MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...0192 
   www.azresce.com2978 
   www.evalin.az4195 
   www.novruzov.net4488 
   www.azgraf.net/mocuzeler5155 
   videoders.azersayt.com5142 
   www.mado.az5931 
   www.artdeco.az4466 
   www.cv-az.com7043 
   www.fakto.info5234 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000731
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470
 Adobe Premier     
Abobe Premier proqramı hal-hazırda ən çox istifadə edilən video montaj proqramlarındandır ki, proqramın bütün panelləri haqda məlumatı bu dərsdən ala bilərsiniz.

Tarix:        21.06.2009
Oxunub:   8483        
Müəllif:     
Emin Novruzov   



Paylaş

Çap et        Şərh yaz

 Adobe Premier proqramı ilə işə başlanılması.



Adobe premier hazırda günümüzdə ən çox istifadə edilən video montaj proqramıdır. Bir çox yüksək səviyyəli işlər üçün nəzərdə tutulmuş premier proqramı istifadə asalığı və yüksək xüsusiyyətləri ilə bir çoxları tərəfindən seçilmiş bir proqram hesab edilir.
- Bu dərsin köməkliyi ilə proqramın əsas hissələrini öyrənəcəksiniz.
Premieri ilk açdığınızda qarşınıza yandakı kimi bir pəncərə çıxmalıdır. İlk olaraq siz burdan videonuzun parametrlərini dəyişdirərək işə başlamalısınız.

Sol tərəfdəki siyahıdan siz hazır formalı paramterlərdəndə istifadə edə bilərsiniz.. Paramterləri istəyinizə görə daxil etmək üçün yan tərəfdən "Custom" düyməsini sıxın. Aşağıdakı kimi bir pəncərə çıxacaq. Bu pəncərə haqda danışım:

Pənrədə yuxarı hissədə General bölməsini Video olaraq dəyişdirin. Etdikdən sonra aşağı hissədə videonun dəyişikliklərini görəcəksiniz. Yalnız videoya aid olan parametrlər haqda danışacaq.
Compressor
bölməsindən siz istəyinizə görə video codec seçə bilərsiniz. Codec videoların təmizliyini təmin edən xüsusi formatlardır. Aşağıda "TexhSmith Sceen Capture Codec " seçmişəm. Bu sizdə olmaya bilər. Çünki əlavə yüklənilmiş bir formatdır. Burdan "None" seçərək maxsimum təmizlikdə video əldə edə bilərsiniz. Lakin videonun həcmi də maksimum olacaqdır. Yanındakı "Configure" isə seçilmiş codec-sin dəyişiklikləri üçündür.
Depth:
videonun rəngi üçündür. "Thousands" olaraq qalsın.
Frame size:
ekran böyüklüyüdür. 720 x 576 normal televiziyalar üçün nəzərdə tutulur.
Frame rate: 1 saniyədə keçən kadr sayıdır. Standart 29.97 olmalıdır.
Bu əməliyyatlar sonda saxlayacağınız .avi fayl tipinə məxsusdur. Standart seçilmiş tip avi olur. Bunu dəyişdirmək üçün General bölməsinə gedə bilərsiniz.
Bu dəyişiklikləri saxlamaq üçün sağ hissədə Save düyməsini basın. Bunu saxlamağınıza səbəb növbəti girişinizdə bu dəyişiklikləri bir başa seçmənizdir. Sonda OK basaraq geri qayıdın.



Yuxarıda dediyim kimi ok basdıqdan sonra premierin bütün pəncərələrini ekranda görəcəksiniz. Pəncərlərin yerlərini istəyinizə görə dəyişdirə bilərsiniz. Dəyişdirdikdən sonra isə bu dəyişikliyi saxlaya bilərsiniz ki, bunu Windows - Workspace - Save Workspace edə bilərsiniz.İilk olaraq istifadə etmək üçün çağıracağımız faylların yerləşdiyi pəncərə haqda danışın. Nəzərinizə çatdırıram ki, premier içərisinə çağrılmış bütün faylları kənardan çağrılır. Yəni müəyyən bir yerdən çağrılmış şəkili daha sonra silərsəniz proqram xəta verəcəkdir.

