MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...1366 
   www.azresce.com3546 
   www.evalin.az4614 
   www.novruzov.net4829 
   www.azgraf.net/mocuzeler5659 
   videoders.azersayt.com5991 
   www.mado.az6401 
   www.artdeco.az4991 
   www.cv-az.com7723 
   www.fakto.info5721 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000732
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470
 Microsoft Windows     
Windows XP əməliyyat sistemi haqqında qısa giriş məlumatları. Əsas fayllar, qovluq yaradılması, silinməsi, adının dəyişdirilməsi v.s kimi bir çox nümunələri dərsdən tapa bilərsiniz.

Tarix:        21.06.2009
Oxunub:   8549        
Müəllif:     
Rahib İmamquliyev   



Paylaş

Çap et        Şərh yaz

 Windows XP əməliyyat sistemi.



Kompüterin Əsas qurğuları

  1. Sistem bloku- Burada Kompüterin daimi və xarici yaddaş diskləri yerləşir (yəni kompüterin beyni)
  2. Monitor- İnformasiyanı Sistem blokundan götürərək açıq şəkildə emal edir
  3. Klaviatura- Mətinlərin çap edilməsi və komandaların daxil edilməsi
  4. Mouse (Mişka)-Klaviaturanın köməkçi qurğusu

Əlavə qurğular

  1. Printer-Görülmüş işi kağız üzərində çap edir
  2. Scainer-Şəkillərin kompüterə köçrülməsi
  3. Kolonkalar-Səs qurğuları
    V.S

Kompüterin ekranında daimi və silinməsi qadağan olan işarələr aşağıdakılardır

  1. My Documents- Yaddaşa verilmiş sənədlər adətən burada yerləşir
  2. My Computer- Sistem blokunun daxilindəki, diskləri və disketi buradan aça bilərik
  3. Recycle Bin - Kompüterdə müvəqqəti silinmiş sənədlər burada yerləşir.
  4. İnternet Explorer -. Müxtəlif informasiyaların digər sahələrə göndərilməsi və qəbul edilməsi (əlaqə)

Ekranın xüsusiyyətləri

Bunun üçün ekranın boş sahəsində mişkanın sağ düyməsini sıxıb Properties əmrini seçdikdə aşağıdakılar açılır

  1. Themes- Seçilmiş görünüşü burada yaddaşa verə bilər və ya bütün görünüşü dəyişdirə bilərik. (stilər, rənglər, text öıçüləri v.s)
  2. Desktop- Ekranın şəklini və rəngini dəyişir. Burada Browse əmri vasitəsi ilə ekrana əlavə şəkillər gətirə bilərik
  3. Screen Saver- Kompüterlə müvəqqəti işləmədikdə ekrana fasilə qoyur. Burada aşağıdakı Screen Saver sahəsində fasilə vaxtı çıxan obyekti seçə bilərik. Fasilə vaxtına ad yazmaq üçün həmin sahədə 3D Text seçirik və settings düyməsini sıxırıq açılan pəncərənin Custom Text sətrində istədiyimiz adı yazıb ok düyməsini sıxırıq. Burada Preview əmri vasitəsi ilə fasiləni bir başa yarada bilərik.
    Wait -sətrində fasiləyə getmə vaxtını dəyişdirə bilərik.
  4. Appearance- Pəncərə və panellərin rəngini yazıların ölçülərini v.s kimi bir çox stil effektlərini dəyişdirir.
  5. Settings-Ekranın böyüklüyü azaldır və ya artırır. Monitorunuza uyğun olmayan (daha yuxarı) həcmi seçmək olmaz. ƏKs təqdirdə istəmədiyiniz ekran görünüşü ilə qarşılaşa bilərsiniz.

Tapşırıqlar panelinin xüsusiyyətləri

Bunun üçün panelin üzərində mişkanın sağ düyməsini sıxıb Properties əmrini seçdikdə aşağıdakılar açılır:

  1. Taskbar- Bu sahədə işarələri aktiv və passiv etməklə işarəyə uyğun paneli (saat və digər işarələr) yox edib və ya geri gətirə bilərik. Həmçinin paneli müvəqqəti gizlədə bilərik
  2. Start Menu- Bu sahədə tapşırıqlar panelinin sol tərəfində yerləşən start menyusunun görnüşünü dəyişə bilərik.

