MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...0192 
   www.azresce.com2978 
   www.evalin.az4195 
   www.novruzov.net4488 
   www.azgraf.net/mocuzeler5155 
   videoders.azersayt.com5142 
   www.mado.az5931 
   www.artdeco.az4466 
   www.cv-az.com7043 
   www.fakto.info5234 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000731
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470
 Microsoft Office     
Professional mətn redaktoru olan MS Word proqramı haqqında geniş məlumat.

Tarix:        21.06.2009
Oxunub:   9665        
Müəllif:     
Azersoft.com   



Paylaş

Çap et        Şərh yaz

 Word proqramı ilə işə başlanması.

Kompyuteri işə saldıqdan sonra Windows əməliyyat sistemi yüklənir. Windows yüklənəndən sonra Word proqramını işə salmaq üçün Start düyməsi basılır və Programs menyusundan Microsoft Word seçilir.

Proqramın iş sahəsinə nəzər yetirək. Notepad proqramından fərqli bir neçə xüsusiyyətləri olmağına baxmayaraq, hər iki proqram eyni məqsəd üçün- mətn yaratmaq üçün- istifadə edildikdən görünüşü təxminən eynidir. Yəni Notepad proqramı kimi Word proqramının əsas hissələri mətn daxil edilən ərazi və menyulardı. Menyulardan əlavə pəncərədə alətlər düymələri də mövcuddur. Bu düymələr əsasən menyularda olan əməliyyatları daha rahat işə salmaq üçün istifadə olunur.Mətn hissəsinin görünüşü müxtəlif ola bilər. Ən çox istifadə olunan variantlara baxaq.

1. Normal rejim. Yalnız daxil etdiyiniz mətni göstərir, səhifə kanarlarını görmək olmur. Bu rejim View menyusunda yerləşən Normal sətri ilə aktivləşdirilə bilər.

2. Səhifə rejimi. Ən rahat rejim, istifadə üçün məsləhət görünür. Xətkeş, səhifələr, səhifə kanarları, sütünlar və s. elementlər daxil etdiyiniz mətn ilə bərabər çap olunduqda sənədin necə görunəcəyi ilə eynidir. Bu rejim View menyusunda yerləşən Page Layout sətri ilə aktivləşdirilə bilər.

Notepad proqramından fərqli olaraq Word proqramının daxilində eyni zamanda bir neçə sənəd e'mal oluna bilər. Bunu yoxlamaq üçün, gəlin bir yeni sənəd yaradıb, onun üzərində məşq edək. Yeni sənədi yaratmaq üçün alətlərlərdən birini New düyməsini istifadə edək.

Yeni sənəd yarandıqdan sonra, əvvəlki sənədə bir neçə usul ilə qayıtmaq olar, bundan əlavə hər iki sənədi eyni zamanda ekranda görmək və asanlıqla işləmək olar.

Bir sənəddən başqasına keçmək üçün Window menyusu istifadə olunur. Həmin menyunun aşağı hissəsində olan sənədlər siyahısından lazım olan sənəd adı seçilir, hər hansı bir sənəd yaddaşa verilməyibsə sənədin adı əvəzinə Document1 və s. kimi adlar istifadə olunur.

Bir neçə sənəd ilə işləmək üçün sənədlərin yerləşdiyi pəncərələrin başlığında olan düymələrdən də istifadə etmək olar. Wordun pəncərəsində proqram pəncərəsi üçün istifadə olunan Close, Minimize və Maximize düymələri ilə bərabər hər sənədin pəncərəsi üçün eyni düymələr də var. Məsələn, Word proqramını bağlamaq lazım olarsa yuxarıdakı x düyməsi istifadə olunur, aktiv sənədi bağlamaq üçün isə aşağıdakı düymə istifadə olunmalıdır.

Bu düymələrdən istifadə edərək, və sənədlərin yerləşdiyi pəncərələrin ölçülərini dəyişərək şəkildə göstərilmiş sənədlər yerləşməsini əldə etmək olar. Bu əməliyyatları avtomatik olaraq Window menyusunda yerləşən Arrange All sətri ilə yerinə yetirmək olar.

Word proqramının Notepad'dan olan fərqlərindən biri müxtəlif dillərdən istifadə etmək imkanıdı. Yəni ingilis dilindən əlavə rus və Azərbaycan dillərindəndə istifadə etmək olar. Bunu etmək üçün klaviaturanın dil rejimini dəyişmək olar. Bunu etmək üçün Start zolağının sağında yerləşən indikatordan və ya klaviaturada Ctrl+Shift (b'əzi sistemlərdə Alt+Shift) düymələrindən istifadə etmək olar.

Mətnin Seçilməsi

Hər hansı bir əməliyyat edəndə kompyuter əməliyyatı mətnin seçilmiş hissəsinə tətbiq edir. Məs. bir sözü seçmək üçün göstəricini sözün əvvəlinə qoyub düyməni basılı saxlayaraq sözün axırına gətirmək lazımdı. Seçilmiş söz qaralır, və məs. Delete düyməsi basılsa dərhal silinir.
Nümunə: seçilmiş mətn

Mətn seçilmə qaydaları.
Mətn elementinin adı Əməliyyat

Klaviatura ilə

Bir neçə hərf Göstəricini əvvələ qoyub düyməni basılı saxlayaraq axıra gətirmək. Shift+ ox işarəsi olan düymələrdən biri
Bir söz Sözün üzərində iki dəfə düymə basılır. Ctrl+Shift+ ox işarəsi olan düymələrdən biri
Sətir Göstəricini sətrin əvvəlinə qoyub düyməni basın.

Shift+Home və
ya Shift+End

Abzas Abzasın əvvəlində iki dəfə düymə basılır. -
Bütün mətn Edit menyusundan Select All seçilir. Ctrl+"A"
Seçkidən imtina
etmək üçün
Mətnin üzərində
düymə basılır.
Ox işarəsi olan düymələrdən biri
Mətni seçdidən sonra, klaviaturadan hər hansı bir işarə daxil olunsa seçilmiş mətn silinir və həmin işarə ilə əvəz olunur. Seçilmiş mətni silmək üçün Delete və ya Backspace düymələri istifadə olunur.


  Paylaş      



sara
12.06.2010 14:13
cox yaxışdırArdı varmı?
gunay bagirova
07.05.2010 14:21
maraqli melumat idi twk/

   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!