MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...0186 
   www.azresce.com2974 
   www.evalin.az4191 
   www.novruzov.net4485 
   www.azgraf.net/mocuzeler5152 
   videoders.azersayt.com5138 
   www.mado.az5928 
   www.artdeco.az4462 
   www.cv-az.com7040 
   www.fakto.info5231 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000731
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470
Bluetooth texnologiyası
bluetooth texnologiyasi haqqinda

Tarix:        17.11.2011
Oxunub:   3245        
Müəllif:     
elektronik91 (Dürdanə Məhərrəmova)   

Çap et        Şərh yaz  


Bluetooth texnologiyası kiçik radiusda işləyən beynəlxalq naqilsiz kommunikasiya standartıdır, həmçinin mobil kommunikasiya sahəsində ən çox istifadə edilən yeni nəsil qurğudur.
Bluetooth texnologiyasının əsas vəzifəsi fərqli elektron qurğular arasında ən sadə radiorabitənin təmin olunmasıdır.
Bu qabaqcıl texnologiya notebook, EDR (Enhanced Data Rate) və mobil telefon daxil olmaqla çoxlu sayda masaüstü və digər qurğulara yaxın məsafədəki məlumat və s. komandaları ötürən qurğu ilə birbaşa radio əlaqəsi yaratmağa imkan verir. Bir qurğu eyni zamanda bir neçə ( ən çoxu 7) qurğu ilə Bluetooth əlaqəsi qura bilər, digər qurğular isə həmin zaman gözləmə rejimində olur. Əlaqənin yaradılmasında lisenziyası sərbəst 2.4 GHs ifrat yüksək tezlik istifadə olunur. Bu diapazonda WLAN ( IEEE 802.11 ) standartına uyğun lokal radio şəbəkələr və digər qurğular əaliyyət göstərir.
Bluetooth mikrosxemdən və qurğunun gücündən asılı olaraq 10÷20m (perspektivdə 100m) radiusda 721 kbit/san sürəti ilə verilənlərin ötürülməsini təmin edir.
Müasir dövrdə Bluetooth texnologiyası kiçik məsafələrdən naqilsiz rabitənin əsas komminikasiya standartı hesab olunur. O, bir qurğunu digər qurğu ilə kiçik radiuslu əməliyyatları aparmaq üçün əlaqələndirən ayrı-ayrı kabellər toplusunu əvəz edir. Məsələn, telefon və ya notebooka qoşulmuş Bluetooth radiotexnologiyası mobil telefonu notebooka bağlayan kabeli əvəz edir. Printer, komputer, faks, klaviatura və praktiki laraq istənilən rəqəmsal qurğu Bluetooth sisteminin hissəsi ola bilər.
Bluetooth texnologiyası xüsusi olaraq aşağıdakı xüsusiyyətlərə malik səs və verilənlərin ötürülməsi üçün sadə, dayanıqlı, effektiv, yüksəktutumlu əlaqənin təmin olunması məqsədi ilə yaradılmıışdır:
1. maksimal genişzolaqlı kanal istifadəsi zamanı 1Mbit/san ötürmə süürəti
2. müdaxiləyə qarşı süətli tezlik keçidi
3. küyün minimallaşdırılması üçün adaptiv çıxış gücü
4. müdaxilə zamanı gücün minimallaşdırılması üçün qısa verilənlər paketi
5. sürətli tanıma (dəstəkləmə)
6. CVSDM (Continuous Variable Slope Delta Modulation) səs kodlaması, hansı ki, bitlərə görə yüksək tezlik səhvləri ilə işləməyə mkan verir
7. geniş proqram spektri dəstəkləyən sıx paketlər tipi
8. ayrı-ayrı elementar siqnalların ucuz inteqrasiyasını dəstəkləyən, gərgin olmayan “rabitə büdcəsi”
9. enerji sərfini minimallaşdıran ötürücü interfeys.

Bluetooth qısa məsafədən səs və verilənlərin ötürülməsi üçün RF (Radio Frequency) –radiotezlik özəlliyinə malikdir.
Bluetooth interfeysi səs kimi (64 kbit/san) verilənləri də ötürməyə imkan verir. Verilənlərin ötürülməsi assimetrik (721 kbit/san giriş, 57.6 kbit/san çıxış) və simmetrik (hər iki istiqamətdə 432.6 kbit/san) metoddan istifadə oluna bilər.     2.4 GHs tezliyində işləyən Bluetooth ötürücüsü və qəbuledicisinin gücündən asılı olaraq əlaqənin 10 və ya 100 metr məsafədən qurulmasına şərait yaradır.
Bluetooth sisteminin funksional tərkib hissələri:
• radioqurğu
• əlaqə kanalının idarəetmə qurğusu
• verilənlərin ötürülmə xəttinin idarəedicisi
• proqram təminatının funksiyaları.





 



xeyale
11.01.2015 22:33
salam mende notbookdur proqram windows 7 - dir blutuzu var ekrandadır ancaq üzerine klik edirem pencere açılır ve pencerede bu söz yazılıb send files bir de receive files onlarada klik edirem pencere açılır ancaq axtarış vermir zehmet olmasa bu haqda yazardınız. evvelceden teşşekürümü bildirirem

   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!