kopyasını çıxarda bilərsiniz. Eləcədə onları layerlərin üzərində sağ düymə ilə də həyata keçirdə bilərsiniz. Layerlərin yanındakı göz işərəsinin qaldıraraq həmin layerin gizlənməsini yəni səhnədə görsənməməsini təmin edə bilərsiniz. Onun yanındakı boş işarə isə layerləri bir -birinə bağlamaq üçündür. Səhnədə seçim aləti ilə hər hansı bir yeri seçərək Ctrl + J düymələri ilə Layerə çevirə bilərsiniz. Səhnədə seçərək silmək və ya yeni layerini yaratmaq istədiyiniz object olarsa onu etməzdən əvvəl həmin objekti seçmlisiniz. Birinci layeri seçərək ikinci layeri silmək və ya onun üzərində işləmək mümkün deyil.

Photoshop haqda daha çox danışmaq mümkündür. Lakin qısa olaraq proqramın pəncərələrini müəyyən qədər tanıdığınızı hesab edirəm.



  Paylaş      



shefiqe
28.02.2015 19:40
bu proqrami hardan yuklemek olar?
azim
01.12.2013 23:26
menen foto vidiyo vidiyosu kocurmek lazim di hardan yukleye bilerem komek edin
aysel
07.12.2011 09:32
bu proqrami nece yukleyim
Sunur
31.05.2011 12:04
Layihe ucun tewekkur edirem, davamini sebirsizlikle gozleyirem.
AzGraf
29.05.2011 17:44
www.adobe.com
aydan
29.05.2011 13:32
bu proqrami hardan yukleye bilerem mene komek edinde...
elyanora
27.11.2009 09:58
Bes ardini haradan oyrene bilerem?
elyanora
27.11.2009 09:57
Chox gozel davami umudvaram ki olacaq

   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!