Shine- Plugini filmlərdə və reklam logolarında yazıların üzərindən
işıq effectini keçirmək üçün istifadə olunur. 3D Maxdakı Volume Lighta oxşayır.
Bu dərsimizdə shine plugininin nece istifadə ediləcəyini və nə
iş gördüyünü öyrəcənəksiniz. Dərs başlanmazdan əvvəl onuda deyim ki, shine pluginini
After Effect içindən hazır şəkildə tapa bilməyəcəksiniz. Əlavə yüklənən bir plugindir.
Pluginin demo versiyasını rəsmi saytından ala bilərsiniz. ( http://www.trapcode.com )
1.İlk olaraq After Effect proqramını açın və sol tərəfdəki pəncərədən Create
a New Compositiion ikonuna daxil olun .
2. Qarşıya çıxan pəncərədən parametrləri istəyinizə görə dəyişdirin. After Effectin
Giriş dərsini saytdan oxumuş olmalısınız. Yoxsa bu dərsi başa çatdırmaqda çətinlik
çəkə bilərsiniz.

3-Sonra istifadə edəcəyimiz faylı seçək.

4. Artıq hərəkətləndirməyə (amination) bölməsinə keçə bilərik. Seçdiyimiz faylı
mausun köməkliyi ilə layer bölməsinə aparırıq.

5. Sonra faylı seçərəkl Effect menyusundan Trapcode- Shine
seçirik.

6. Shine ilk seçdiyimizdə şəkilin qarışdığını görəcəksiniz. Görsənməsini təmin etmək
üçün effect control panelindən transfer mod - Add
olaraq dəyişdiririk. Aşağıdakı şəkildən baxın. Sonra o seçimləri özünüz dəyişdirərək
hansının nə iş gördüyünü yoxlaya bilərsiniz )

7. Sonra Colorize bölümünə gəlirik və bu bölmədən colorize
-5 - color gradient seçirik. Onun altından hazır effectlərdəndə seçə
bilərsiniz. Biz 5 color seçdiyimiz üçün effectimizdən 5 ayrı rəng çıxarda biləcəyik
.

8. Son olaraq sıra gəldi işıq animasiyasının hərəkətinə . Ancaq əvvəlcə shine plugininin
içindəki digər özəlliklərindən danışmalıyam ki, animasiyanı səhvsiz həyata keçirə
biləsiniz. Ray Length: İşığın uzunluğunu dəyişdirər. Boost
Light: İşığın qüvvəsini dəyişdirir. Shimmer: İşığa
müxtəlif titrəşimlər vermək üçündür. Yazdığım bu üç parametrlər ilə çox gözəl səhnələr
hazırlaya bilərsiniz. İşığa animasiya vermək üçün isə Source Point-dən
istifadə edəcəyik.
Ancaq diqqət edəcəyiniz bir yer var ki, source pointin sol tərəfindəki
ikonu basmalısınız. Onu basdığınız anda yeni key frames yaranacaq.
Yəni animasiyanın ilk nöqtəsi müəyyənləşdiriləcək. Həmin ikon bütün parametrlərdə
eynidir. Yəni isdəyiniz bir effektə o şəkildə hərəkət verə bilərsiniz.
- Hər sey hazır olduğuna görə animasiya verə bilərik. Saniyə 0 da ikən 1 nömrəli
bölməyə -50 yazın. Daha sonra animasiya çubuğunu 10 saniyəyə gətirin
( istəsəniz çox və az da edə bilərsiniz) və -50 etdiyimiz bölməni
500 olaraq dəyişdirin. Mənfi müsbət olduğuna diqqət edin. Artıq
hazırdır. File - Export - Avi bölməsindən animasiyanı .AVİ tipi
ilə saxlayaraq baxa bilərsiniz. Bu dərsi asan şəkildə başa saldım.
Bu qədər. Ümüd edirəm ki, nə isə öyrənə bildiniz. Unutmayın: "Proqramı əsas
öyrənəmək yox yaradmaqdır".
|