MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...1366 
   www.azresce.com3546 
   www.evalin.az4614 
   www.novruzov.net4829 
   www.azgraf.net/mocuzeler5659 
   videoders.azersayt.com5991 
   www.mado.az6401 
   www.artdeco.az4991 
   www.cv-az.com7723 
   www.fakto.info5721 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000732
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470

Spam həcmi kəskin şəkildə azalıb



Son aylar ərzində Qlobal Şəbəkədə elektron spam göndərişlərinin sayı xeyli azalıb. Ekspertlərin sözlərinə görə, ötən ilin avqust ayından spam həcmi tədricən azalırdı, dekabrın sonundan isə kəskin sürətdə azalmağa başladı.

Belə ki, əgər avqust ayında gün ərzində elektron poçt vasitəsilə 200 milyarda yaxın arzuolunmaz məktub göndərilirdisə, dekabr ayında bu rəqəm 50 milyardadək enib. Sözügedən tendensiyanın səbəbləri sonadək məlum deyil, lakin sahənin ekspertləri bu cür sakitliyin müvəqqəti olacağını düşünür.

Şəbəkədə təhlükəsizlik problemləri ilə məşğul olan Symantec şirkətinin baş analitiki Pol Vud məsələ ilə bağlı qeyd edib ki, Milad Bayramı münasibətilə istirahət günləri müddətində Qlobal Şəbəkənin üç ən iri spam istehsalçısının internetdəki fəallığının azalması müşahidə olunurdu. Lakin P. Vudun sözlərinə görə, bunun hansı səbəbdən baş verdiyini demək çətindir.

Bununla belə, bu cür sakitliklər əvvəllər də qeydə alınırdı. “Adətən bunun botnetlərin (spam göndərən “yoluxmuş” kompüterlər şəbəkələri) özündə yaranan texniki problemlərlə əlaqələndirirdilər”, - analitik bildirib. Lakin bu gün, müşahidələr göstərir ki, iri botnetlərdə texniki problemlər yaşanmır.

Müşahidə olunan tendensiyanın mümkün izahlarından biri ondan ibarətdir ki, hazırda yeni kampaniya planlaşdıran spamerlərin yenidən qruplaşması həyata keçirilir. Kompüter təhlükəsizliyi sahəsinin digər iştirakçısı olan Websense şirkətinin tədqiqatçısı Karl Leonardın fikrincə bu insanlar (spamerlər) sırf mənfəət uğrunda fəaliyyət göstərir. “Və əgər yeni aksiya gözlənilən nəticələri vermirsə, spamerlər müvəqqəti olaraq fəaliyyətlərini dayandırır, qruplaşmalarda müəyyən dəyişiklər edir və yeni kampaniyaya başlayırlar”, - K. Leonard qeyd edib.

Bununla yanaşı bir sıra digər faktorları da qeyd etmək lazımdır. Son zamanlar spam göndərişləri ilə mübarizə edənlərin nəzərə çarpan uğurları müşahidə olunur. Digər faktor isə ondan ibarətdir ki, spamerlər arzuolunmaz məktubları üçün tədricən elektron poçt deyil, digər vasitələrdən (misal üçün sosial şəbəkələr) istifadə etməyə üstünlük verir.

Tendensiyanı şərh edən hər iki ekspert razılaşır ki, bu cür sakitliyin müddətini və növbəti “fırtınanın” olub-olmayacağını indi söyləmək çətindir.


http://www.mincom.gov.az


Paylaş   

  Çap et        Şərh yaz Hit:  1238        Şərh:  0000   



   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!