MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...0192 
   www.azresce.com2978 
   www.evalin.az4195 
   www.novruzov.net4488 
   www.azgraf.net/mocuzeler5155 
   videoders.azersayt.com5142 
   www.mado.az5931 
   www.artdeco.az4466 
   www.cv-az.com7043 
   www.fakto.info5234 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000731
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470
 Flash / Action Script     
Bir çoxlarımız divar kağızı olaraq şəkillərdən istifadə edirik, lakin flash ilə şəkil yerinə hərrəkətli görünüşlərdə əldə etmək mümkündür.

Tarix:        21.06.2009
Oxunub:   6911        
Müəllif:     
Emin Novruzov   



Paylaş

Çap et        Şərh yaz

 Flash ilə divar kağızı.


Yəqinki bir çoxlarımız DivarKağıvı dedikdə nəyi nəzərdə tutduğumu bildi. Divar kağızı olaraq indiyəcən jpg, gif kimi şəkil tiplərindən istifadə edərək şəkillər yerləşdirdik.Keçənlərdə bəzi yollardan divar kağızına hərəkətli flash faylları yerləşdirmək üçün test etdim. Nəticə çox effektivli alındı.Bunun üçün də bu əməliyyatı dərs olaraq hazırlarıb sizlərlə bölüşürəm. Hesab edirəm bir çox istifadəçi bu işə çox təcüblənəcəkdir.
- Nümunə üçün biz arxa fon olaraq hazır flash ilə düzəldilmiş saat yerləşdirəcəyik. Bunu üçün flash faylını .swf tipi olaraq saxlayacaq və onu html içinə çağıraraq divarkağızı olaraq yerləşdirəcəyik. Lakin html içərisindəki flash faylını transparent etməyimiz də vacibdir. Çox danışmadan dərs keçirəm:








CTRL+j düymələrinin köməyilə sağ tərəfdəki pəncərəni ekrana gətirin. Buradan siz kompüterinizin ekranı böyüklükdə flash səhnəsi yaratmalısınız. Sizin ekranın ölçüsünü bilmək üçün isə deskopda sağ düymə ilə Properties, ordanda setting bölməsinə gedərək aşağıdan ölçünü görə bilərsiniz. Əksər kompüter 1024-768 olur. Əgər sizdə aşağı və ya yuxarıdırsa flash içindən də sizin sistemin ölçülərində flash səhnəsinin böyüklüyünü seçin. Fon rəngi isə qara seçin. Yada hər hansı tünd rəng.




Flash səhnəsinin zoom dəyərini 65 edərək rahat işləyə bilərsiniz. Sonra isə səhifənin istdyiniz bölgəsinə hər hansı saat objektinizi yerləşdirin. Saat objektini əvvəlcədən hazır şəkildə başqa bir flash səhifəsində açaraq Movies Clip edin. Əgər hər hansı hazır saat tapmazsanız qısa şəkildə saat digital saat hazırlamaq üüçün sağdakı kodlardan istifadə edə bilərsiniz.
Kodları yazmazdan əvvəl bu ardıcıllığı edin: İlk olaraq ekrana bir dənə text box yerləşdirin. Sonra alt hissəsində ki, veriables bölməsindən text-in adını saat olaraq daxil edin. Sonra text box üzərində F8 düyməsini sıxın, açılan pəncərədən movies clip seçərək ok verin. Həmin movies clipin üzərində mausun sağ düyməsini sıxın və action daxil olun. Action Script pəncərəsi açılacaqdır. Action Script olaraq yandakı kodları yazın. Sonra geri qayıdaraq bu saat movies klibini səhifənin münasib yerinə yerləşdirin.

İndi Flash içərisində CTRL+Shift+F12 düymələrini sıxaraq Publish Setting pəncərəsini açırıq. Yandakı kimi yalnız flashhtml-i işarələyərək ok veririk. Standart olaraq onlar işarəli olmalıdır. Sonra File >> Save as daxil olaraq .fla faylını istədiyiniz bir yerə saxlayın. Saxladıqdan sonra Shift + F12 düymələri ilə publish edin. Artıq flasla işlərimiz qurtardı. İndi Flashi bağlayın və save etdiyiniz yerə gedin. Orda bir swf birdə html faylı olmalıdır. İndi html səhifəsinin üzərində sağ düymə sıxaraq onu "Open With" ilə Notepad içində açın. Nə demək sitədiyim yəqin ki, aydındır. Onu normal açdığınızda İnternet Explorer də açacaqdır, bizə onun html kodlarını dəyişmək hazır olduğu üçün notepad-də açırıq. Notepad yerinə hər hansı text rəhbəri proqramıda ola bilər. Note pad açdıqdan sonra aşağı hissələrdə
<embed src="sizinfayl.swf"
şəklində başlayan cümləni tapın və ilk < işərasindən əvvələ:
<param name="wmode" value="transparent"/>
cümləsini əlavə edin. Bu şəkildə olmalıdır:
<param name="wmode" value="transparent"/>
<embed src="sizinfayl.swf"

İkinci cümlənin davamı mövcuddur. Ona əl vurmayın. Pəncərəni yadda saxlayaraq bağlayın. Bu əməliyyatı flash daxilində də etmək mümkündür. Lakin flash-in köhnə versiyaarında bu xüsusiyyət olmadığı üçün işi qarantiyə aldım.



 


Nəhayət hazırladığınız bu sistemi divarkağızı olaraq seçə bilərik. Bunu üçün Desktop-da düymə ilə ekranın Properties bölməsinə daxil oldun. Ordan da Desktop bölməsinə gedin. Sağ tərəfdən Browse ilə bayaqkı html faylını taparaq onu çağırın. Html Swf faylları bir yerdə olmalıdırlar. Çağırdıqdan sonra Background bölməsində həmin html faylı seçilmiş vəziyyətdə olmalıdır. Sağ şəkildən də gördüyünüz kimi. OK düyməsini basaraq saatı ekran da görə bilərsiniz.

Dərsin .FLA (Flash) faylını yükləmək üçün daxil olun.



  Paylaş      



adx
15.06.2011 19:25
tsk
hemid
12.03.2011 19:10
baki
Miri376
14.06.2010 12:09
əla dərsdi təşəkkürlər

   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!