MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...0516 
   www.azresce.com3229 
   www.evalin.az4323 
   www.novruzov.net4583 
   www.azgraf.net/mocuzeler5330 
   videoders.azersayt.com5341 
   www.mado.az6072 
   www.artdeco.az4614 
   www.cv-az.com7268 
   www.fakto.info5387 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000732
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470
ADSL nədir?
ADSL nədir bilirsinizmi?

Tarix:        21.04.2010
Oxunub:   3364        
Müəllif:     
Nesimi (Nəsimi Şəmiloğlu)   

Çap et        Şərh yaz  


ADSL (ing.. Asymmetric Digital Subscriber Line — asimmetrik rəqəmsal abunəçi xətti) — adi analoq telefon xətlərini yüksək sürətli qoşulma xətlərinə çevirən modem texnologiyasıdır.

İnkişaf tarixi

ADSL texnologiyasının inkişaf tarixi iyirminci əsrin səksəninci illərindən başlayır. O zaman Interaktiv televiziyanı təmin edən texnologiyaların axtarışı aparılırdı. 1987 –ci ildə Bellcore şirkəti xDSL texnologiyasının ilk spesifikasiyasını təqdim etdi və həmin texnologiyanı ABŞ-nın telefon şəbəkələrində işə saldı.. Lakin sonradan şirkət parçalandı, texnologiya isə müvəqqəti istifadədən çıxdı.

Doxsanıncı illərin ortalarında xDSL abunəçinin rəqəmsal xətləri asimmetrik modifikasiyası ilə - ADSL-lə təkmilləşdirildi. Sonrakı illərdə ADSL vasitəsi ilə məlumatın ötürülməsini həyata keçirmək üçün yeni və təkmilləşdirilmiş mikrosxem yığımı yaradıldı.

Hal-hazırda ADSL daha sürətli Fast Ethernet texnologiyası tərəfindən sıxışdırılıb çıxarılır. Bunun səbəbi – ADSL şəbəkəsində ötürmə qabiliyyətinin məhdud olmasıdır, 24 Mbit/s (ADSL2+) abunəçi istiqamətində və abunəçidən 1.4 Mbit/s, belə ki, FastEthernet dolanmış naqil cütü üzərindən 100 Mbit/s, hətta 1Gbit/s (Gigabit Ethernet) sürəti ilə məlumatın ötürülməsini təmin edir.

Təşkili


ADSL texnologiyası üzrə məlumatın ötürülməsi adi analoq telefon xətti ilə, abunəçi qurğusu – ADSL modemi və ATS də bilavasitə abunəçinin xəttində quraşdırılmış multiplekserin (ing. DSL Access Multiplexer, DSLAM ) vasitəsi ilə həyata keçirilir. Nəticədə DSLAM telefon şəbəkəsinə məxsus məhdudiyyətlərdən asılı olmayaraq abunəçilərin DSL xəttlərini vahid yüksəksürətli magistral şəbəkəyə birləşdirir. Qeyd etmək lazımdır ki, iki ADSL modem, VDSL, SHDSL və DialUp modemlərdən fərqli olaraq öz aralarında birləşmə yarada bilmir. Buna səbəb ADSL modemlərdə ötürmənin və qəbul etmənin müxtəlif tezliklərdə aparılmasıdır.

Fəaliyyət prinsipi

ADSL texnologiyasında kanalın ötürmə zolağı çıxan və daxil olan trafik arasında qeyri simmetrik paylanır. İstifadəçilərin çox hissəsinə daxil olan trafik daha çox əhəmiyyət kəsb edir, nəinki çıxan trafik, buna görə daxil olan trafik üçün zolağın boyük hissəsinin ayrılması özünü doğruldur. Adi telefon xətti səsin ötürülməsi üçün 0...4 kHz tezlik zolağını istifadə edir. Telefon şəbəkəsinin işinə maneə törətməmək üçün ADSL-də tezliyin aşağı sərhədi 26 kHz səviyyəsində yerləşir. Yuxarı sərhəd isə məlumatın ötürmə sürətinə olan tələbdən və telefon kabellərinin imkanlarindan irəli gələn 1.1 MHz təşkil edir. Bu zolaq iki hissəyə bölünür – tezliklər 26KHz dən 138 kHz-ə qədər çıxış axınına ayrılır, 138 kHz dən 1.1 MHz ə kimi zolaq daxil olan axına ayrılır.

Bu növ tezliklərin paylanması eyni zamanda telefonla danışıq aparmaq və məlumatın ötürülməsinə imkan yaradır.

Aydındır ki, bəzi halda ADSL modemin yüksəktezlikli siqnalı müasir telefonların elektronikasına mənfi təsir göstərir, və ya telefon hər-hansı xüsusiyyətinə görə xəttə yüksəktezlikli parazit siqnal gətirir. Bununla mübarizə üçün abunəçinin evində telefon xəttinə aşağı tezliklərin tənzimləyicisi qoşulur (tezlik bölücüsü, ing. Splitter). Bu qurğu telefona yalnız siqnalın aşağıtezlikli tərkib hissəsini buraxır və telefonun xətdə olacaq təsirini aradan qaldırır. Bu cur tənzimləyicilər əlavə enerji tələb etmir və buna görə elektrik şəbəkəsində və ya ADSL avadanlığinda nasazlıqlar yarandıqda səs kanalı işçi vəziyyətində qalır.
Abunəçiyə ötürmə 1.5 dən 8 Mbit/s dək sürəti ilə aparılır. Xidməti kanalın sürəti 15 -640 Kbit/s arasında dəyişə bilər. Xəttin maksimal sürəti müxtəlif faktorlardan asılıdır, məsələn xəttin uzunluğundan, kabelin kəsik sahəsindən və xüsusi müqavimətindən. Sürətin aşağı düşməsinə kabelin quruluşu da təsir göstərir.



 



elektronik91
09.11.2011 19:28
tewekkurler lazimi melumatdir...
mayak18
06.08.2010 11:51
cox sagolun maraqli melumata gore.

   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!