Yanda gördüyünüz pəncərə sizin kitabxananız sayıla bilər. Gördüyünüz kimi mən 3 fayl çağırmışam. Fayl çağırmaq üçün ya pəncərənin ağ hissəsində sol düyməni 2 dəfə sıxa bilər, ya da sağ düymə ilə import edə bilərsiniz. İmport verdikdə 3 seçim olacaqdır:
File (tək fayl seçmək üçün),
Folder
(qovluq seçmək üçün),
Project
(hazır .ppi prajekt çağırmaq üçün).
Pəncərənin sol yanında Bin 1 adlı papka simvolu görürsünüz. Çağrılmış fayllar çox görsənərsə və seçməkdə çətinlik çəkərsəniz bin yaradaraq işinizi asanlaşdıra bilərsiniz. Pəncərənin alt hissəsindəki düymənin köməkliyi ilə bin yara bilərsiniz. Bin normal Windows da və müxtəlif proqramlarda kı, papka deməkdir. Bütün faylları səs, video və şəkil olaraq ayıra bilərsiniz ki, bunun nəticəsində axtardığınızıda çox asan şəkildə tapa bilərsiniz. Bin yaradan düymənin solundakı düymə isə ( find) axtarmaq üçündür. Dediyim kimi siz daha çox fayl çağırdığınızda onları tapmaqda çətinlik çəkə bilərsiniz. Bu zaman axtarışdan istifadə edə bilərsiniz. Burdakı şəkil video səsləri isə mausun köməkliyi ilə sürükləyərək Timeline pəncərəsinə apara bilərsiniz.
Timeline: Gördüyünüz kimi timeline pəncərəsi əsas 2 hissədən ibarətdir. Video və Səs. Yuxarı hissəyə video aşağı hissəyə isə səsləri yerləşdirə bilərsiniz. Video AVideo B -yə əsas ana videoları yerləşdirməlisin. Transition iki video arasında müxtəlif effectlər yerləşdirmək üçündür. Keçid effectlərinin bir hissəsini premierdən tapa bilərsiniz. Lakin HollyWood paketlərindən istifadə edərək daha da yüksək səviyyəli effektlər əldə edə bilərsiniz. Yuxarıda isə aletlər panelini görürsünüz. Digər qrafik proqramlarında da olduğu kimi burda da alətlər panelindən çox istifadə edəcəksiniz. Bəzi alətlər sizə mürəkkəb gələ bilər, lakin test edərək istifadə etməyi örənə bilərsiniz. Onlar haqda geniş danışmıram.

Timeline da yerləşdirdiyiniz effektləri test monitorunda görmək üçün alt düyməsini basaraq sürüşdürmə etməlisiniz. Yəni normal sağa- sola çəkərək effekləri görə biləməyəcəksiniz. Yalnız Render etdikdə görsənəcəkdir.
Yandakı isə effect pəncərəsidir. Gördüyünüz kimi bir pəncərədə 3 bölmə yerləşir. Transitions, Video, Audio .
Transitions bayaq dediyim kimi timelind pəncərəsində a dan b yə keçid effectini təmin edir. Pinacle effectlərindən də istifadə edə bilərsiniz. Pinacle effectlərini əlavə yükləməlisiniz, premier ilə birlikdə gəlməz.
Video bölməsində isə videonun üzərində effect vermək üçündür. Yəni Transitionsdan fərqli olaraq onun üçün ayrılmış bölmə yoxdur, o timeline da yerləşdirilimiş videoların üzərinə daxil edilir.
Audio isə eyni video kimi xüsusiyyətə malikdir, lakin video yox səs effeklərini dəyişdiri .
Effect Control bölməsi isə seçilmiş və yeni daxil etdiyiniz effectin paramterlərini dəyişdirmək üçündür. Effecti daxil etdiyiniz anda effectin paramterləri burada görsənəcəkdir. Bir neçə effect daxil etdikdə son effectin paramterlərini görə biləcəksiniz. Yandakı scroll vastəsilə digər paramterləri görə bilərsiniz. İlk daxil edilən effect ən yuxarıda yerləşir. Hər hansı videoya verilmiş effekti dəyişdirmək üçün isə timline -dan həmin videonu seçməyiniz kifayətdir. Həmin videonun effetləri burda görsənəcəkdir.

Hazırlanmış işləri video fayl olaraq saxlamaq üçün File - Export Timeline - Movie seçməlisiniz. Açılan pəncərədən saxlanılacağı yeri və faylın adını daxil edərək Save düyməsini basmalısınız.


  Paylaş      



VEGA - SUBHI
08.01.2012 11:43
MENCE FEXR ETMLEK LAZIMDIR KI AZERBAYCANIN BELE SAVATLI OGLANLARI VAR ! EZIYET CEKIB BU ISLERE TEBI KI COX CETIN BILIKLERE SAHIB OLUB . VE BEZI INSANLAR VAR KI OYRENDIKLERINI KIME SE OYRETMIRLER MENCE BU TEREFDEN BAXANDA , BILDIYINI OYREDIR VIRTUAL YOLLA YENE DE MINETDARAM OZ ADIMDAN .
AzGraf
11.11.2011 20:20
Heç bir proqram iqruşka deyil. Sən hər üç proqramıda bilsən onda bilərsən hər üç proqramın nələri mövcuddur. Hər birinin ayrıca bir istifadə rahatlığı var. 3d max isə ümumiyyətcə after effect və premierə heç dəxli yoxdur...
xayal aqayev
11.11.2011 19:07
salam bu adobe primer artiq iqruwkadi indi hal hazirda bunlar irelidi 3d max ve Aftar effekt
elnare
10.03.2011 13:34
nece yuklenir bu
Tural, Esgerov
24.02.2011 15:42
Salam.Cox teshekkur edirem.Eziyyet cekmisiniz.Allah evezini versin inshallah
Mushfig
30.01.2011 02:10
Salam! Bele dersliklerin azerice olmasi meni sevindirir. Yeqin ki, bu ishi axira kimi davam etdireceksiniz. Zehmet chekdiyinize gore size teshekkur edirem!
zahir
21.08.2010 22:41
Salam men bu proqrami nece yukleyim?
AzGraf
24.04.2010 14:20
Orxan bəy nəyi yüklmək istiyirsiz? Proqramı? adobe.com saytından demo versiyasını əldə edə bilərsiniz.
ORXAN ELIYEV
24.04.2010 01:13
nece yukleyim

   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!