MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...0369 
   www.azresce.com3163 
   www.evalin.az4267 
   www.novruzov.net4545 
   www.azgraf.net/mocuzeler5274 
   videoders.azersayt.com5269 
   www.mado.az6010 
   www.artdeco.az4544 
   www.cv-az.com7163 
   www.fakto.info5317 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000732
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470
 Digər dərslər...     
DreamWeaver proqramı internet səhifələrinin hazırlanmasında professional bir proqramdır. Proqramın əsas panelləri və bəzi incəliklərini öyrənək.

Tarix:        21.06.2009
Oxunub:   6194        
Müəllif:     
Emin Novruzov   



Paylaş

Çap et        Şərh yaz

 Dreamweaver proqramı ilə işə başlanması.

Bu dərsimizdə Dreamweaver proqramına ilk anlayışı öyrənəcəyik. Dreamweaver proqramı hal-hazırdakı ən çox istifadə edilən web-dizayn proqramıdır ki, bundan başqa Namo, Frontpage v.s. kimi bənzəri proqramlarda mövcuddur. Proqramı öyrənmək o qədərdə çətin olmasada bəzi incəliklərini öyrənmək sizi yora bilər., Bunlarıda öyrənmək üçün günlərlə işləməlisiniz. Dreamweaver proqramını bilməklə siz saytların dizayn formalarını hazırlaya biləcəksiniz. Digər qrafiki işlər, şablonlar, şəkillər v.s kimi əməliyyatları həyata keçirmək üçün mütləq hərhansı qrafik proqramınıda bilməlisiniz. Bu proqramlardan da ən çox istifadə edilən photoShop proqramını sizə məsləhət görə bilərəm. Hansı ki, bu proqrama dair saytımızda bir çox dərs mövcuddur. Bundan başqada səhifələrin proqramlaşdırılması və yüksək səviyyəyə hazırlanması üçün veb-proqramlaşdırma dillərindən birini bilməlisiniz. Buna Asp və Php göstərmək olar. Dərsimiz də qeyd etdiyim kimi sadəcə proqramın giriş hissəini başa salmışam. Kodlaşdırma, layihələndirmə işlərinə dair digər (asp, htm, javascript v.s kimi) dillərdən istifadə etməlisiniz.

- İlk olaraq proqramın əsas üz hissəni tanıyaq. Şəkildə də gördüyünüz kimi bir çox proqram kimi Dreamweaver proqramıda əsas 4 hissədən ibarətdir. Menyu sətri, alətlər paneli, dəyişikliklər paneli dizayn ekranı. Burda ən çox istifadə edəcəyiniz panel dəyişikliklər (properties) panelidir. Bu panel seçilmiş hər hansı objektə (şəkil, yazı, cədvəl v.s) görə dəyişir və həmin objektə münasib parametrlər göstərir.


- Əgər MS Word proqramını ilə bir az tanışlığınız varsa proqramın bir çox bölməsi sizi sizə tanış gələcəkdir. Yazı dəyişiklikləri, şəkil dəyişiklikləri v.s kimi bir çox əməliyyat digər bir çox proqramdakı kimi eyni əməliyyatlar nəticəsində həyata keçirilir. Səhifənin ən üst hissəsindəki title yazan bölmə səhifənin başlığını daxil edirik. Dizayn ekranında səhifənin dizayn əməliyyatlarını həyata keçiririk. Ekranın üst hissəsində Code bölməsi var ki, hansıkı bu bölmədə hazırladığınız səhifənin html kodlarını aça bilərsiniz.

Proqram da hər hansı paneli görməzsəniz bunu Window menyusundan çağıra bilərsiniz. Bütün pəncərələr və panellər Window menyusundan aktiv - passiv edilir.







Digər qarşılaşdığımız problemlərdən əsasıda latın hərflərindən istifadə etməkdir. Bunu Edit – Preferences (kısa yol Ctrl + U) bölməsindən həyata keçirə bilərsiniz. Preferences bölməsində nəyinki font əməliyyatları, bir çox dəyişiklikləri ordan həyata keçirmək mümkündür.



Bu problemləridə həll etdikdən sonra sıra gəldi sadə bir web-səhifədə əsas lazım olan əməliyyatlara. Bu iş üçün ilk olaraq səhifəmizin baş yazılarını müəyyən etməliyik. Məsələn "Xoş gəlmisiniz" ola bilər. Yazını yazdıqdan sonra dəyişikliklər panelindən yazının fontunu, rəngini, böyüklüyünü və bir çox prosedurlarını dəyişdirə bilərsiniz. Dəyişiklik etməmişdən əvvəl yazını seçməyi unutmayın.

Səhifənizin arxa fon rəngini dəyişdirmək üçün isə şəkildə göstərilən yerə gedirik. Standart rəng ağdır. Bunun üçün səhifənin dəyişiklikləri bölməsində getməliyik. Dəyişikliklər bölməsinə getmək üçün səhifənin hər hansı hissəsində sağ düymə ilə Page Properties seçmək, ya menyudan Modify > Page Properties yada ki, qısa yol olaraq Ctrl+J düymələrini sıxmaq lazımdır. Açılan pəncərədə fon rəngi dəyişdirməklə yanaşı bir çox əməliyyatı edə bilərsiniz. Saytda istifadə olunan link rəngləri, text rənglərini dəyişdirmək kimi. Fon rəngini dəyişdirərək pəncərədən OK basın.

Səhifədə şəkil yerləşdirmək üçün bir çox yol mövcudddur. Ən rahat yolu aşağlda qeyd etmişəm. Sayta hər hansı kənar objekt daxil etməzdən əvvəl mütləq səhifəni saxlamalısınız. Səhifədə çağıracağınız şəkil isə saxladığınız qovluqla bir yerdə olmalıdır. Əks təqdirdə internetdə şəkili görmə imkanınız olmayacaqdır.

Ekrana şəkili gətirmək üçün ilk olaraq alətlər panelindən yandakı kimi İnsert İmages sıxırıq. Aşağıdakı kimi bir pəncərə açılacaqdır. Pəncərənin köməklyilə sərt diskinizdən istədiyiniz bir şəkil formatını seçərək Select sıxın.



Şəkli daxil etdikdən sonra mausun köməkliyi ilə şəklin üzərində bir dəfə sıxaraq onu seçib və Properties (dəyişikliklər) panelindən ona məxsus olan parametrləri dəyişdirə bilərsiniz.
Burada:
Border - şəklin kənar xətti,
Alt – şəklin üzərində 1 saniyə durduqda çıxacaq açıqlama,
Link- bölməsindən isə şəklin üzərində sıxdıqda yönlənəcək adresi.




  Paylaş      



   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!