MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...1366 
   www.azresce.com3546 
   www.evalin.az4614 
   www.novruzov.net4829 
   www.azgraf.net/mocuzeler5659 
   videoders.azersayt.com5991 
   www.mado.az6401 
   www.artdeco.az4991 
   www.cv-az.com7723 
   www.fakto.info5721 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000732
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470

Azərbaycanda hansı nazirlərin e-mail adresi var?



İnformasiya-kommunikasiya texnologiyaları (İKT) əsri hesab olunan XXI əsrdə kompüterlər sürətlə həyatımıza daxil olmaqdadır. Azərbaycanda da İKT-nin inkişafı istiqamətində dövlət səviyyəsində müxtəlif addımlar atılmaqdadır.İndi ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması prosesi gedir. Məqsəd dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsidir. Artıq vətəndaşlar dövlət orqanlarna internet vasitəsilə də müraciət edə, şikayətlərini, təkliflərini onların elektron poçtlarına göndərə bilirlər. O da yaxşı haldır ki, bir sıra hallarda dövlət orqanları e-maillə göndərilən məktublara reaksiya verir.

Maraqlıdır, bəs nazirlərin özlərinin necə, e-mail adresləri varmı, vətəndaşlardan elektron məktublar alırlarmı? Əməkdaşımızın suallarını nazirliklərin mətbuat xidmətləri cavablandırıblar.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin xəhbəri Abbas Əliyev bildirdi ki, vətəndaşlar nazirliyin və nazir Şahin Mustafayevin e-mail ünvanına məktub göndərə bilər. “Hər iki ünvana suallar daxil olur və gələn bütün suallar cavablandırılır. Nazir Şahin Mustafayevin e-mail adresi belədir:   office@economi.gov.az .

Mədəniyyət və Turizim Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva   bildirdi ki, bütün suallar nazirliyin elektron poçtuna daxil olur və onlar cavablandırılır. Nazir Əbülfəz Qarayevin özünün e-mail ünvanının olmasına gəlincə, Z.Əliyeva dedi ki, ola bilsin var, amma o, bilmir. “Bizim nazirlik və mətbuat xidməti olduqca operativ işləyir, bütün məlumatları, hesabatları mətbuata acıqlayırıq, nazirin tez-tez mətbuatda müsahibələri olur. İstənilən sualları istər mətbuat xidməti, istərsə də nazir özü cavablandırır. Nazirə ünvanlanan bütün suallar nazirliyin elekton poçtuna daxil olur və nazir suallarla tanış olur, biz çalışırıq ki, hər hansı bir sual cavabsız qalmasın”.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir   Misir Mərdanovun öz e-mail adresi var və ora xeyli sayda suallar gəlir. Nazir özü suallara baxır və cavablandırır. Mail ünvanına gəlincə isə vətəndaşlar M.Mərdanova öz süallarını    minister@edu.gov.az ünvanı vasitəsilə göndərə bilərlər

Səhiyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin əməkdaşı Səfayə Məmmədova bildirdi ki, nazir Oqtay Şirəliyevə və eləcə də digər suallar nazirliyin e-mail adresinə ( office@health.gov.az ) gəlir. “Çoxlu sayda suallar ünvanlanır. Bütün suallar da cavablandırılır. Bizdə hec bir cavabsız sual qalmır”.

Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəti   Müşfiq Əmirov bildirdi ki, nazir Əli Abbasovun e-mail adresi var və bütün sualları şəxsən nazir özü cavablandır. “ Mincom@mincom.gov.az ünvanı nazirin öz ünvanıdır və bütün sualar bura ünvanlanır. Nazir özü suallara baxır və cavablandırır, yaxud təlimat verir ki, sual araşdırılsın və cavablandırılsın”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin xəhbəri Murtuzəli Hacıyevbildirdi ki, nazir İsmət Abbasovun e-mail ünvanı var, amma ora ünvanlanan sualları nazir yox, mətbuat xidməti cavablandırır. “Bizim nazirin e-mail ünvanı var, bura gələn suallrı mən cavablandırıram”.
Nazirin özünün suallarla maraqlanıb-maraqlanmamasına gəlincə isə M.Haciyev belə cavab verdi: “Baxır hansı sualdır, elə sual ola bilər ki, nazir özü cavab versin”. E-mail ünvana gəlincə isə   nazir İsmət Abbasovun elektron poçtu belədir: imm@office.az

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirdi ki, bütün suallar nazirliyin saytında göstərilən e-mail adresinə göndərilir. Nazirin özünün e-mail adresinin olub-olmamasına gəlincə, S.Məmmədova bildirdi: “Nazirin e-mail adresi var, amma mən onu sizə deyə bilmərəm. Gələn bütün suallardan nazirin xəbəri olur, biz cavablandırırıq”.

Nəqliyat Nazirliyinin mətbuat xidmətinin xəhbəri Namiq Həsənov bildirdi ki, nazir Ziya Məmmədovun, eləcə də nazirliyin e-mail adresi var. Maraqlanan insanlar suallarını ünvanlaya bilərlər.   ziyamamedov@mintrans.az nazir Ziya Məmmədovun öz elektron poçtudur. Nazirin sualları cavablandırıb-cavablandırmamasına gəlincə N.Həsənov dedi ki, nazir bir sıra sualları cavablandırır. “Elə suallar var ki, nazir özü cavab verir. Amma bütün sualları cavablandırmağa nazirin vaxtı olmur, bu baxımdan nazir sualları cavablandırmağı bizə həvalə edir”.

Daxili İşlər Nazirliyinnin mətbuat xidmətinin xəhbəri Ehsan Zahidovun sözlərinə görə, vətəndaşları və ictimaiyyəti maraqlandıran suallar nazirliyin e-mail adresinə daxil olur. “Bizim nazirliyin saytı var, orada e-mail adresləri göstərilib. İstənilən şəxslər bura sual ünvanlaya bilər”. Nazirin e-mail adresinə gəlincə isə E.Zahidov bildirdi ki, nazirin də e-mail adresi var: “Saytımıza baxsanlar görərlər ki, nazirin e-mail adresi var və ora gələn sualları nazir cavablandırır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın   sözlərinə görə, daxil olan suallar kimə aiddirsə, həmin şəxs də cavablandırır. İ.İbrahimova bildirdi ki, nazir Hüseynqulu Bağırovun e-mail adresi belədir: ekologiya.nazirliyi@gmail.com ”Baxırıq, gələn sual kimə ünvanlanıb, sualları həmin adama göndəririk, o da cavablandırır”.

Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən bildirildi ki, bu nazirliyin digər nazirliklərdən fərqli iş metodu var: “Nazirin e-mail adresi yoxdur, amma hər hansı bir şəxsin nədənsə narazılığı varsa, sayta daxil olub nazirin özünə birbaşa müraciət etmək inkanı var”. Nazirlikdən eyni zamanda bildirildi ki, nazirliyin e-mail adresinə gələn suallar da kimə ünvanlanırsa, həmin rəsmi şəxs cavablandırır.

www.xeberler.az


Paylaş   

  Çap et        Şərh yaz Hit:  1382        Şərh:  0000   



   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!