MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...0186 
   www.azresce.com2974 
   www.evalin.az4191 
   www.novruzov.net4485 
   www.azgraf.net/mocuzeler5152 
   videoders.azersayt.com5138 
   www.mado.az5928 
   www.artdeco.az4462 
   www.cv-az.com7040 
   www.fakto.info5231 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000731
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470
WiMAX texnologiyası
WiMAX texnologiyası

Tarix:        17.11.2011
Oxunub:   2324        
Müəllif:     
elektronik91 (Dürdanə Məhərrəmova)   

Çap et        Şərh yaz  


Naqilsiz texnologiyalar- onları birləşdirən naqil olmadan iki və daha çox nöqtə arasında informasiyanın daşınmasına xidmət edən informasiya texnologiyaları yarımsinfinə daxildir.
WiMAX  (Worldwide İnteroperability for Microwave Accass) – geniş spektrli qurğular üçün böyük ərazini naqilsiz əhatə etmək məqsədi ilə yaradılan telekommunikasiya texnologiyası deməkdir. Texnologiya Wireless Man adı altında İEEE 802.16 standartına əsaslanır. WiMAX  adı özü 2001-ci ildə WiMAX Forum təşkilatının yaranması ilə meydana gəlib. WiMAX texnologiyasının inkişafına yönələn təşkilat 2001-ci il iyun ayında yaradılıb.
Tez-tez WiFi şəbəkəsi ilə müqayisə olunan WiMAX şəbəkəsinin əsas faydası ondan ibarətdir ki, daha geniş əhatə dairəsi var, hansı ki, həm ayrılmış xətlərdə həmçinin lokal şəbəkələrdə ən-ənəvi DSL danışıqlarının davamı olaraq texnologiyanı “magistral kanal” kimi istifadə etməyə imkan verir. WiMAX texnologiyasının əhatə dairəsi müəyyən şərtlər daxilində 50km məsafəni əhatə edə bilər. Buna görə o, internet və ya hətta adi telefon olmayan, məsələn, kabel şəbəkəsi və ya DSL qoşulması mümkün olmayan ayrı-ayrı rayonlarda faydalıo ola bilər.
802.16e-2005 stadartı bütün əvvəlki versiyaları özündə birləşdirərək aşağıdakı rejimləri təqdim edir:
• Fixed WiMAX –fiksasiya edilmiş giriş
• Nomadic WiMAX – seans girişi
• Portable WiMAX – səyahət rejimində giriş
• Mobile WiMAX – sürətli giriş.
Fixed WiMAX. Fiksasiya edilmiş giriş özündə genişzolaqlı naqilli texnologiyanın (xDSL, T1, və s.) alternativini təqdim edir. Standart 10÷66Ghs tezlik diapazonunu istifadə edir. Bu tezlik diapazonu qısa dalğaların güclü sönməsinə görə siqnalı göndərən və qəbul edən arasında birbaşa görüntünün olmasını tələb edir. Digər tərəfdən bu tezlik diapazonu radiorabitənin əsas problemlərindən olan siqnalın çoxşüalı yayılmasının qarşısını alır. Bununla da həmin tezlik diapazonunda rabitə kanalının eni kifayət qədər böyük olur ki, nəticədə 120Mbit/san sürətini əldə etmək mümkün olur.
WiMAX şəbəkələri ümumi şəkildə növbəti hissələrdən ibarətdir: baza və abonent stansiyaları, həmçinin internet və servis təchizatçısını əlaqələndirən qurğular.
Abonen stansiyası ilə baza stansiyası arasında əlaqənin qurulması üçün 1, 5÷11Ghs yüksəktezlikli radiodalğa diapazonu istifadə olunur. Ideal şərtlər daxilində verilənlərin ötürülmə sürəti 70Mbit/san həddinə çata bilər, bu halda baza stansiyası ilə qəbuledici arasında birbaşa görüntü tələb olunmur.
WiMAX  “sonuncu mil” probleminin həlli kimi, həmçinin ofis və rayon şəbəkələrinə şəbəkə girişinin təmin olunması üşün tətbiq edilir.
Baza stansiyaları arasında 10÷66Ghs tezlik diapazonu istifadə edən əlaqə (birbaşa görüntü) qurulur, bu zaman verilənlərin ötürülmə sürəti 140Mbit/san həddinə çata bilər. Bu halada hər ehtimala qarşı bir baza stansiyası provayderə klassk naqilli birləşmə vasitəsi ilə qoşulur. Lakin, nə qədər çox baza stansiyası provayder şəbəkəsinə qoşularsa verilənlərin ötürülmə sürəti və bütövlükdə şəbəkənin etibarlılığı artır.

Birbaşa görüntüdən kənar siqnal ötürülməsi:
WiMAX texnologiyası naqilsiz texnologiyalara daxil olduğu üçün burada məlumat şəbəkənin tərkib hissəsi hesab olunan antann qurğuları arasında yaranan radiodalğalar vasitəsi ilə ötürülür. Şüalandırıcı antenlə radiosiqnalın ötürülməsi zamanı ətraf-mühitin təsirindən siqnalın bu və ya digər parametrləri dəyişə bilər. Nəticədə qəbul edilən siqnal göndərilən siqnaldan fərqlənir. Yerin atmosferi elektromaqnit dalğalarının ötürülməsi üçün hüç də yaxşı mühit hesab edilmir.
WiMAX texnologiyasının əsasında başqa radioəlaqə texnologiyalarından fərqli olaraq əks olunan siqnalda böyük məsafələrdə obyektə birbaşa görüntünün olmadığı halda belə yüksəksürətli əlaqəni təmin edən İEEE 802.16 protokolu dayanır.
Birbaşa görüntü olmayan şərtlərdə əks olunan radiosiqnallarla iş İEEE 802.16 protokolunun əsas xüsusiyyəti hesab olunur.


 



   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!