MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...0371 
   www.azresce.com3163 
   www.evalin.az4267 
   www.novruzov.net4545 
   www.azgraf.net/mocuzeler5274 
   videoders.azersayt.com5269 
   www.mado.az6010 
   www.artdeco.az4544 
   www.cv-az.com7163 
   www.fakto.info5317 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000732
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə “VikiHərəkat” layihəsinin icrasına başlanılıb




Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) "Azərbaycanda 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" üzrə bəndlərin icrasını davam etdirir.

Tədbirlər Planında 22-ci bənd üzrə "Azərbaycana dair kontentin və "Vikipedia" kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi" nəzərdə tutulur. "Vikipedia"da Azərbaycan kontentinin artırılması üçün RİTN Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) ilə birgə araşdırmalar aparıb.

Belə ki, yarandığı zamandan etibarən, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən AGTA Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin dəstəyilə "VikiHərəkat" layihəsinin icrasına başlayıb: "İlin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və "Vikipedia" kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi, Azərbaycanda "Vikipedia" könüllülük hərəkatının yayılmasından ibarətdir". "VikiHərəkat" iki əsas komponenti özündə ehtiva edir. Bunlardan birincisi "VikiHərəkat"a qoşulan fərd və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi yolu ilə "Vikipedia"da məqalələrin yerləşdirilməsi, eləcə də onların bacarıqlarının artırılmasıdır.

Layihənin ikinci əsas komponenti təlimlərin keçirilməsi yolu ilə həvəskar vikipediaçıların səriştəsinin artırılmasıdır. Belə ki, ilkin mərhələdə Bakı şəhərində ölkənin 4 regionundan (Qərb, Şimal, Cənub, Mərkəz) gənclərin iştirakı ilə "Təlimçilərin təlimi" keçiriləcək.

İkinci mərhələdə isə hazırlanmış təmsilçilər paytaxtda və ölkənin 4 regionunda həvəskar vikipediaçılar üçün təlimlər keçəcəklər. Qərb bölgəsi üzrə təlim Gəncədə, Şimal bölgəsi üzrə Xaçmazda, Cənub bölgəsi üzrə Lənkəranda, Mərkəz bölgəsi üzrə isə Şirvan şəhərində keçiriləcək.

Bölgələrdən olan iştirakçıların layihə rayonlarında iştirakına şərait yaradılacaq. "VikiHərəkat"a fərd və ya təşkilat olaraq qoşulmaq mümkündür. Təşkilat olaraq "VikiHərəkat"a qoşulmaq üçün +99412 497 80 09, +99451 931 01 86 nömrələri ilə əlaqə saxlamaq lazımdır. Fərd olaraq qoşulmaq üçün   "Ərizə" forması doldurulmalıdır. "VikiHərəkat"a qoşulduqdan sonra hərəkat barədə daha ətraflı məlumat veriləcək.


Qeyd edək ki, 14-15 sentyabrda Bakı şəhərində keçiriləcək "Təlimçilərin təlimi"ndə iştirak etmək üçün "Ərizələrin qəbulu" elan ediləcək. Regionlarda keçiriləcək təlimlərin tarixi isə "Təlimçilərin təlimi"ndən sonra elan ediləcək. Bütün təlim iştirakçıları "VikiHərəkat"a qoşulacaq.

xeberler.az


Paylaş   

  Çap et        Şərh yaz Hit:  2150        Şərh:  0000   



   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!