MİO GRAF  Milli İntellektual Oyun
       

   ƏSAS     XƏBƏRLƏR     SİZİN DƏRSLƏR     FOTO QALEREYA     VİDEO DƏRSLƏR     DƏRS GÖNDƏR     SUAL-CAVAB
DƏRSLİKLƏR
        AutoCad0003
        3D Studio Max0057
        Adobe After Effect0002
        Adobe Premier0002
        Adobe Photoshop0094
        Visual Studio0002
        Flash / Action Script0013
        Asp / Asp.net / C#0006
        PHP0002
        HTML / CSS0002
        JavaScript0001
        Visual Basic0004
        Delphi0002
        C / C++0006
        Microsoft Office0005
        Microsoft Windows0018
        Digər dərslər...0016

GİRİŞ
   İstifadəçi adı
   

   Şifrə
    
 
                                             
    Qeydiyyat ol
    Şifrəni unutdun?
 

YENİ LİNKLƏR
   tehsilimizinfo.blogspot.c...1366 
   www.azresce.com3546 
   www.evalin.az4614 
   www.novruzov.net4829 
   www.azgraf.net/mocuzeler5659 
   videoders.azersayt.com5991 
   www.mado.az6401 
   www.artdeco.az4991 
   www.cv-az.com7723 
   www.fakto.info5721 
 Ardı    


ELANLAR
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramBeynəlxalq holding koperasiyası. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramMünasib iş axtarıram... »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramQrafik dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramNeft şirkətində işləmək istiyirəm. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramAsp.Net, Delphi, HTML, Web Dizayner »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşci teleb olunur »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİngilis dili hazırlığı. »»
Yaşıl: işçi axtarıram - Mavi: iş axtarıramİşçi tələb olunur. »»
 Ardı     



İstifadəçi: 0000732
Video dərs: 0000042
Şəkilli dərs: 0000193
Sual: 0000070
Şəkil: 0000305
Xəbər: 0000470

NETTY 2010 mükafatına start verilib



NETTY Azərbaycan Milli İnternet mükafatının Təşkilat komitəsi NETTY 2010-un başlanması haqqında elan edib. Cari ildə bundan əvvəl olduğu kimi müsabiqə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə keçirilir.

Müsabiqənin şərtlərinə uyğun olaraq qeydiyyat, 5 mart tarixindən başlayaraq 28 aprel tarixinədək aparılacaq. Müsabiqənin iştirakçısı və ya virtual jürinin üzvü hər qeydiyyatdan keçmiş, müsabiqənin qaydaları ilə razılaşan və Təşkilat Komitəsi tərəfindən bəyənilən www.netty.az-ın istifadəçisi ola bilər. 28 aprel tarixindən 7 may tarixinədək virtual jürinin səsverməsi keçiriləcək və bu səsvermə nəticəsində mükafatın nominantları elan ediləcək.

Jürinin hər bir üzvü Mükafat boyunca bir səs hüququna malikdir və səsi qeydə alınması üçün hər bir nominasiyada səs verməyə borcludur. Cəmi cari ildə komitə tərəfindən 12 müsabiqə və 4 həvəsləndirici nominasiyalar təsis edilib. Hər nominasiyadan üç namizəd müəyyən edilir.

Cari ildə müsabiqədə yeni əsas nominasiya yaranıb “Elektron Kommersiya sahəsində ən yaxşı layihə”. Tərəfdaşı Golden Pay ödəniş sistemi olan yeni nominasiyanın təsis edilməsi Azərbaycanın internet məkanında elektron kommersiyanın təşviqi və bu sahədə əldə olunan uğurların nümayiş etdirilməsidir.

Mayın 8-i virtual jürinin seçimi əsasında ölkənin informasiya texnologiyaları sahəsinin tanınmış şəxslərindən ibarət NETTY Akademiyasının səsverməsi başlayacaq. Namizədlərin ümumi sayından hər nominasiya üzrə bir qalibi seçməklə Akademiya qapalı səsvermə ilə NETTY 2010-nun finalçılarını müəyyən edəcək. Eyni zamanda Akademiya tərəfindən müsabiqədən kənar nominasiyalar üzrə qaliblərin də seçiləcəyi nəzərdə tutulur. 17 may tarixində təntənəli mükafatlandırma mərasimi keçiriləcək. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə cari ildə “Gənclərlə bağlı ən yaxşı sayt” həvəsləndirici mükafatı yaradılıb. Əlavə nominasiyaların siyahısında “Ən faydalı sayt” nominasiyası da mövcuddur.

Final mərasimində “İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” və “İlin İT-hadisəsi” fəxri mükafatları təqdim ediləcək. Fəxri mükafatlar üzrə namizədlər öz namizədlərini özləri www.netty.az sayt vasitəsi ilə, yaxud təşkilat komitəsi və ya akademiya ilə irəli sürülə bilərlər.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Rüfət Gülməmmədov nazirliyin ölkədə informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı məqsədini daşıyan tədbirlərin dəstəklənməsi istiqamətində həyata keçirdiyi strategiya barədə danışıb.

NETTY 2010 çərçivəsində daha çox Azərbaycan dilində fəaliyyət göstərən resursların olacağına ümid etdiyini bildirən R. Gülməmmədov milli kontentin inkişafı və daim artmasının vacibliyini qeyd edib. Təşkilat komitəsinin nümayəndələri Azərbaycanın internet məkanının bütün iştirakçılarını NETTY 2010-da fəal iştirak etməyə çağırıb.

NETTY yarandığı andan bu günə kimi müsabiqədə təqribi 2000 milli resurs iştirak edib. Müsabiqə namizədlərinin sayı 250 saytdan çox olub, www.netty.az satının ziyarətçilərinin sayı yüz minlərlə olub. Bir çox saytlar məhz NETTY müsabiqəsi çərçivəsində özlərini tanıtdıra bilib.


Mənbə: http://www.mincom.gov.az


Paylaş   

  Çap et        Şərh yaz Hit:  1472        Şərh:  0000   



   Ad, soyad:
    *
   Əlaqə:
    *
   (e-poçt, şəxsi sayt ya da telefon ola bilər)

   Şərh:
  

           
   • şərh yazmaq üçün saytımıza üzv olmalı və istifadəçi girişi etməlisiniz;
   • şərh yazarkən təhqir edici sözlərdən istifadə etməməli və mövzudan kənarlaşmamalısınız;
   • latın hərflərindən istifadə etməlisiniz.
ELAN GÖNDƏRDƏRS GÖNDƏRSAYT SİFARİŞİREKLAM SİFARİŞİBİZİM SƏHİFƏƏLAQƏ  
   Dizayn & proqramist: Emin Novruzov
   Şəxsi Portal  © 2010 Bütün hüquqları qorunur

   Standart 1024x768 px ekran ölçüsü, minimum 64 K/Bit internet sürəti ilə saytdan rahat istifadə edə bilərsiniz!