MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...0297 
   www.azresce.com3137 
   www.evalin.az4240 
   www.novruzov.net4527 
   www.azgraf.net/mocuzeler5252 
   videoders.azersayt.com5206 
   www.mado.az5989 
   www.artdeco.az4524 
   www.cv-az.com7121 
   www.fakto.info5287 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000732
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470
 Flash / Action Script     
Flash ilə sadə bir veb saytın hazırlanması və hazırlanma prosesindən əsas dəyişdiriləsi parametrlər haqqında geniş məlumat.

Tarix:        21.06.2009
Oxunub:   6393        
Müəllif:     
Emin Novruzov   



Paylaş

Çap et        Şərh yaz

 Flash ilə veb sayt.

Flash ilə veb saytlar hazırlamaq üçün bir çox yoldan istifadə etmək mümkündür. Ola bilsin bütün sayt ancaq flash daxilində hazırlancaq, ola bilsin ki, müəyyən bir hissəsi flash, digər hissəsi isə htm olacaq. Dərsimiz də bütün saytı flash ilə hazırlamaq üçün lazım olan paramterlər və incəliklər haqqında məlumat alacaq və loading (yüklənir) sistemi öyrənəcəksiniz.
- Dərsdən istifadə edə bilmək üçün flash ilə aşağı səviyyədə tanışlığınız kifayətdir. İlk olaraq flash proqramını açaraq yeni bir səhifə yaradın. Daha sonra ekranın boş bir hissəsin də sağ düymə ilə dəyişkliklər edə biləcəyimiz pəncərəni açın (Documents Properties). Yandakı şəkildə həmin pəncərəni görürsünüz. Pəncərədən Dimensions: 758 x 400 px olaraq dəyişdirin. Bu səhifənin böyüklüyüdür. Bunu daha çox daxil etmək səhifənin yüklənməsində ağırlıq yarada bilər. Sonra fon rəngini seçin və Frame rate olaraq da 25 daxil edin. Frame rate flash də 1 saniyədə keçən kadr sayını göstərir. Bunu daha aşağı yazarsanız səhifədə canlılıq hiss olunmayacaqdır. Ok ilə səhifəni dəyişdirin.
Ardından səhifənizi hazırlayın və səhifənin orta hissələrinə hər hans bi şəkili File > İmport ederək yerləşdirin. Sadə bir səhifə hazırladıqdan sonra indi saytın yüklənməsini təmin edən bir səhnə yaradaq. Bunun üçün menyudan Window > Other > Scene əmri ilə səhnələr pəncərəsini ekrana gətirin. Bu pəncərə də bir ədəd səhnə mövcuddur. İndi yeni bir səhnə əlavə edərək yeni əlavə edilmiş səhnəni yuxarıya sürüşdürün. Sonra birinci səhnənin adını "load" digərinin adını isə "index" olaraq dəyişdirin. Dəyişdirdikdən sonra ilk load səhnəsini seçin. Bu səhnə yeni yaradılmış səhnə olmalıdır, yəni içərisi tamamilə boş olmalıdır. İndi səhnədə 2 layer yaradın. İlk layeri seçin və Action Script (F9) olaraq:

ifFrameLoaded ("index",1){
gotoAndStop("index",1);
}

kodlarını daxil edin. Sonra üst layerdə yeni bir freym yaradın və ikinci freymə də

gotoAndPlay(1);


əmrlərini yazın. Bundan sonra digər layeri seçin və səhnəyə istədiyiniz bir effectlər "Yüklənir ... " text yerləşdirin. Artıq səhifə açıldığında bütün flash yüklənənədək bu freymdə gözləniləcək. Sonra digər ikinci səhnəyə gedərək (index) onun da ilk freyminə mütləq stop(); əmrlərini daxil etməlisiniz. Burda diqqət edəcəyiniz bir nöqtə var ki, buda aşağıdakı freym əmrindəki səhifənin hara kimi yüklənməsidir. Aşağıdakı əmrdə fikir verərsəniz bir əmr verdik ki, əgər index səhifəsinin ilk 1-ci freymi yüklənərsə onda index səhifənin ilk birinci freyminə get. Əgər index səhifəsin də freymlər daha da çox olarsa bu zaman ifreym dəki əmrdə ən axırıncı freymin nömrəsini bura yazmalısınız. Yüklədikdən sonra hara gedəcəyini də özünüz müəyyənləşdirin.


Yuxarıdakı bütün dəyişikliklərin nəticəsini görmək üçün Ctrl + Enter düymələrini birgə basın. Səhifənin internetdə yerləşdirdikdən sonra necə yüklənməsini görmək üçün isə şəkildə göstərilən kimi internetin sürətinə uyğun yüklənmə parametrini seçin, və yenidən Ctrl+Enter basaraq yüklənməni görə bilərsiniz. 56 kb/s sürəti ilə yüklənmə prosesini normal görə bilərsiniz.
Bütün bu əməliyyatların nəticəsi olaraq artıq səhifəni htm tipinə çevirməliyik. Bunun üçün File menyusundan Publish Settings (Ctrl + Shift + F12) seçməlisiniz.
Publish Settings əmrini seçdikdən sonra yandakı kimi bir pəncərə ilə qarşılaşacaqsınız. Pəncərə də flash ilə hazırladığınız layihələri müxtəlif tiplərdə saxlanılması üçün lazım olan seçimləri görürsünüz. Biz bur da HTMLFlash tiplərini seçməliyik. Qarşılarındakı qovluq düyməsi ilə saxlanılacaq hədəfi göstərə bilərsiniz. Bu hədəf standart olaraq sizin ilk açdığınız flash faaylının saxlanıldığı yerdə yerləşməkdədir. Bura da HTML faylı internet səhifədə istifadə edəcəyimiz göstəricidir, digər flash (.swf) faylı isə HTML faylının içərisinə çağrılan əsas səhifəmizdir. Hər ikisi də eyni qovluq daxilində yerləşməlidir, əgər hər hansının yeri dəyişdiriərsə bu zaman HTML faylının içərisinə daxil olaraq (notepad v.s hər hansı mətn redaktoru ilə) flash faylının çağrıldığı hədəf yeri də dəyişdirilməlidir.