Yeni papka və yeni sənədin yaradılması

    1. Yeni papka yaratmaq uçün ekranın boş sahəsində mişkanın sağ düyməsini sıxıb New > Folder əmrini seçirik və klaviaturadan papkaya istədiyimiz adı yazıb kənarda sol və yaxud enter düyməsini sıxırıq.
    2. Yeni sənəd yaratmaq üçün sağ düyməni sıxıb New > Dokument Microsoft Word və digərlərini seçə bilərik. Nümunə üçün biz yeni Word səhifəsi yaratdıq.

Qeyd 1. Obyektlərin adını dəyişmək üçün onun üzərində mişkanın sağ düyməsini sıxıb Rename əmrini seçirik.

Qeyd 2. Obyekti silmək üçün iki qayda var

  1. Obyektin üzərində mişkanın sağ düyməsini sıxıb və Delete əmrini seçirik, sonra açılan paneldə Yes əmrini seçirik.
  2. Obyekti seçib klaviaturadan Delete düyməsini sıxırıq

Yuxarıda yazdığımız hər iki halda obyekt tamamilə silinmir Recycle Bin (Zibil qutusu) düşür. Buradan hər hansı bir obyekti qaytarmaq üçün, həmin qutunu açıb qaytaracağımız obyektin üzərində mişkanın sağ düyməsini sıxıb Restore əmrini seçirik yaxud sol düymə ilə sürüşdürüb ekrana atırıq.

Qeyd 3. Obyekti tamamilə silmək üçün onu seçib klaviaturadan
Shift+Delete düymələrini birgə sıxıb və açılan paneldə Yes əmrini seçirik

Windowsun baş menyusu (Start)
Burada açılan əmrlər aşağıdakılardır

  1. Shut Down-Kompüterin söndürülməsi
  2. Run- Kompüter daxilində olan proqramların və disklərin adını burada yazmaqla bir başa aça bilərik.
  3. Help and support- Kompüter haqqında kömək üçün bütün məlumatları buradan ala bilərik
  4. Search-For files or folders- Kompüter daxilində sənədlərin, papkaların, musiqilərin və şəkillərin axtarılıb tapılması
  5. Settings-Control Panel- Bütün kompüter qurğularının parametrlərinin düzəldilməsi.
  6. Documents- Kompüterdə yaddaşa verilmiş axrıncı 15 sənədin siyahısı burada yerləşir
  7. Programs- Bütün proqramları buradan aça bilərik

Windows əməliyyat sisteminin tərkibində aşağıdakı proqramlar yerləşir

  1. Paint
  2. Notepad
  3. Wordpad
    V.S

    Bu proqramlar əməliyyat sistemi ilə birgə gəlir, digər əlavə proqramları özünüz yükləməlisiniz.


  Paylaş      



aries
17.07.2011 21:38
mna basa dusmadim silinmis fayllari neca qaytara bilaram
Eliyar
11.10.2010 16:31
Silinmis her hansisa fayli geri qaytarmaq ucun Start>Programs>Accessories>System Tools>System Restore istifade etmeyiniz kifayetdir. Qisa yol ucun Start> Run(Windows+R)>acilasn sehifeye msconfig yazin ve Ok. edin. Sonra ise Launch System Restore secin.
Emin
01.09.2010 14:20
Ləman bu bölmə mövcud dərsə görə şərh yazılması üçün nəzərdə tutlub. Şəxsi suallarınız üçün xahiş edirəm sual - cavab bölümündən istifadə edin.
leman
30.08.2010 17:50
salam men cawib papkami silmiwem cox pis oldum mene dediler ki silinmiw papkani geri qaytarmaq ucn proqram var papka boyuk oldugu ucn koorzinkaya da duwmeyib nece ede bilerem indiden tsk.
Vaqif
12.06.2010 14:14
sağ olun. mən proqramların ümumi funksiyaları barəsində anlayışım olsun deyə kursa və ya özəl proqramistdən dərs almaq istəyirəm

   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!