İndi bu saxlayacağımız bu iki faylı paramterlərini düzəldək. Bunu üçün hər iki fayla da nişan qoyduqdan sonra yuxarı hissədə açılmış Flash və HTML bölmələrinə getməliyik.
İlk olaraq flash (.swf) faylını parametlərini düzəldək. Veb sayt üçün istifadə edildikdə bu bölmədə dəyişiklik etmək vacib deyildir. Yenə də qısa olaraq məlumatlandırım:

- Birinci bölmə flash faylnın versiyasını müəyyən etmək üçündür. Eyni zaman da falsh daxilində ki, ActionScript dilinin versiyasını burdan dəyişdirmək mümkündür. Bunu etməyə ehtiyac yoxdur.
- İkinci bölmə:

Generate size report: Bu nişan qoyulduq da hərəkətləndirmə də istifadə edilən bütün əməliyyatlar saxlanılmış faylın yanına .txt faylı olaraq raport verilir.
Protect from import: Hazırladığınız flash faylını başqa istifadəçilər tərəfindən import edilərək oğurlanmasının qarşısını (şifrə yolu ilə) alır. Lakin bəzi proqramlar vastəsiə bu şifrələri qırmaq mümkündür.
Omit Trace actions: Vacib deyil !

Debugging permited: Swf faylın da sağ düyməni basdıq da çıxan menyuda debuggerin aktif olub olmamasını təmin edir. Qutunu nişanladıqdan sonra aşğıda açılmış hissəyə şifrəni yazın.
Compress Movie: Swf faylını sıxmaq üçün istifadə edilir. Bəzən bu sıxma əməliyyatı 30% qədər çata bilir. Mütləq qoyulmalıdır. Hələ veb sayt üçün istifadə ediriksə flash faylını bunun qoyulmaması yuxarı həcmli səhifələrə gətirib çıxara bilər.




 

Template: Standart dəyər Flash Only-dir.

Dimensions: Bu isə səhifənin HTML içərisindəki həcmini müəyyənləşdirir. Veb saytlar üçün istifadə edildikdə bu bölmə çox vacibdir. Bur da Match Movie hazırladığınız flash faylının həcmi qədər verilməkdədir. Bunu nəticəsində alt bölmədə ki, ölçü qutuları passiv edilir. Pixel seçərək də bu ölçüləri istəyinizə görə dəyişdirə bilərsiniz. Percent seçimi veb saytlar üçün çox istifadə edilən əmrlərdəndir. Bunu seçdikdə aşağı hissədəki ölçü qutularında 100 - 100 olaraq dəyişdiyini görəcəksiniz. Burada 100 -100 dəyərləri ekranın eninə və hündürlüyünə sərff olunacaq % faiz nəzərdə tutulur. Yəni İnternet Explorer də səhifə bacardığı qədər genişlənəcək və əgər pəncərənin ölçülərini dəyişdirilərsə bu genişlikdə ona görə avtomatik olaraq tənzimlənəcəkdir. Lakin diqqət etməlisiniz ki, bu genişlik səhifə ilə yanaşı səhifədə itifadə edilən şəkillərədə təsir göstərəcəkdir. Yəni ortada yerləşdirilmiş bir .gif şəkili səhifə böyüdükdə effektsiz dərəcəyə çata bilər.

Playback: Şəxsi istəklər üçün istifadə edilən funksiyalardır. Paused at start faylın açılışın da durmasını təmin edir. Loop isə baş vermiş hərəkətlənmənin təkrarlanması üçündür. Display menu bu isə flash faylının üzərində basıldıq da açılacaq menyunun olun, olmamasını müəyyənləşdirmək üçündür. Veb saytlar da götürülməsi daha məqsədə uyğundur. Lakin SettingAbout Macromedia Flash əmrlərini çıxmaqla. Device font isə flash içərisində istifadə edilən yazı fontlarından hər hansının olmaması nəticəsində, Windowsun yazı fontlarından birinin istifadə edilməsini təmin edir.

Quality: Ümumi flash faylının görünüşünün təmizliyini təmin etməkdədir. Standart seçim High (əla) olmalıdır.

Window Mode: Bu isə flash faylının pəncərə modunu seçmək üçündür.

HTML Alignment: HTML içərisində flash faylının yerləşmə formasını müəyyən edir.

Digər iki əmr standart qalmalıdır.

Show Warning Messages: Bu isə HTML kodlarında baş vermiş hər hansı xətanı ekrana verilib, verilməməsini müəyyənləşdirr.



  Paylaş      



Mehman Seferov
07.09.2010 21:23
Teshekkurler!
TerlaN
19.07.2009 20:47
ELAAAAAAAAAAA

   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!